https://sputnik.az/20220608/azerbaycan-pakistan-biznes-konfransi-kecirilib-442687217.html
Azərbaycan-Pakistan biznes konfransı keçirilib
Azərbaycan-Pakistan biznes konfransı keçirilib
Sputnik Azərbaycan
Pakistan iş adamlarının Azərbaycanda uğurlu layihələr reallaşdırdığı qeyd edilib 08.06.2022, Sputnik Azərbaycan
2022-06-08T18:26+0400
2022-06-08T18:26+0400
2022-06-08T18:26+0400
pakistan
iqtisadiyyat
azərbaycan
forum
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0b/441006550_0:0:3073:1728_1920x0_80_0_0_debe0697dc0443a882ff05af104c5514.jpg
BAKI, 8 iyun — Sputnik. Bakıda Azərbaycan-Pakistan biznes konfransı keçirilib.Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, tekstil, informasiya texnologiyaları, səhiyyə, qida, turizm və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini, tərəflər arasında əlaqələrin davamlı olaraq inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran nazir müavini işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayıb.İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin biznes fəaliyyəti qurmaq istəyən xarici iş adamlarına yerli tərəfdaşların tapılması, KOB-larla birgə layihələrin həyata keçirilməsi və digər istiqamətlərdə göstərə biləcəyi dəstək tədbirləri barədə danışıb.Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd Şakil Munir ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığı, Pakistan iş adamlarının Azərbaycanda uğurlu layihələr reallaşdırdığını qeyd edib, iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüblər.Tədbir iki ölkənin iş adamları arasında görüşlərlə davam edib.Konfrans İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun və İslamabad Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə baş tutub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0b/441006550_0:0:2731:2048_1920x0_80_0_0_de5c03dd7c4dc0da43ae6c2ac224590a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pakistan, azərbaycan, forum
pakistan, azərbaycan, forum
Azərbaycan-Pakistan biznes konfransı keçirilib
Pakistan iş adamlarının Azərbaycanda uğurlu layihələr reallaşdırdığı qeyd edilib
BAKI, 8 iyun — Sputnik. Bakıda Azərbaycan-Pakistan biznes konfransı keçirilib.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, tekstil, informasiya texnologiyaları, səhiyyə, qida, turizm və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini, tərəflər arasında əlaqələrin davamlı olaraq inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran nazir müavini işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin biznes fəaliyyəti qurmaq istəyən xarici iş adamlarına yerli tərəfdaşların tapılması, KOB-larla birgə layihələrin həyata keçirilməsi və digər istiqamətlərdə göstərə biləcəyi dəstək tədbirləri barədə danışıb.
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd Şakil Munir ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığı, Pakistan iş adamlarının Azərbaycanda uğurlu layihələr reallaşdırdığını qeyd edib, iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüblər.
Tədbir iki ölkənin iş adamları arasında görüşlərlə davam edib.
Konfrans İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun və İslamabad Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə baş tutub.