NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünyanı narahat edən bahalaşma: Bakı nefti 130 dolları keçdi

© AFP 2024 / JOE KLAMARNeft
Neft - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Abunə olmaq
Bazarlarda neftin qiymətləri yüksəlməkdə davam edir. Azərbaycan neftinin qiyməti artıq 130 dolları keçib.
BAKI, 9 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb. "Azeri Light" markalı neftin qiyməti 2,08 dollar artaraq 130,02 dollar olub.
ABŞ xam nefti 122 dollara, "Brent" markalı neft isə 124 dollara yüksəlib.
ABŞ-da strateji neft ehtiyatlarının azalması fonunda qiymətlər daha da bahalaşıb. Xam neft ehtiyatları mart ayının əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb, yanacaq ehtiyatları isə son 8 ilin ən aşağı səviyyəsinə düşüb.
Digər tərəfdən, Çində pandemiyanın azalması neftə olan tələbin artacağını göstərir.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 126,73 ABŞ dollarına bərabər olub ki, bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,71 dollar və ya 2,2% çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0