https://sputnik.az/20220608/eia-azerbaycanda-neft-hasilati-ile-bagli-proqnozu-deyisir-442699319.html
EIA Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu dəyişir
EIA Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu dəyişir
Sputnik Azərbaycan
EIA-nın proqnozuna görə, Brent markalı neftin qiyməti 2022-ci ilin ikinci yarısında orta hesabla 108 dollar/barel olacaq, 2023-cü ildə isə 97 dollar/barelə... 08.06.2022, Sputnik Azərbaycan
2022-06-08T23:10+0400
2022-06-08T23:10+0400
2022-06-13T10:38+0400
neft
neft-qaz
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426117830_0:329:3055:2047_1920x0_80_0_0_4ddb6b2d971be7eb6d41778b27250d7b.jpg
BAKI, 8 iyun — Sputnik. ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda cari və növbəti illər üçün neft hasilatı proqnozunu dəyişib.İyun qısamüddətli enerji perspektivləri hesabatına əsasən, bu ilin ikinci rübündə Azərbaycanda neft hasilatı sutkada 700 min barel təşkil edəcək. May hesabatında bu proqnoz sutkada 720 min barel səviyyəsində idi.EIA analitiklərinin proqnozlarına görə, 2022-ci ilin üçüncü və dördüncü rübündə ölkədə "qara qızıl" hasilatı sutkada 690 min barel təşkil edəcək.2023-cü ildə neft hasilatı azalacaqEIA-nın hesabatında göstərilir ki, gələn il Azərbaycanda neft hasilatı son rüb istisna olmaqla, hər rüb azalacaq. Belə ki, proqnoza görə, ölkə birinci rübdə sutkada 680 min, ikinci rübdə 660 min, üçüncüdə 650 min, dördüncü rübdə isə 670 min barel neft hasil edəcək.EIA analitiklərinin hesablamalarına görə, 2023-cü ildə Azərbaycanda neft hasilatı orta hesabla, sutkada 670 min barel səviyyəsində olacaq.Neftin qiyməti necə dəyişəcəkHesabatda göstərilir ki, Brent markalı neftin qiyməti may ayında orta hesabla 113 dollar/barel olub.EIA-nın hesabatında deyilir: "Biz 2022-ci ilin ikinci yarısında Brent-in orta qiymətinin bir barel üçün orta hesabla 108 dollar olacağını, daha sonra isə, yəni, 2023-ci ildə bir barel üçün 97 dollara düşəcəyini gözləyirik".Analitiklər hesab edirlər ki, hazırkı neft ehtiyatları aşağı səviyyədədir və bu, neftin qiymətinin dəyişkənliyi potensialını artırır.Proqnozda, həmçinin qeyd olunur ki, faktiki qiymətlər əsasən Rusiyaya qarşı mövcud sanksiyaların, eləcə də gələcək potensial sanksiyaların Rusiyada neft hasilatına və ya Rusiya neftinin dünya bazarında satışına nə dərəcədə təsir edəcəyindən asılı olacaq.
https://sputnik.az/20220608/neft-daha-da-bahalasdi-442660383.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426117830_0:0:2729:2047_1920x0_80_0_0_23612981c770f166b4260aef49d99096.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
neft, azərbaycan
EIA Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu dəyişir
23:10 08.06.2022 (Yenilənib: 10:38 13.06.2022) EIA-nın proqnozuna görə, Brent markalı neftin qiyməti 2022-ci ilin ikinci yarısında orta hesabla 108 dollar/barel olacaq, 2023-cü ildə isə 97 dollar/barelə enəcək
BAKI, 8 iyun — Sputnik. ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda cari və növbəti illər üçün neft hasilatı proqnozunu dəyişib.
İyun qısamüddətli enerji perspektivləri hesabatına əsasən, bu ilin ikinci rübündə Azərbaycanda neft hasilatı sutkada 700 min barel təşkil edəcək. May hesabatında bu proqnoz sutkada 720 min barel səviyyəsində idi.
EIA analitiklərinin proqnozlarına görə, 2022-ci ilin üçüncü və dördüncü rübündə ölkədə "qara qızıl" hasilatı sutkada 690 min barel təşkil edəcək.
2023-cü ildə neft hasilatı azalacaq
EIA-nın hesabatında göstərilir ki, gələn il Azərbaycanda neft hasilatı son rüb istisna olmaqla, hər rüb azalacaq. Belə ki, proqnoza görə, ölkə birinci rübdə sutkada 680 min, ikinci rübdə 660 min, üçüncüdə 650 min, dördüncü rübdə isə 670 min barel neft hasil edəcək.
EIA analitiklərinin hesablamalarına görə, 2023-cü ildə Azərbaycanda neft hasilatı orta hesabla, sutkada 670 min barel səviyyəsində olacaq.
Neftin qiyməti necə dəyişəcək
Hesabatda göstərilir ki, Brent markalı neftin qiyməti may ayında orta hesabla 113 dollar/barel olub.
EIA-nın hesabatında deyilir: "Biz 2022-ci ilin ikinci yarısında Brent-in orta qiymətinin bir barel üçün orta hesabla 108 dollar olacağını, daha sonra isə, yəni, 2023-ci ildə bir barel üçün 97 dollara düşəcəyini gözləyirik".
Analitiklər hesab edirlər ki, hazırkı neft ehtiyatları aşağı səviyyədədir və bu, neftin qiymətinin dəyişkənliyi potensialını artırır.
Proqnozda, həmçinin qeyd olunur ki, faktiki qiymətlər əsasən Rusiyaya qarşı mövcud sanksiyaların, eləcə də gələcək potensial sanksiyaların Rusiyada neft hasilatına və ya Rusiya neftinin dünya bazarında satışına nə dərəcədə təsir edəcəyindən asılı olacaq.