Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ali məktəblərə qəbul proqnozu açıqlanıb

İmtahan - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
17 minə yaxın şəhid ailəsinin övladının təhsil haqqı dövlət tərəfindən ödənilir
BAKI, 10 iyun — Sputnik. Bu gün ölkədə yaşayan 16-17 yaşına çatanların 50 faizi heç bir peşə əldə etmir. Nəzərə alsaq ki, hər il ölkədə 150 minə yaxın körpə dünyaya gəlir. Demək ki, 75 minə yaxın şəxsin peşəsi yoxdur.
Bunu təhsil naziri Emin Əmrullayev "Abituriyent 12" jurnalının təqdimatı zamanı çıxışında deyib.
Nazir bildirib ki, bu il ali məktəblərə qəbul proqnozu 50 mindən artıq olacaq:
"Hazırda 60 faizdən çox insan dövlət hesabına təhsil alır. 17 minə yaxın şəhid ailəsinin övladı, köçkün tələbənin təhsil haqqını dövlət ödəyir. Bəzi universitetlərdə 70-75 faiz tələbə məhz subbakalavrdır. Bu da ürəkaçan deyil".
Qeyd edək ki, "Abituriyent 12" jurnalı işıq üzü görüb. Jurnalda bir sıra statistik məlumatlar yer alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Müəllimlərin işə qəbulu üzrə imtahanı - Sputnik Azərbaycan, 1920, 10.06.2022
TƏHSİL
Bakı məktəblərinə işə qəbul olan müəllimlərin statistikası açıqlandı
Xəbər lenti
0