https://sputnik.az/20220609/azerbaycan-ermenistan-elaqelerinin-tam-normallasmasindan-basqa-yol-yoxdur---lavrov-442720244.html
Azərbaycan-Ermənistan əlaqələrinin tam normallaşmasından başqa yol yoxdur - Lavrov
Azərbaycan-Ermənistan əlaqələrinin tam normallaşmasından başqa yol yoxdur - Lavrov
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrup... 09.06.2022, Sputnik Azərbaycan
2022-06-09T14:05+0400
2022-06-09T14:05+0400
2022-06-09T14:22+0400
lavrov
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_0:182:2996:1867_1920x0_80_0_0_cfdcc0b457c8301b564d2f58dd46f723.jpg
BAKI, 9 iyun — Sputnik. Biz çox şadıq ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın təsis iclası baş tutub.Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.Lavrov xatırladıb ki, növbəti iclasın Moskvada keçirilməsi planlaşdırılır: "Biz üç ölkənin liderlərinin razılaşmalarına əsasən, məşvərətçi yardımı göstərməyə, o cümlədən kartoqrafik materialları təqdim etməyə hazırıq. Bu, konkret olaraq bu iş üçün çox vacibdir. Buna paralel olaraq, Baş nazir müavinlərinin rəhbərlik etdiyi Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrup əhəmiyyətli dərəcədə irəli gedib.Bu gün biz qalan digər məsələlərin nizamlanması ilə bağlı variantları müzakirə etdik. Əminəm ki, bu məsələlər yekunda həllini tapacaq. Ona görə də, əmin edirəm ki, Azərbaycan-Ermənistan əlaqələrinin tam normallaşmasından başqa yol yoxdur. Sülh sazişi Azərbaycan tərəfinin təqdim etdiyi təkliflərə söykənir. Buna cavab olaraq Ermənistan tərəfi öz baxışını irəli sürüb. Bu iki sənəd nəzərə alınaraq proses gedir, hansı ki, biz vasitəçi, məşvərətçi və prinsipcə, kömək edən tərəf kimi iştirak etməyə hazırıq".Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Yerevana gəlib. İyunun 10-da Sergey Lavrov Yerevanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbərinin Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vahan Xaçaturyanla görüşəcəyini bildirib.
https://sputnik.az/20220609/ermeni-muxalifeti-lavrovla-gorus-yerine-yurus-edir-442710582.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_133:0:2864:2048_1920x0_80_0_0_2e8ac9a40476b0a9d27ab5c9bedf7d9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Azərbaycan-Ermənistan əlaqələrinin tam normallaşmasından başqa yol yoxdur - Lavrov
14:05 09.06.2022 (Yenilənib: 14:22 09.06.2022) Rusiyanın xarici işlər naziri bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrup əhəmiyyətli dərəcədə irəli gedib.
BAKI, 9 iyun — Sputnik. Biz çox şadıq ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın təsis iclası baş tutub.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Lavrov xatırladıb ki, növbəti iclasın Moskvada keçirilməsi planlaşdırılır: "Biz üç ölkənin liderlərinin razılaşmalarına əsasən, məşvərətçi yardımı göstərməyə, o cümlədən kartoqrafik materialları təqdim etməyə hazırıq. Bu, konkret olaraq bu iş üçün çox vacibdir. Buna paralel olaraq, Baş nazir müavinlərinin rəhbərlik etdiyi Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrup əhəmiyyətli dərəcədə irəli gedib.
Bu gün biz qalan digər məsələlərin nizamlanması ilə bağlı variantları müzakirə etdik. Əminəm ki, bu məsələlər yekunda həllini tapacaq. Ona görə də, əmin edirəm ki, Azərbaycan-Ermənistan əlaqələrinin tam normallaşmasından başqa yol yoxdur. Sülh sazişi Azərbaycan tərəfinin təqdim etdiyi təkliflərə söykənir. Buna cavab olaraq Ermənistan tərəfi öz baxışını irəli sürüb. Bu iki sənəd nəzərə alınaraq proses gedir, hansı ki, biz vasitəçi, məşvərətçi və prinsipcə, kömək edən tərəf kimi iştirak etməyə hazırıq".
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Yerevana gəlib. İyunun 10-da Sergey Lavrov Yerevanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbərinin Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vahan Xaçaturyanla görüşəcəyini bildirib.