Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiya defolt elan etdiyi halda, ABŞ öz pul kisəsinin ağzını açmalı olacaq

© AFP 2024 / ALEXANDER NEMENOVrubl
rubl - Sputnik Azərbaycan, 1920, 07.06.2022
Abunə olmaq
ABŞ-ın Rusiyaya qarşı davamlı defolt cəhdlərində güddüyü məqsədlər tam aydın deyil.
BAKI, 7 iyun — Sputnik. Sputnik, Vadim Pavlov. İyunun 1-də Beynəlxalq Svoplar və Törəmə Əməliyyatlar Assosiasiyası (ISDA) tərəfindən Rusiyadan dollar avroistiqrazları üzrə 1,9 milyon dollar məbləğində ödənişin olmamasını qeyd edilib.
Avrobond sahibləri bununla əlaqədar hesablanmış faizləri ödəmək tələbi ilə defolt bildirişi təqdim ediblər. Bu, öz növbəsində, defoltdan sığorta olan kredit defolt svoplarının (CDS) icrası üçün əsasdır.
Bütün bunlar nə deməkdir və ABŞ niyə ciddi zərbə altında qala bilər – "Sputnik" bunu araşdırıb.
CDS nədir?
1990-cı illərin ortalarında, JP Morgan Chase Amerika bankının o zamankı top meneceri olan ingilis iqtisadçısı Blayt Masters, sonradan geniş yayılmış kredit defolt svopları (credit default swap, CDS) konsepsiyasını irəli sürdü və həyata keçirdi.
Bu maliyyə əməliyyatı, sadə dillə desək, defoltdan sığortadır. O, istənilən qiymətli kağıza investisiya qoyan investora əlavə ödəniş müqabilində öz investisiyalarını sığortalamağa imkan verir.
Belə sığortanı yalnız dünyanın ən böyük maliyyə qurumları təmin edir, ona görə də onların sayı çox məhduddur. Onların arasında, məsələn, JP Morgan Chase, Morgan Stanley və Bank of America kimi böyük banklar var.
Əslində, CDS Rusiya istiqrazlarına da şamil edilir. Rusiya qiymətli kağızlarına sərmayə qoyan amerikalı investorlar istiqrazların nominal dəyərinin kiçik bir hissəsini mütəmadi olaraq banka köçürüb bu cür sığortanı əlavə olaraq iri banklardan birindən ala bilərdilər.
İnvestor bu yolla təkrar sığortalanır, bank da xeyrini görür, çünki bu, asan puldur: Rusiya xarici borcunu vaxtında ödəyən etibarlı borcalandır və böyük qızıl-valyuta ehtiyatlarına malikdir. Belə olan halda, investorlardan, əslində, onların dincliyi üçün, niyə pul alınmasın?
Bank üçün risk ondan ibarətdir ki, əgər Rusiya Federasiyası CDS-i olan istiqraz sahiblərinə ödəniş etməyi dayandırarsa, onda Rusiyanın əvəzinə ödəmə öhdəliyi bu bankın üzərinə düşür.
Bu mexanizmin işini rahat başa düşmək üçün: təsəvvür edək ki, qonşunuz ipoteka ilə (məsələn, 500.000 dollara) bahalı ev alıb. Sonra qonşunuzun ipoteka götürdüyü bank sizə yaxınlaşır və qonşunuz borcunu ödəyə bilməyəcəyi halda onu sığortalamağı təklif edir. Yəni birdən-birə ödəməyi dayandırsa, o zaman onun borcu sənin üzərinə düşəcək. Belə bir razılaşma üçün siz müntəzəm olaraq bankdan bəzi ödənişlər alacaqsınız. Bilirsiniz ki, qonşunuz kifayət qədər ağıllıdır, sabit işi və yaxşı maaşı var. Siz əminsiniz ki, onun ipotekanı ödəməkdə heç bir problemi olmayacaq, yəni bu, sizin üçün heç bir şey etmədən pul qazanmağın asan yoludur. Əgər problem yaranarsa, o zaman banka qonşu üçün yarım milyon dollar verməli olacaqsınız.
Rusiyanın "defoltu" Amerikanın pul kisəsini silkələyəcək
Bu hekayəni Rusiya istiqrazları ilə bağlı vəziyyətə "köçürsəniz", burada qonşunuz Rusiyadır, qonşunuza ipoteka verən bank Rusiya istiqrazlarını alan investordur, siz isə investoru əlavə vəsait üçün sığortalayan böyük banksınız.
Bütün bunların necə işlədiyini anladıqdan sonra ən maraqlısına keçə bilərik.
Dəfələrlə yazdığımız kimi (məsələn, burada) Qərb bu gün bütün gücü ilə Rusiyaya qarşı defolt elan etməyə çalışır. Mayın 25-də ABŞ Maliyyə Nazirliyinin Rusiyaya xarici borclarına xidmət göstərmək və Qərb investorlarına Rusiya istiqrazları üzrə ödənişlər almağa imkan verən lisenziyasına xitam verilib.
Yəni güman edilir ki, bu lisenziya olmadan Rusiya istiqraz sahibləri qarşısında öhdəliklərini vaxtında yerinə yetirə bilməyəcək, bu isə ölkənin müflis elan oluna biləcəyi deməkdir. Nəticədə, Rusiya Federasiyası defolt astanasında olmalıdır.
Bu defoltun texniki xarakter daşıyacağını başa düşmək lazımdır (əgər olarsa). Rusiya borcunu ödəyə bilər və bunu etmək istəyir, amma Qərb onun yoluna maneə qoyur və ödənişə imkan vermir. Nəticədə, amerikalı investorlar əziyyət çəkir. Rusiya isə, ödəmə qabiliyyətini olduğu kimi saxlayır (müvafiq olaraq, Rusiya iqtisadiyyatını bu halda heç bir şey təhdid etmir).
ABŞ-ın Rusiyaya qarşı davamlı defolt cəhdlərində güddüyü məqsədlər tam aydın deyil. Üstəlik, onların açıqladığı planlar dəfələrlə dəyişib (bu barədə burada ətraflı yazmışdıq).
Lakin maraqlısı odur ki, əgər heç nəyə baxmayaraq, Rusiyanın defoltu elan olunarsa, o zaman Rusiya istiqrazlarına və CDS-ə sahib olan investorlar bütün istiqrazlarının ödənilməsini Rusiya Federasiyasının əvəzinə Amerikanın iri banklarından tələb edə bilərlər.
Bu isə, daha anlayışlı olsun deyə qeyd edək ki, bankların ayrılmaq istəmədiyi milyardlarla dollardır. Üstəlik, Rusiyanın real defolt vəziyyətində olmadığını, özünün ödəmək iqtidarında olduğunu (və Rusiya bunu istəyir) və sadəcə olaraq, ABŞ hakimiyyətinin hərəkətləri ucbatından bunu etmək üçün texniki imkanlardan məhrum olduğunu görərək.
İnanıram ki, hadisələrin inkişafı üçün ən real variant bankların investorlara cibindən pul ödəməmək üçün hər cür hüquqi addımlar axtarması olacaq. Bunun üçün onlar yəqin ki, məhkəməyə müraciət etməli olacaqlar, burada Rusiyadakı defoltun süni olduğunu və ölkənin özünün də borclarını normal ödəmək iqtidarında ola bildiyini sübut etmək lazım gələcək.
Və onlar, çox güman ki, bunu sübut edə biləcəklər, çünki defolt, həqiqətən, Qərb tərəfindən süni şəkildə yaradılıb.
Onda belə çıxır ki, Amerika bankları Rusiya əvəzinə amerikalı investorlara pul ödəməmək üçün Amerika hakimiyyətini Amerika məhkəməsində məhkəməyə verərək Rusiyada defolt olmadığını ətrafdakı hər kəsə sübut edəcəklər. Rusiyaya isə popkorn ehtiyatını yığmaq qalır, çünki bizi irəlidə çox maraqlı tamaşa gözləyir.
Absurd səslənir? Həm də çox. Amma son üç ayda bir çoxları Rusiyanı getdikcə artan sanksiyalar və dəhşətli sözlərlə bombalamağa cəhd edən Qərbin tələsik addımlarına öyrəşiblər. Ona görə də bu ssenari heç də təəccüblü deyil.
Xəbər lenti
0