Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şaumyanın yalanını ifşa edən və müəmmalı şəkildə dünyadan köçən sənətkar

© Sputnik / В. Калинин / Mediabanka keçidRəşid Behbudov, arxiv şəkli
Rəşid Behbudov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Abunə olmaq
İfa etdiyi mahnılarla şöhrət qazanan Rəşid Behbudov vətənə olan sevgisi ilə də xalqın ürəyində taxt qurub.
BAKI, 9 iyun — Sputnik. İyunun 9-da SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatının 33 ili tamam olur. Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb.
Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna qəbul olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblının, əsgərlik illərindən sonra isə Tbilisi estrada qruplarından birinin solisti olub. Görkəmli sənətkarla bağlı bir sıra maraqlı faktları nəzərinizə çatdırırıq.
Görkəmli sənətkar SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi. Onun məxsus olduğu yüksək səs tembri buna imkan verirdi. 1943-cü ilin sonunda Bakıda çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. Film tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır.
Günlərin birində Qarabağa konsert verməyə gedir. Onun papaq və təsbehini oğurlayırlar. Rəşid Behbudov təsbehi oğurlayana bağışladığını bəyan edir, ancaq papağı geri istəyir. Xanəndənin papağı qısa müddətdə tapılaraq özünə qaytarılır. Bu fakt Aqil Abbasın "Dolu" romanında da özü əksini tapıb.
Hindistan səfərinin bəzi təfərrüatları
1952-ci ildə Rəşid Behbudov da daxil olmaqla bir sıra Sovet incəsənət xadimləri Hindistana dəvət alır. Behbudov Hindistanda özünə yeni dostlar tapır, onların arasında tanınmış kinoaktyorlar Nərgiz Data Rac Kapur olur.
Özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir.
Hindistan səfəri zamanı Rəşid Behbudovun yanında olmuş tanınmış müğənni, xalq artisti Bilal Əliyev kasetlə bağlı maraqlı məqamlardan bəhs edib:

"1988-ci il idi. O zaman Rəşid müəllimlə birlikdə rəhbərlik etdiyi Mahnı Teatrının üzvləri bir ay Hindistanda səfərdə olduq. Bizə Ravi adlı hindistanlı tərcüməçi də vermişdilər. Dəqiq yadımda deyil, ya Mədrəsə, ya da Kəlküttə şəhərinə gedən zaman bir kəndin yanından ötəndə Ravi dedi ki, "burada siz tərəfdən bir nəfər dəfn edilib. Adı Stepan Şaumyandır, uzun müddət burada yaşayıb və 10 il bundan qabaq rəhmətə gedib. Mən hətta onun dəfnində də iştirak etmişəm". Onda Rəşid müəllim soruşdu ki, "həmin dəfnlə bağlı kaseti görə bilərəm?". Ravi dedi ki, "bəli, Bombeyə qayıdım, lazımı adamlarla danışım, sonra sizə kaseti verərəm".

Qarabağ problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır.
"Biz Rəşidə inanmadıq. O, haqlı idi".
Rəşid Behbudov sonralar xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər. Sonralar Şaumyanın Bakıda basdırıldığı iddia olunan yerdə işlər aparılan zaman bu işlə məşğul olan insanlar deyirlər ki, "biz Rəşidə inanmadıq. O, haqlı idi". Meyitlərin tibbi ekspertizası zamanı Şamuyanın cəsədini orada tapılmır.
Rəşid Behbudovun qızı Rəşidə xanım müsahibələrin birində atasının ölümü ilə bağlı bəzi faktları açıblayıb:

"Atamın böyrəyini əməliyyat etməli idilər. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında olarkən zəng gəldi. Dedilər ki, əməliyyat təxirə salınır. Bizə heç nə demədilər. Heç nə də açıqlamadılar. Atamı palataya apardılar və biz onu bir daha görmədik. Atamın isə yanına heç kimi buraxmırdılar. Xəstəxanada Stalin rejimi hökm sürürdü. Qohumlara psixoloji təzyiq edirdilər. Bizə yalnız deyirdilər ki, "olmaz, olmaz, olmaz!" Palatada atamın qışqırıq səsi gəlirdi. Anam soruşanda ki, ona nə olub? Dedilər ki, narahat olmayın, müalicə gedir, heç bir problem yoxdur".

Müəmmalı ölümdən sonra Moskvada müğənninin ailəsinə bildirirlər ki, "sizin dinə görə meyiti yarmaq olmaz". Ancaq həyat yoldaşının xahişi ilə onun meyiti Bakıda ekspertiza olunur. Meyitin yarılması Tibbi Ekspertiza İnstitutunun əməkdaşları yox, polis işçiləri tərəfindən həyata keçirir. Lazımi sənədləri isə yoxa çıxarırlar. Hal-hazırda arxivlərdə tibbi ekspertizanın sənədləri yoxdur.
Rəşid Behbudov iyunun 8-dən 9-na keçən gecə saat 04:10-da vəfat edir. Bu xəbəri onun ailəsinə isə günorta saat 12-də deyirlər. Xanəndənin həyat yoldaşı onlardan soruşanda ki, Rəşid Məcidoviç özünü necə hiss edir? Ona deyirlər:
"Oy, bağışlayın, Ceyran xanım. Rəşid Məcidoviç vəfat etdi".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0