Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanın müdafiə naziri pakistanlı generalla görüşüb - FOTO

© AR Ministry of DefenceTürkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Abunə olmaq
Türkiyədə işgüzar səfərdə olan Zakir Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib.
BAKI, 9 iyun — Sputnik. "Efes-2022'" çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib.
Müdafiə Nazirliyindən bildiriblər ki, sərgi əsnasında general-polkovnik Z.Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.
© AR Ministry of DefenceTürkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib
Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib.
Daha sonra qonaqlar burada sərgilənən hərbi təyinatlı müasir silah və döyüş texnikası nümunələri ilə tanış olublar.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək təlimlərdə çıxışı nəzərdə tutulub.
© AR Ministry of DefenceTürkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib
Azərbaycanın da fəal şəkildə iştirak etdiyi bu təlimlərə 37 ölkə müxtəlif statuslarla qatılıb.
Təlimə Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuz da cəlb edilib.
Təlimlər bu gün başa çatacaq.
“Efes-2022” çoxmillətli təlimi - Sputnik Azərbaycan, 1920, 26.05.2022
HƏRBİ
Azərbaycan hərbçiləri “Efes-2022”də tapşırıqları icra ediblər - VİDEO
Xəbər lenti
0