CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxıda uşaq bağçasında zorakılıqla bağlı araşdırmaya başlandı

© Official website of President of Azerbaijan Republicuşaq bağçası
uşaq bağçası - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Abunə olmaq
Bağçanın əməkdaşının 5 yaşlı qızın saçından tutaraq dartdığı barədə xəbər yayılıb.
BAKI, 8 iyun — Sputnik. Bu gün sosial şəbəkələrdə uşaq bağçalarının birində azyaşlıya qarşı zorakılığı əks etdirən görüntü paylaşılıb. Həmin görüntüdə bağça əməkdaşının azyaşlının saçından tutaraq silkələməsi əks olunub. Videogörüntü sosial platformada sərt tənqidə səbəb olub.
Şamaxıda uşaq bağçasında azyaşlıya qarşı zorakılığı əks etdirən uşaq bağçasının adı məlum olub. Araşdırma zamanı üzə çıxıb ki, Şamaxı şəhər 3 saylı uşaq bağçasının aşpazının ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından dartması barədə videogörüntülər yayılıb.
Araşdırmalar zamanı məlum ki, bağçanın aşpazı Balkiyeva Sevinc Balağa qızı 2017-ci il təvəllüdlü qızın saçından tutaraq dartıb. Bu isə bağçada azyaşlıya qarşı zorakılıq kimi qiymətləndirilib.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri bağçaya gəlib, araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, bu ilin yanvar ayında İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərən tərbiyəçi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb.
Təhsil Nazirliyindən məlumat verilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış Qaydaları"nın tələblərini pozduğuna, azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, yanvarın 14-dən ləğv edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0