CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev İran Prezidentinə başsağlığı verib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi
Prezident İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi  - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Abunə olmaq
İranın Mazinou dəmiryol stansiyasında sərnişin qatarı relsdən çıxaraq ekskavatorla toqquşub.
BAKI, 9 iyun - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisiyə başsağılığı telegramı göndərib. Bu barədə Azərtac məlumat yayıb.
Teleqramda deyilir:
"Hörmətli cənab Prezident,
Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!"
Xatırladaq ki, İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində onlarla insan həlak olub və yaralanıb. Sərnişin qatarının ekskavatorla toqquşduğu bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İranda qatarın relsdən çıxması - Sputnik Azərbaycan, 1920, 08.06.2022
DÜNYA XƏBƏRLƏRİ
XİN İrana başsağlığı verdi
Xəbər lenti
0