DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ səfiri Lavrovdan əvvəl Ermənistan XİN-ə niyə gedib? VİDEO

© Photo : RA Ministry of HealthABŞ səfiri Lin Treysin
ABŞ səfiri Lin Treysin - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Abunə olmaq
Ermənistan müxalifət nümayəndəsinin paylaşdığı görüntülərdə ABŞ səfiri Lin Treysinin bir neçə nəfərin müşayiəti ilə Ermənistan Xarici İşlər Nazirliyinə daxil olduğu görünür.
BAKI, 9 iyun — Sputnik. Ermənistanın müxalifətçi deputatı Aqnessa Xamoyan uzaqdan çəkilmiş videonu yayıb. Görüntülərdə ABŞ səfiri Lin Treysinin bir neçə nəfərin müşayiəti ilə Ermənistan Xarici İşlər Nazirliyinə daxil olduğu görünür.
Aqnessa Xamoyan sosial şəbəkədə yazıb ki, ABŞ səfiri Lin Treysi Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərindən əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında görüntülənib.
"Lavrovun səfərindən bir qədər əvvəl ABŞ səfiri Ermənistan Xarici İşlər Nazirliyinin binasına daxil olub", - Xamoyan yazıb.
O, Amerika səfirinin binaya daxil olmasını əks etdirən video yayımlayıb. Onu bir neçə nəfər müşayiət edir.
Bu dəqiqələrdə Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun görüşü keçirilir.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir gün əvvəl Yerevana işgüzar səfərə gəlib. Bu gün o, erməni həmkarı Ararat Mirzoyanla görüşür.
Qeyd olunub ki, Rusiya XİN rəhbərinin təyyarəsi Yerevanın Zvartnots hava limanına enib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Lavrovun Yerevanda Ermənistan rəhbərliyi ilə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-c il tarixli bəyanatların icrası ilə bağlı ətraflı fikir mübadiləsi apaacağı gözlənilir.
İyunun 10-da Sergey Lavrov Yerevanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbərinin Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vahan Xaçaturyanla görüşəcəyini bildirib.
İyunun 9-da isə o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Görüşdən sonra iki ölkənin xarici işlər nazirləri mətbuat konfransı keçirəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 09.06.2022
DÜNYA XƏBƏRLƏRİ
Erməni müxalifəti Lavrovla görüş yerinə yürüş edir - VİDEO
Xəbər lenti
0