https://sputnik.az/20220609/s-yoldasini-bir-yumruqla-oldurdu-442709864.html
İş yoldaşını bir yumruqla öldürdü
İş yoldaşını bir yumruqla öldürdü
Sputnik Azərbaycan
Masallı rayonunda fəhlələr çalışdıqları ərzaq anbarında mübahisə ediblər və başa vurulan bir yumruq ölümlə nəticələnib. 09.06.2022, Sputnik Azərbaycan
2022-06-09T10:37+0400
2022-06-09T10:37+0400
2022-06-09T10:42+0400
hadisə
masallı
masallı rayonu
https://cdnn1.img.sputnik.az/img/41654/51/416545104_0:35:1920:1115_1920x0_80_0_0_423bca7ace6219e6642544efc3917d48.jpg
BAKI, 9 iyun — Sputnik. İyunun 8-də 1992-ci il təvəllüdlü Qadir Hüseynova Masallı rayonu ərazisində xəsarət yetirilməsi və aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat verilib. Masallı Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərovun fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında baş vermiş mübahisə zamanı Qadir Hüseynovun baş nahiyəsinə yumruq vuraraq xəsarət yetirdiyi, nəticədə onun aldığı xəsarətdən hadisə yerində öldüyü müəyyən olunub.Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.Hüseynxan Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41654/51/416545104_216:0:1920:1278_1920x0_80_0_0_eb159caa021405c11bb971fc25f57434.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
masallı, masallı rayonu
İş yoldaşını bir yumruqla öldürdü
10:37 09.06.2022 (Yenilənib: 10:42 09.06.2022) Masallı rayonunda fəhlələr çalışdıqları ərzaq anbarında mübahisə ediblər və başa vurulan bir yumruq ölümlə nəticələnib.
BAKI, 9 iyun — Sputnik. İyunun 8-də 1992-ci il təvəllüdlü Qadir Hüseynova Masallı rayonu ərazisində xəsarət yetirilməsi və aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Masallı Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərovun fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında baş vermiş mübahisə zamanı Qadir Hüseynovun baş nahiyəsinə yumruq vuraraq xəsarət yetirdiyi, nəticədə onun aldığı xəsarətdən hadisə yerində öldüyü müəyyən olunub.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hüseynxan Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.