https://sputnik.az/20220609/xn-lavrovun-fikirlerine-munasibet-bildirdi-442743200.html
Azərbaycanın xarici siyasət idarəsi Lavrovun fikirlərini şərh edib
Azərbaycanın xarici siyasət idarəsi Lavrovun fikirlərini şərh edib
Sputnik Azərbaycan
Azərbaycan XİN-dən bildirilib ki, delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası... 09.06.2022, Sputnik Azərbaycan
2022-06-09T22:29+0400
2022-06-09T22:29+0400
2022-06-09T22:29+0400
siyasət
xin
lavrov
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460057_0:103:2000:1228_1920x0_80_0_0_a22d00af88b4771f10ced136930dfe05.jpg
BAKI, 9 iyun — Sputnik. "Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edərkən bildirib.Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin saytında Sergey Lavrovun sözlərinə müəyyən dəyişikliklər edilib. Xarici İşlər Nazirinin düzəliş edilmiş açıqlaması belədir:Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Yerevana gəlib. Bu gün Yerevanda Rusiya və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilib. Görüşdən sonra keçirilən mətbuat konfransında jurnalist Sergey Lavrova Xocalı rayonunun Fərrux kəndindəki vəziyyətlə bağlı sual verib.İyunun 10-da Sergey Lavrov Yerevanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbərinin Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vahan Xaçaturyanla görüşəcəyini bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460057_114:0:1887:1330_1920x0_80_0_0_10f281a9cec269cfe876728b06a9584f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xin, lavrov, azərbaycan
Azərbaycanın xarici siyasət idarəsi Lavrovun fikirlərini şərh edib
Azərbaycan XİN-dən bildirilib ki, delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.
BAKI, 9 iyun — Sputnik. "Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edərkən bildirib.
"Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur", - XİN sözçüsü vurğulayıb.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin saytında Sergey Lavrovun sözlərinə müəyyən dəyişikliklər edilib. Xarici İşlər Nazirinin düzəliş edilmiş açıqlaması belədir:
“Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə Yerevan arasında etimadın artırılmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək”.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Yerevana gəlib. Bu gün Yerevanda Rusiya və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilib. Görüşdən sonra keçirilən mətbuat konfransında jurnalist Sergey Lavrova Xocalı rayonunun Fərrux kəndindəki vəziyyətlə bağlı sual verib.
İyunun 10-da Sergey Lavrov Yerevanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbərinin Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vahan Xaçaturyanla görüşəcəyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.