https://sputnik.az/20220609/abs-azerbaycan-turkiye-ve-ermenistanin-munasibetlerinin-suretle-yaxsilasmasini-isteyir-442718455.html
ABŞ Azərbaycan, Türkiyə və Ermənistanın münasibətlərinin sürətlə yaxşılaşmasını istəyir
ABŞ Azərbaycan, Türkiyə və Ermənistanın münasibətlərinin sürətlə yaxşılaşmasını istəyir
Sputnik Azərbaycan
Azərbaycandakı səfir Li Litzenberqer bildirib ki, Türkiyə NATO müttəfiqidir və ABŞ onun müxtəlif regionlarda təmaslarından narahat deyil. 09.06.2022, Sputnik Azərbaycan
2022-06-09T13:50+0400
2022-06-09T13:50+0400
2022-06-09T13:50+0400
siyasət
abş
abş səfiri
nato
türkiyə
ermənistan
https://cdnn1.img.sputnik.az/img/42100/82/421008235_0:0:1920:1080_1920x0_80_0_0_a86bf8ae18cdc5253fa83334ca6c7e9e.jpg
BAKI, 9 iyun - Sputnik. Biz regionda sülhün və barışığın əldə olunması üçün istənilən ölkənin konstruktiv rolunu dəstəkləyirik. Türkiyə bunu edir.Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer keçirdiyi brifinqdə deyib. O, Türkiyə və Ermənistanın artıq əlaqələrin normallaşması istiqamətində danışıqlara başladığını xatırladıb: “Biz bunu alqışlayırıq və dəstəkləyirik. İstərdik ki, daha sürətli proqress əldə olunsun. Və bunun həmçinin, Azərbaycan və Ermənistan arasında da baş verməsini istərdik. Türkiyə NATO müttəfiqidir və Türkiyənin müxtəlif regionlarda təmasları ilə bağlı rahatlığımız var”.ABŞ səfiri, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlığına da toxunub. Səfir qeyd edib ki, bunu aradan qaldırmağın yolu tərəflər arasında dialoq və kommunikasiyadır:“Bu üç ölkə artıq dialoqa başlayıb və narazılıqları müzakirə edir. Düşünürəm ki, bu irəliləyişə nail olmağın ən yaxşı yoludur. Mən NATO-da xidmət etmişəm və danışıqların necə keçdiyini bilirəm. Ölkələrin fikir ayrılığını müzakirə etməsi normaldır, ancaq NATO-da vacib olan əsas element önəmli məsələlərlə bağlı bütün ölkələrin konsensus əldə etməsidir. Mən əminəm ki, bu məsələdə də konsensusa nail olunacaq”.Li Litzenberger onu da qeyd edib ki, artıq ABŞ Qarabağda humanitar minatəmizləmə prosesində Azərbaycana yardım etdiyini bəyan edib: "Mən ümid edirəm ki, biz daha çox yardım edə biləcəyik, çünki buna çox ehtiyac var". O xatırladıb ki, münaqişə bitdikdən bəri 200-ə qədər azərbaycanlı mina qurbanı olub: “Həmçinin, biz bu minalar təmizlənməyəcəyi müddətdə, ən vacib hədəf olan - daha çox məcburi köçkünün bu ərazilərə qayıdışını görə bilməyəcəyik. İnsanların öz evlərinə geri dönməsi istiqamətində şərait yaradılması üçün minalardan təmizlənmə çox vacibdir”.Diplomatın sözlərinə görə, müəyyən ABŞ şirkətləri azad edilmiş ərazilərdə spesifik layihələrdə iştirak edir.O diqqətə çatdırıb ki, ABŞ şirkətləri xüsusən bərpa olunan enerji sahəsində dünyanın ən yaxşı texnologiyalarına sahibdir: “Bildiyimiz kimi, azad olunan ərazilərdə bərpa olunan enerji ən vacib enerji mənbəyi hesab olunur.Prezident İlham Əliyev də bəyan edib ki, bu ərazilərdə külək, günəş və hidroenerji üçün potensial var. Bizim isə ən yaxşı keyfiyyətdə və qiymətdə texnologiyalar təqdim edən şirkətlərimiz var”.
https://sputnik.az/20220609/hikmet-haciyev-abs-da-ne-edir-sefir-prezidentin-komekcisinin-seferi-barede-442713686.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42100/82/421008235_221:0:1876:1241_1920x0_80_0_0_96a7f72a9a67f6855c81e37877eb32bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, abş səfiri, nato, türkiyə, ermənistan
abş, abş səfiri, nato, türkiyə, ermənistan
ABŞ Azərbaycan, Türkiyə və Ermənistanın münasibətlərinin sürətlə yaxşılaşmasını istəyir
Azərbaycandakı səfir Li Litzenberqer bildirib ki, Türkiyə NATO müttəfiqidir və ABŞ onun müxtəlif regionlarda təmaslarından narahat deyil.
BAKI, 9 iyun - Sputnik. Biz regionda sülhün və barışığın əldə olunması üçün istənilən ölkənin konstruktiv rolunu dəstəkləyirik. Türkiyə bunu edir.
Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer keçirdiyi brifinqdə deyib.
O, Türkiyə və Ermənistanın artıq əlaqələrin normallaşması istiqamətində danışıqlara başladığını xatırladıb:
“Biz bunu alqışlayırıq və dəstəkləyirik. İstərdik ki, daha sürətli proqress əldə olunsun. Və bunun həmçinin, Azərbaycan və Ermənistan arasında da baş verməsini istərdik. Türkiyə NATO müttəfiqidir və Türkiyənin müxtəlif regionlarda təmasları ilə bağlı rahatlığımız var”.
ABŞ səfiri, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlığına da toxunub. Səfir qeyd edib ki, bunu aradan qaldırmağın yolu tərəflər arasında dialoq və kommunikasiyadır:
“Bu üç ölkə artıq dialoqa başlayıb və narazılıqları müzakirə edir. Düşünürəm ki, bu irəliləyişə nail olmağın ən yaxşı yoludur. Mən NATO-da xidmət etmişəm və danışıqların necə keçdiyini bilirəm. Ölkələrin fikir ayrılığını müzakirə etməsi normaldır, ancaq NATO-da vacib olan əsas element önəmli məsələlərlə bağlı bütün ölkələrin konsensus əldə etməsidir. Mən əminəm ki, bu məsələdə də konsensusa nail olunacaq”.
Li Litzenberger onu da qeyd edib ki, artıq ABŞ Qarabağda humanitar minatəmizləmə prosesində Azərbaycana yardım etdiyini bəyan edib:
"Mən ümid edirəm ki, biz daha çox yardım edə biləcəyik, çünki buna çox ehtiyac var".
O xatırladıb ki, münaqişə bitdikdən bəri 200-ə qədər azərbaycanlı mina qurbanı olub:
“Həmçinin, biz bu minalar təmizlənməyəcəyi müddətdə, ən vacib hədəf olan - daha çox məcburi köçkünün bu ərazilərə qayıdışını görə bilməyəcəyik. İnsanların öz evlərinə geri dönməsi istiqamətində şərait yaradılması üçün minalardan təmizlənmə çox vacibdir”.
Diplomatın sözlərinə görə, müəyyən ABŞ şirkətləri azad edilmiş ərazilərdə spesifik layihələrdə iştirak edir.
O diqqətə çatdırıb ki, ABŞ şirkətləri xüsusən bərpa olunan enerji sahəsində dünyanın ən yaxşı texnologiyalarına sahibdir: “Bildiyimiz kimi, azad olunan ərazilərdə bərpa olunan enerji ən vacib enerji mənbəyi hesab olunur.
Prezident İlham Əliyev də bəyan edib ki, bu ərazilərdə külək, günəş və hidroenerji üçün potensial var. Bizim isə ən yaxşı keyfiyyətdə və qiymətdə texnologiyalar təqdim edən şirkətlərimiz var”.