NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

ABŞ "Brent" markalı neftin etalon qiymətinə dair proqnozunu korrektə etdi: Baha olacaq

Abunə olmaq
2022-ci ilin iyul-dekabr aylarında “Brent” kotirovkaları orta hesabla bir barel üçün 108 dollar səviyyəsində qalacaq.
BAKI, 8 iyun - Sputnik. ABŞ Energetika Nazirliyi 2022-ci ildə “Brent” markalı etalon neftin qiyməti ilə bağlı proqnozu 103,35 dollardan 107,37 dollaradək korrektə edib.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında bildirilir ki, 2022-ci ilin iyul-dekabr aylarında “Brent” kotirovkaları orta hesabla bir barel üçün 108 dollar səviyyəsində qalacaq, 2023-cü ildə isə 97 dollar/barelə enəcək.
Bundan əlavə, enerji departamenti 2022-ci ildə ABŞ-da gündəlik neft hasilatı proqnozunu 10 min barel artıraraq sutkada 11,92 milyon barrelə çatdırıb.
Gələn il hasilata dair gözləntilər 120 min barel artaraq sutkada 12,97 milyon barrelə çatıb. Bu, ölkədə neft hasilatının maksimum səviyyəsinə çevrilə bilər (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0