https://sputnik.az/20220609/dm-den-novbeti-imtahan-sansi-442711605.html
DİM-dən növbəti imtahan şansı
DİM-dən növbəti imtahan şansı
Sputnik Azərbaycan
Mayın 8-də keçirilən imtahanda iştirak edib "qeyri-məqbul" qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün "ikinci cəhd" imtahanı keçiriləcək. 09.06.2022, Sputnik Azərbaycan
2022-06-09T12:35+0400
2022-06-09T12:35+0400
2022-06-09T12:35+0400
dim
təhsil
imtahan
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082859_0:0:3076:1731_1920x0_80_0_0_f075bca1c68838c5940f8df63f52c2c6.jpg
BAKI, 9 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 12-də hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən imtahanda iştirak edib "qeyri-məqbul" qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.Bu barədə DİM-dən xəbər verilib. İmtahan Bakı şəhərində 5 binada aparılacaq.İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən cari və əvvəlki illərin abituriyentləri isə buradan "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).İmtahanın müddəti 1 saat 30 dəqiqədir.İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 104 nəzarətçi-müəllim ayrılıb, 11 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi ayrılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082859_184:0:2913:2047_1920x0_80_0_0_0e619ab2e152a19468d0b10873291c29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dim, imtahan
DİM-dən növbəti imtahan şansı
Mayın 8-də keçirilən imtahanda iştirak edib "qeyri-məqbul" qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün "ikinci cəhd" imtahanı keçiriləcək.
BAKI, 9 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 12-də hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən imtahanda iştirak edib "qeyri-məqbul" qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.
Bu barədə DİM-dən xəbər verilib. İmtahan Bakı şəhərində 5 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən cari və əvvəlki illərin abituriyentləri isə buradan "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:
- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 104 nəzarətçi-müəllim ayrılıb, 11 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi ayrılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.