https://sputnik.az/20220609/907-ci-duzelisin-quvvede-qalmasi-abs-in-azerbaycana-destek-vermesine-mane-olmur---sefir-442718961.html
907-ci düzəlişin qüvvədə qalması ABŞ-ın Azərbaycana dəstək verməsinə mane olmur - Səfir
907-ci düzəlişin qüvvədə qalması ABŞ-ın Azərbaycana dəstək verməsinə mane olmur - Səfir
Sputnik Azərbaycan
Səfir Li Litzenberger bildirib ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülhə nail olması ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə münasibətlərini bütün miqyasda... 09.06.2022, Sputnik Azərbaycan
2022-06-09T13:27+0400
2022-06-09T13:27+0400
2022-06-09T13:27+0400
siyasət
907-ci düzəliş
abş
https://cdnn1.img.sputnik.az/img/41550/45/415504544_0:313:6000:3688_1920x0_80_0_0_5d7103850a4065ab3000797359ed2427.jpg
BAKI, 9 iyun - Sputnik. “ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qüvvədədir. Lakin bu, bizim Azərbaycana çox vacib təhlükəsizlik dəstəyi verməyimizə mane olmayıb.Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger keçirdiyi brifinqdə bildirib."Biz bu sahədə Azərbaycana 100 milyon dollardan çox maliyyə dəstəyi vermişik. Bu vəsait daha çox Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinə yönəldilib”, - o, deyib.Səfir vurğulayıb ki, 907-ci düzəlişlə bağlı yekun qərar ABŞ Konqresinə aiddir: “Ancaq mən optimistəm ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülhə nail olması imkanı - hansı ki, biz bu istiqamətdə irəliləyiş görürük - şərait yaradacaq ki, biz Cənubi Qafqaz ölkələri ilə münasibətlərimizi bütün miqyasda əhəmiyyətli dərəcədə nəzərdən keçirək”.Li Litzenbergerin sözlərinə görə, ABŞ Azərbaycana monitorinq-skan sistemləri verib, Azərbaycanda sərhədçilərə və gömrük əməkdaşlarına təlimlər keçib ki, bu, əsasən, qaçaqmalçılıqla mübarizə sahəsinə aiddir.Diplomat deyib ki, verilən bu dəstək nəticəsində əhəmiyyətli nəticələr əldə olunub: “Biz eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda təhlükəsizliklə bağlı dəstək vermişik. Bu, Xəzərdə Azərbaycanın enerji resursları ilə bağlı infrastrukturunun qorunmasına kömək edir. Bildiyiniz kimi, Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə İtaliyaya nəql olunur, bu ölkənin enerji resurslarının şaxələndirilməsində əhəmiyyətli rol oynayır”.
https://sputnik.az/20220609/hikmet-haciyev-abs-da-ne-edir-sefir-prezidentin-komekcisinin-seferi-barede-442713686.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41550/45/415504544_334:0:5667:4000_1920x0_80_0_0_537e796adbc83d1e047bca4b7b654062.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
907-ci düzəliş, abş
907-ci düzəlişin qüvvədə qalması ABŞ-ın Azərbaycana dəstək verməsinə mane olmur - Səfir
Səfir Li Litzenberger bildirib ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülhə nail olması ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə münasibətlərini bütün miqyasda əhəmiyyətli dərəcədə nəzərdən keçirməyə imkan verəcək.
BAKI, 9 iyun - Sputnik. “ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qüvvədədir. Lakin bu, bizim Azərbaycana çox vacib təhlükəsizlik dəstəyi verməyimizə mane olmayıb.
Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger keçirdiyi brifinqdə bildirib.
"Biz bu sahədə Azərbaycana 100 milyon dollardan çox maliyyə dəstəyi vermişik. Bu vəsait daha çox Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinə yönəldilib”, - o, deyib.
Səfir vurğulayıb ki, 907-ci düzəlişlə bağlı yekun qərar ABŞ Konqresinə aiddir: “Ancaq mən optimistəm ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülhə nail olması imkanı - hansı ki, biz bu istiqamətdə irəliləyiş görürük - şərait yaradacaq ki, biz Cənubi Qafqaz ölkələri ilə münasibətlərimizi bütün miqyasda əhəmiyyətli dərəcədə nəzərdən keçirək”.
Li Litzenbergerin sözlərinə görə, ABŞ Azərbaycana monitorinq-skan sistemləri verib, Azərbaycanda sərhədçilərə və gömrük əməkdaşlarına təlimlər keçib ki, bu, əsasən, qaçaqmalçılıqla mübarizə sahəsinə aiddir.
Diplomat deyib ki, verilən bu dəstək nəticəsində əhəmiyyətli nəticələr əldə olunub: “Biz eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda təhlükəsizliklə bağlı dəstək vermişik. Bu, Xəzərdə Azərbaycanın enerji resursları ilə bağlı infrastrukturunun qorunmasına kömək edir. Bildiyiniz kimi, Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə İtaliyaya nəql olunur, bu ölkənin enerji resurslarının şaxələndirilməsində əhəmiyyətli rol oynayır”.