https://sputnik.az/20220608/bu-bir-sehv-idi-qerb-uzun-muddet-rusiyaya-muqavimet-gostermeye-hazir-deyildi-442653829.html
Bu, bir səhv idi: Qərb uzun müddət Rusiyaya müqavimət göstərməyə hazır deyildi
Bu, bir səhv idi: Qərb uzun müddət Rusiyaya müqavimət göstərməyə hazır deyildi
Sputnik Azərbaycan
Rusiyanı kasıb, dilənçi, iqtisadiyyatı param-parça olmuş, ikinci dərəcəli regional "yanacaqdoldurma məntəqəsi" kimi görürdülər. 08.06.2022, Sputnik Azərbaycan
2022-06-08T08:10+0400
2022-06-08T08:10+0400
2022-06-08T08:10+0400
qərb
təhlil
avropa
rusiya
fransa
emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516509_0:0:2741:1541_1920x0_80_0_0_360ccfd2a341ae64fc231b344fc42c45.jpg
"Hərbi əməliyyatların bitdiyi gün gələcək. Həmin vaxt diplomatik kanallarla çıxış yolu tapa bilmək üçün Rusiya indi alçaldılmamalıdır. Əminəm ki, Fransanın rolu vasitəçi güc olmaqdır".Bu, Emmanuel Makronun regional mətbuata müsahibəsindən sitatdır. Yelisey sarayının bu yaxınlarda beşillik mandatını yeniləmiş hazırkı sahibi növbəti səsvermənin birinci turuna iki həftə qalmış jurnalistlərlə söhbət edib - bu dəfə Milli Assambleyanın aşağı palatasının yeni tərkibi seçiləcək.Sonrakı şərhlər dalğasından, heç bir şübhə olmadan aydın oldu ki, əslində bu gün nə fransızları, nə avropalıları, bir sözlə - cəmiyyəti nə Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatın gedişi, nə də əksəriyyəti kontinental Avropa ölkələrindən sığınacaq almış köçkünlərin taleyi maraqlandırmır. Onları maraqlandıran – “bunun nə zaman bitəcəyidir”."Bu" kəlməsi həm milli hakimiyyət orqanlarının, həm də Brüsselin, onların təbirincə desək, "rus təcavüzkarını" cilovlamaq, onun "geri çəkilib təslim olmağı" üçün qəbul etdiyi bütün geosiyasi və iqtisadi qərarların nəticələrini ifadə edir. Və o, əlbəttə ki, özü-özünü bütün ən gözəl, parlaq və hətta ideal olan hər şeyin qəyyumu təyin edən bütün "qızıl milyard" qarşısında "utanc və tövbə" yaşamalı idi.Layihə belə idi. Rusiyanı günahkar kimi başıaşağı ilə görmək arzusunda olan bütün mütərəqqi Qərb ictimaiyyətinin heyrətlə kəşf etdiyi reallıq yazılanların hamısı ilə ziddiyyət təşkil edir. Həm də o qədər böyük ziddiyyət ki!Hələ ki, Rusiyada işıq yanır, kranı açanın tələb etdiyi temperaturda krandan ilıq su tökülür, Avropada kranlar isti və ya soyuq - istənilən su ilə təchiz edilir, qaz və ya elektrik sobasını gərəksiz yerə artıq alışdırmamaq üçün quru yeməyə necə keçmək barədə, həmçinin, məsələn, qarşıdan gələn bayram mövsümündə avtomobil yanacağı qıtlığı yaranarsa, nə etmək lazım barədə düşünürlər.Bunun nə fərziyyə, nə layihə, nə ssenari deyil, ən əsas reallıq olduğunu avtobus dayanacağında özünün rahat internet bloqunda yoldan keçən hansısa şəxs deyil, Beynəlxalq enerji agentliyinin rəhbəri Fatih Birol bildirib. Xüsusilə, o bildirib ki, “yayın başlanğıcı və ilin bu vaxtı ilə bağlı səyahətlər səbəbindən dizel yanacağı, benzin və (aviasiya) kerosin qıtlığı ilə üzləşə bilərik”.Fransada parlament seçkiləri ərəfəsində bu cür hər mənada ruhlandırıcı bəyanatların səsvermənin nəticələri şəklində seçki məntəqələrində heç də az olmayan rəngarəng nəticələrə səbəb ola biləcəyini anlayan Fransa rəsmiləri Birolun dediklərini təkzib etməyə çalışıblar.Çaxnaşma içində olan, lakin hələ də tərəqqiyə və demokratiyaya inamını saxlayan ictimaiyyəti sakitləşdirməkdən ötrü, onların fikrincə, əsas tezis kimi aşağıdakılar irəli sürüldü: “Yaxın üç ay ərzində təyyarələr və avtomobillər üçün yanacaqla bağlı problem olmamalıdır, çünki rüblük ehtiyata zəmanət verilir”.Maşınla getmək mümkün olacaq, hətta geri qayıtmaq da mümkün olacaq, amma sentyabrda, oktyabrda, noyabrda və ən əsası dekabrda, soyuq olanda və mətbuatda güclü bir şəkildə təbliğ edilmiş Rusiya neftinə embarqo qoyulanda nə olacaq – bu suala cavab verməyə, təbii ki, kimsənin cəsarəti çatmır. Bu arada Birol vurğulayır ki, istehlakçılar - həm fiziki şəxslər, həm də şirkətlər üçün enerji çatışmazlığı yarım əsr əvvəlki məşhur enerji böhranından daha uzun sürəcək.1973-cü ildə nəinki yanacaqdoldurma məntəqələrindəki növbələrdə “MUM-da yaxşı çəkmələr üçün” yaranandan daha təmiz izdiham var idi, üstəlik, bu gün “qızıl milyard”ın yaşadığı ölkələrin bütün iqtisadi inkişafı, sanki, inək dili ilə tərtəmiz yalanmış kimi idi. Həm də bir çox onilliklər üçün qabaqcadan.30-cu illərin əvvəllərindəki Böyük depressiya, hətta o zaman, keçən əsrin yetmişinci illərində, gözəl sonluqlu Milad hekayəsinə bənzəyirdi. Bu gün isə, badam südlü latte və qlütensiz çörəklərə öyrəşmiş mütərəqqi ictimaiyyət üçün cəhənnəm ön oyunlar olmadan başlayacaq. Elektrik enerjisinin deaktivasiyası payızda gözlənilən sərt reallığa çevrilə, qlütensiz taxılın qiymətləri kəlləçarxa çıxa bilər, və o zaman bir ədəd bulka nərə balığının bir kiçik qaşıq həcmində olan kürüsünün qiymətinə satılacaq.Son bir neçə yüz ildə yalnız öz iqtisadi qüdrətini artırmaq üçün koloniyalarda ən sərt şəkildə istismar etdiklərinin əməyindən praktiki olaraq qul kimi istifadə edərək, üstəlik, təbii sərvətlər üçün cüzi pul ödəyib nə məhrumiyyət, nə aclıq, nə də əzab-əziyyət bilməyib son dərəcə məmnun və çox firavan yaşayan kollektiv Qərb böhranların inkişaf perspektivlərini tənqidi və düzgün qiymətləndirmək qabiliyyətindən məhrum olmuşdur.Söhbət təkcə geosiyasi deyil, istənilən böhrandan gedir.Pandemiya zamanı ABŞ-da və Avropada istər adada, istərsə də kontinentalda baş verənləri hər kəs xatırlayır. Baş verənlər nə qədər ölümə səbəb oldu. Covid ağıllı və nəticələri hesablamaq bacarığı ayıq olmaq qabiliyyətinin mütləq peşəkar bacarıqlara daxil olan insanlarda qeyri-adi düşüncə rahatlığını ortaya qoydu.Qeyri-ciddilik, ağılsızlıqla həmsərhəd olan kollektiv Qərbin siyasi quruluşu qərara gəldi ki, o və onun böyük cəmiyyəti tərəqqiyə tərəfdar olduğundan, bu blokun ölkələrində pis heç nə olmayacaq.Terror aktları? Heç vaxt. İnfeksiyadan kütləvi ölüm? Dəli olmusuz? Oyanış çox şiddətli oldu. Və bu, minlərlə insanın həyatı bahasına başa gəldi.Sanki, bu siyasətçilərin məğrurluğu güclü bir zərbə aldı və gözdən itdi. Amma, xeyr.Hazırda Avropada geosiyasi böhranın kəskinləşməsi qərar qəbul edənlərin görünməmiş təkəbbürünü bir daha göstərdi. Onlar öz xəyallarında Rusiyanı “kasıb, dilənçi, iqtisadiyyatı parça-parça”, ikinci dərəcəli regional "yanacaqdoldurma məntəqəsi" kimi görürdülər. Yenidən oyanış - dəhşətli bir sərxoş vəziyyətdən sonra olduğu kimi baş verdi. Siyahıya birinci, ikinci və sonrakı sanksiya paketlərini təqdim edənlərdən kim bilirdi ki, Rusiya və Belarus birlikdə, məsələn, mineral gübrələrin bütün dünya istehsalının az qala yarısına nəzarət edirlər?Bəs kimin ağılna gələrdi ki, xammal ruslar tərəfindən təmin olunduğuna görə, avropalı şərab istehsalçıları butulkalar üçün alüminium qapaqlarsız qala bilərlər? Bu misallar “qızıl milyard”ı əhatə etmək üzrə olan qarşıdan gələn iqtisadi sunami spektrinin müxtəlif hissələrindəndir.Ancaq ən vacib səhv hesablama, göründüyü kimi, işin maddi tərəfində deyil, fikir dünyasındadır. “Vurulan pilotlar” dəstəsindən ayrı-ayrı uğursuz personajlar bu gün Rusiya cəmiyyətində nə qədər güclü çaşqınlıq və tələskənlik olduğu barədə Qərb siyasətçilərinə qulaqlarını doldururdurdular. Cəmiyyət isə vahid oldu. Onun prinsiplərini və dəyərlərini kimin müdafiə etdiyini və kimin prinsiplər və dəyərlərlə ticarət etməyə hazır olduğunu çox tez başa düşdü. Bu döyüşdə tərəf seçimi dərhal edildi.O ki qaldı rusların səbrinə, rusların nəinki döyüşə girmək, həm şərəf və ləyaqəti qoruyub saxlamaq, həm də qalib gəlmək əzmi və bacarığı heç də nəzərə alınmırdı. Amma sonda bu amil həlledici oldu. Və ya həlledicilərdən biri.Geosiyasi böhranın artıq Avropa və ABŞ-a nə gətirdiyini görən, nə gətirəcəyini anlamağa başlayan kollektiv Qərb Rusiyaya qarşı özünün sanksiya müharibəsindən yorulub, əvvəlki təkəbbürünü saxlamağa çalışır. Amma o (yavaş da olsa) ritorikasını dəyişir. Söhbət “döyüş əməliyyatlarının sona çatmasından” gedir. Makron kimi. Və hətta indiki gərginlikdən praktiki olaraq zərər görmədən qalib çıxacaq ölkənin adını çəkərək.Heç bir sürpriz yoxdur - bu, Rusiyadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516509_7:0:2062:1541_1920x0_80_0_0_cd49504cf7a5b168c5c4789ac7d84d35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
qərb, avropa, rusiya, fransa, emmanuel makron
qərb, avropa, rusiya, fransa, emmanuel makron
Bu, bir səhv idi: Qərb uzun müddət Rusiyaya müqavimət göstərməyə hazır deyildi
Rusiyanı kasıb, dilənçi, iqtisadiyyatı param-parça olmuş, ikinci dərəcəli regional "yanacaqdoldurma məntəqəsi" kimi görürdülər.
"Hərbi əməliyyatların bitdiyi gün gələcək. Həmin vaxt diplomatik kanallarla çıxış yolu tapa bilmək üçün Rusiya indi alçaldılmamalıdır. Əminəm ki, Fransanın rolu vasitəçi güc olmaqdır".
Bu, Emmanuel Makronun regional mətbuata müsahibəsindən sitatdır. Yelisey sarayının bu yaxınlarda beşillik mandatını yeniləmiş hazırkı sahibi növbəti səsvermənin birinci turuna iki həftə qalmış jurnalistlərlə söhbət edib - bu dəfə Milli Assambleyanın aşağı palatasının yeni tərkibi seçiləcək.
Sonrakı şərhlər dalğasından, heç bir şübhə olmadan aydın oldu ki, əslində bu gün nə fransızları, nə avropalıları, bir sözlə - cəmiyyəti nə Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatın gedişi, nə də əksəriyyəti kontinental Avropa ölkələrindən sığınacaq almış köçkünlərin taleyi maraqlandırmır. Onları maraqlandıran – “bunun nə zaman bitəcəyidir”.
"Bu" kəlməsi həm milli hakimiyyət orqanlarının, həm də Brüsselin, onların təbirincə desək, "rus təcavüzkarını" cilovlamaq, onun "geri çəkilib təslim olmağı" üçün qəbul etdiyi bütün geosiyasi və iqtisadi qərarların nəticələrini ifadə edir. Və o, əlbəttə ki, özü-özünü bütün ən gözəl, parlaq və hətta ideal olan hər şeyin qəyyumu təyin edən bütün "qızıl milyard" qarşısında "utanc və tövbə" yaşamalı idi.
Layihə belə idi. Rusiyanı günahkar kimi başıaşağı ilə görmək arzusunda olan bütün mütərəqqi Qərb ictimaiyyətinin heyrətlə kəşf etdiyi reallıq yazılanların hamısı ilə ziddiyyət təşkil edir. Həm də o qədər böyük ziddiyyət ki!
Hələ ki, Rusiyada işıq yanır, kranı açanın tələb etdiyi temperaturda krandan ilıq su tökülür, Avropada kranlar isti və ya soyuq - istənilən su ilə təchiz edilir, qaz və ya elektrik sobasını gərəksiz yerə artıq alışdırmamaq üçün quru yeməyə necə keçmək barədə, həmçinin, məsələn, qarşıdan gələn bayram mövsümündə avtomobil yanacağı qıtlığı yaranarsa, nə etmək lazım barədə düşünürlər.
Bunun nə fərziyyə, nə layihə, nə ssenari deyil, ən əsas reallıq olduğunu avtobus dayanacağında özünün rahat internet bloqunda yoldan keçən hansısa şəxs deyil, Beynəlxalq enerji agentliyinin rəhbəri Fatih Birol bildirib.
Xüsusilə, o bildirib ki, “yayın başlanğıcı və ilin bu vaxtı ilə bağlı səyahətlər səbəbindən dizel yanacağı, benzin və (aviasiya) kerosin qıtlığı ilə üzləşə bilərik”.
Fransada parlament seçkiləri ərəfəsində bu cür hər mənada ruhlandırıcı bəyanatların səsvermənin nəticələri şəklində seçki məntəqələrində heç də az olmayan rəngarəng nəticələrə səbəb ola biləcəyini anlayan Fransa rəsmiləri Birolun dediklərini təkzib etməyə çalışıblar.
Çaxnaşma içində olan, lakin hələ də tərəqqiyə və demokratiyaya inamını saxlayan ictimaiyyəti sakitləşdirməkdən ötrü, onların fikrincə, əsas tezis kimi aşağıdakılar irəli sürüldü: “Yaxın üç ay ərzində təyyarələr və avtomobillər üçün yanacaqla bağlı problem olmamalıdır, çünki rüblük ehtiyata zəmanət verilir”.
Maşınla getmək mümkün olacaq, hətta geri qayıtmaq da mümkün olacaq, amma sentyabrda, oktyabrda, noyabrda və ən əsası dekabrda, soyuq olanda və mətbuatda güclü bir şəkildə təbliğ edilmiş Rusiya neftinə embarqo qoyulanda nə olacaq – bu suala cavab verməyə, təbii ki, kimsənin cəsarəti çatmır.
Bu arada Birol vurğulayır ki, istehlakçılar - həm fiziki şəxslər, həm də şirkətlər üçün enerji çatışmazlığı yarım əsr əvvəlki məşhur enerji böhranından daha uzun sürəcək.
1973-cü ildə nəinki yanacaqdoldurma məntəqələrindəki növbələrdə “MUM-da yaxşı çəkmələr üçün” yaranandan daha təmiz izdiham var idi, üstəlik, bu gün “qızıl milyard”ın yaşadığı ölkələrin bütün iqtisadi inkişafı, sanki, inək dili ilə tərtəmiz yalanmış kimi idi. Həm də bir çox onilliklər üçün qabaqcadan.
30-cu illərin əvvəllərindəki Böyük depressiya, hətta o zaman, keçən əsrin yetmişinci illərində, gözəl sonluqlu Milad hekayəsinə bənzəyirdi. Bu gün isə, badam südlü latte və qlütensiz çörəklərə öyrəşmiş mütərəqqi ictimaiyyət üçün cəhənnəm ön oyunlar olmadan başlayacaq. Elektrik enerjisinin deaktivasiyası payızda gözlənilən sərt reallığa çevrilə, qlütensiz taxılın qiymətləri kəlləçarxa çıxa bilər, və o zaman bir ədəd bulka nərə balığının bir kiçik qaşıq həcmində olan kürüsünün qiymətinə satılacaq.
Son bir neçə yüz ildə yalnız öz iqtisadi qüdrətini artırmaq üçün koloniyalarda ən sərt şəkildə istismar etdiklərinin əməyindən praktiki olaraq qul kimi istifadə edərək, üstəlik, təbii sərvətlər üçün cüzi pul ödəyib nə məhrumiyyət, nə aclıq, nə də əzab-əziyyət bilməyib son dərəcə məmnun və çox firavan yaşayan kollektiv Qərb böhranların inkişaf perspektivlərini tənqidi və düzgün qiymətləndirmək qabiliyyətindən məhrum olmuşdur.
Söhbət təkcə geosiyasi deyil, istənilən böhrandan gedir.
Pandemiya zamanı ABŞ-da və Avropada istər adada, istərsə də kontinentalda baş verənləri hər kəs xatırlayır. Baş verənlər nə qədər ölümə səbəb oldu. Covid ağıllı və nəticələri hesablamaq bacarığı ayıq olmaq qabiliyyətinin mütləq peşəkar bacarıqlara daxil olan insanlarda qeyri-adi düşüncə rahatlığını ortaya qoydu.
Qeyri-ciddilik, ağılsızlıqla həmsərhəd olan kollektiv Qərbin siyasi quruluşu qərara gəldi ki, o və onun böyük cəmiyyəti tərəqqiyə tərəfdar olduğundan, bu blokun ölkələrində pis heç nə olmayacaq.
Terror aktları? Heç vaxt. İnfeksiyadan kütləvi ölüm? Dəli olmusuz? Oyanış çox şiddətli oldu. Və bu, minlərlə insanın həyatı bahasına başa gəldi.
Sanki, bu siyasətçilərin məğrurluğu güclü bir zərbə aldı və gözdən itdi. Amma, xeyr.
Hazırda Avropada geosiyasi böhranın kəskinləşməsi qərar qəbul edənlərin görünməmiş təkəbbürünü bir daha göstərdi. Onlar öz xəyallarında Rusiyanı “kasıb, dilənçi, iqtisadiyyatı parça-parça”, ikinci dərəcəli regional "yanacaqdoldurma məntəqəsi" kimi görürdülər. Yenidən oyanış - dəhşətli bir sərxoş vəziyyətdən sonra olduğu kimi baş verdi. Siyahıya birinci, ikinci və sonrakı sanksiya paketlərini təqdim edənlərdən kim bilirdi ki, Rusiya və Belarus birlikdə, məsələn, mineral gübrələrin bütün dünya istehsalının az qala yarısına nəzarət edirlər?
Bəs kimin ağılna gələrdi ki, xammal ruslar tərəfindən təmin olunduğuna görə, avropalı şərab istehsalçıları butulkalar üçün alüminium qapaqlarsız qala bilərlər? Bu misallar “qızıl milyard”ı əhatə etmək üzrə olan qarşıdan gələn iqtisadi sunami spektrinin müxtəlif hissələrindəndir.
Ancaq ən vacib səhv hesablama, göründüyü kimi, işin maddi tərəfində deyil, fikir dünyasındadır. “Vurulan pilotlar” dəstəsindən ayrı-ayrı uğursuz personajlar bu gün Rusiya cəmiyyətində nə qədər güclü çaşqınlıq və tələskənlik olduğu barədə Qərb siyasətçilərinə qulaqlarını doldururdurdular. Cəmiyyət isə vahid oldu. Onun prinsiplərini və dəyərlərini kimin müdafiə etdiyini və kimin prinsiplər və dəyərlərlə ticarət etməyə hazır olduğunu çox tez başa düşdü. Bu döyüşdə tərəf seçimi dərhal edildi.
O ki qaldı rusların səbrinə, rusların nəinki döyüşə girmək, həm şərəf və ləyaqəti qoruyub saxlamaq, həm də qalib gəlmək əzmi və bacarığı heç də nəzərə alınmırdı. Amma sonda bu amil həlledici oldu. Və ya həlledicilərdən biri.
Geosiyasi böhranın artıq Avropa və ABŞ-a nə gətirdiyini görən, nə gətirəcəyini anlamağa başlayan kollektiv Qərb Rusiyaya qarşı özünün sanksiya müharibəsindən yorulub, əvvəlki təkəbbürünü saxlamağa çalışır. Amma o (yavaş da olsa) ritorikasını dəyişir. Söhbət “döyüş əməliyyatlarının sona çatmasından” gedir. Makron kimi. Və hətta indiki gərginlikdən praktiki olaraq zərər görmədən qalib çıxacaq ölkənin adını çəkərək.
Heç bir sürpriz yoxdur - bu, Rusiyadır.