Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

AQTA: Ötən həftə qida zəhərlənməsi ilə bağlı 9 müraciət daxil olub

© Sputnik / Varvara Gertye / Fotobanka keçməkXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Zəhərlənməyə səbəb olan şübhəli məhsullar göbələk, mayonez, balıq, plov, pomidor, kolbasa, dönər və paytaxt salatı olub.
BAKI, 8 iyun — Sputnik. Həftə ərzində qida zəhərlənməsi ilə bağlı daxil olan yeni müraciətlər və icraatı yekunlaşmış müraciətlərin araşdırma nəticələrinə dair məlumat açıqlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, 30 may - 5 iyun tarixləri ərzində qida zəhərlənmələri ilə bağlı 9 yeni müraciət daxil olub.
Yeni qeydiyyata alınmış ümumi zərərçəkənlərin sayı 12 nəfər təşkil edib.
Eyni zamanda, həftə ərzində 12 müraciətin icraatı yekunlaşıb. İcraatı yekunlaşan qida zəhərlənməsi faktı təsdiqlənən hadisələrin sayı 6, zəhərlənmə faktı kliniki təsdiqini tapan zərərçəkənlərin sayı 7 nəfər olub.
Qida zəhərlənməsindən ölüm faktı qeydə alınmayıb.
Zəhərlənməyə səbəb olan şübhəli məhsullar göbələk, mayonez, balıq, plov, pomidor, kolbasa, dönər və paytaxt salatı olub.
Toyuq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2022
İQTİSADİYYAT
Daha üç ölkədən quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb
Xəbər lenti
0