Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Eyni yolla: hansı ölkələr Rusiyadan yük vaqonları alırlar

© Sputnik / Виталий Аньков / Mediabanka keçidQatar
Qatar - Sputnik Azərbaycan, 1920, 07.06.2022
Abunə olmaq
Ucsuz-bucaqsız dəmir yolları keçmiş müttəfiq respublikaları birləşdirə bilərmi?
BAKI, 7 iyun — Sputnik, Sergey Leskov. Ötən həftə Qırğızıstan Dəmir Yolları milli şirkətinin parkı yüz yük vaqonundan ibarət daha bir partiya ilə təmin edilib. Çatdırılma böyük müqavilə çərçivəsində Rusiyadan həyata keçirilib.
Sputnik, postsovet məkanının başqa hansı ölkələrinin və nə üçün Rusiya istehsalı olan vaqonları almağa üstünlük verdiyini araşdırıb.
Köhnə vaqonların silinməsinin vaxtıdır
Qırğızıstan dəmir yolu işçiləri ötən ildən öz vaqonlarını ciddi şəkildə təkmilləşdirməyə başlayıblar. Rusiyanın "Altayvaqonzavod" Səhmdar Cəmiyyəti holdinqi ilə bağlanmış müqaviləyə əsasən, respublika 456 milyon som (5,7 milyon dollar) dəyərində 120 yük vaqonu alıb.
"İstehsalçı zavod üç illik zəmanət verir. Vaqonların istismar müddəti təxminən 30 ildir, müvafiq olaraq yaxın üç ildə böyük dövri təmirlərdən imtina etməklə vaqon parkının saxlanılması xərcləri azalacaq", - deyə QDY-nın mətbuat xidmətindən bildirilib .
Dəmir yolu nəqliyyatı sahəsində ekspertlər bildirirlər ki, Qırğızıstanda vaqonların yenilənməsi zərurəti çoxdan yetişib. Belə ki, Rusiya Vaqon düzəldənlər Birliyinin məlumatına görə, Qırğızıstan Respublikasının yük parkında 120 min yük vaqonu var. Eyni zamanda, onların 68%-nin istismar müddəti başa çatıb - faktiki olaraq onlardan yüklərin daşınması üçün istifadə etmək mümkün deyil.
Birlik digər yaxın xaric ölkələrdə yük parklarının sayı və köhnəlməsi barədə məlumatları təqdim edir (qrafikaya nəzər yetirin)
Sistern və hopper hər kəsə kifayət edəcək
Rusiya postsovet məkanında dəmir yolu nəqliyyatı sahəsində ən böyük təchizatçılardan biridir.
"BusinesStat"ın məlumatına görə, 2018-ci ildə qonşu ölkələr Rusiyadan 10,1 min ədəd yük vaqonu alıb. Və bu sahə tarixində bu seqmentdə ən yüksək ticarət göstəricilərindən biridir. Analitiklər ixracın artımını birbaşa olaraq istehsalın rekord artımı ilə əlaqələndirirlər.
Belə ki, Rosstatın məlumatına görə, 2019-cu ildə Rusiya 79,6 min magistral vaqon istehsal edib və 1974-cü ildə 72,4 min ədəd istehsal etdiyi üçün SSRİ rekordunu qırıb.
Bununla belə, 2021-ci ilə qədər Rusiyanın qonşu ölkələrə ixracı demək olar ki, iki dəfə azalıb. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, ötən il qonşu dövlətlər Rusiyadan bütün növ 5441 vaqon idxal edib. Bunlardan ümumi məbləği 138,7 dollar olan 3 156 ədəd yük vaqonu alınıb (qrafikaya nəzər yetirin).
Bu günə qədər təkcə Rusiyadan yeni vaqonların idxalına görə deyil, həm də komponentlərin idxalına görə lider Qazaxıstandır. "Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin idarə heyətinin sədr müavini Kanat Almaqambetovun Sputnik-ə verdiyi məlumata görə, "demək olar ki, bütün xammal Rusiyadan gəlir, biz həmçinin vaqonlar üçün istifadə olunacaq materialları da alırıq. Bizim Rusiya ilə çoxlu müqavilələrimiz var, bütün öhdəliklər yerinə yetirilir, ancaq Qazaxıstan həqiqətən daha az vaqon almağa başlayıb".
Lakin "Uralvaqonzavod-Trans" SC-nin marketinq və strateji planlaşdırma şöbəsinin rəhbəri Stanislav Zolotarevin sözlərinə görə, ixracın azalmasında fövqəltəbii heç nə yoxdur: "Hər il zavodlar köhnəlmiş vaqonları əvəz etmək üçün bazarın tələb etdiyi qədər məhsul istehsal edir, nə çox, nə də az. Əks halda, tələb olunmayan vaqonlar lazımsız yerə qalacaq, sahibi də ziyana düşəcək".
Rəqabətdən kənar "Rusiya yolu"
Postsovet məkanının ərazisində vaqon istehsalı bazarı spesifikdir, əsas istehsalçıların demək olar ki, heç bir "təbii" rəqibləri yoxdur. MDB ölkələrində dəmir yolu xətti SSRİ-nin mirasıdır. Onun eni 1520 mm, Avropa, ABŞ və ya Kanadada isə 1435 mm-dir. Məsələn, Avropa təchizatçılarından vaqonlara keçmək texniki cəhətdən mümkün deyil.
"Ümumiyyətlə, Avropada dəmir yolu əlaqəsi o qədər də inkişaf etməyib. Dəmir yolu ilə yüklərin daşınması bütün daşımaların cəmi 20%-ni təşkil edir. Qalan hissəsi isə avtomobil və dəniz nəqliyyatıdır. Bazarın bir hissəsi Çinə məxsusdur. O da Avropa ölçü standartlarına malik olsa da, MDB ölkələri üçün də vaqonlar istehsal edir", - deyə Zolotarev qeyd edib.
Rusiyanın iri istehsalat şirkətinin inkişaf direktoru Aleksey Polşakov Sputnik-ə bildirib ki, alıcılar ümumiyyətlə Çin məhsullarına ehtiyatla yanaşırlar, ona görə də onlar uzun müddət sınaqdan çıxmış variantları seçirlər.
"Çin vaqonları xüsusi keyfiyyətlə fərqlənmir. Biz bu cür olanları almağa çalışdıq. Onların qiyməti demək olar ki, Rusiya və ya Ukrayna məhsulları ilə müqayisə olunur. Bizim yük vaqonumuz və ya sisternimiz 4 milyon rubl civarındadır, Çində isə bir az ucuzdur. Ancaq onun resursu daha azdır və ən xoşagəlməz də odur ki, aşma ehtimalı daha yüksəkdir", - deyə Sputnik-in həmsöhbəti qeyd edib.
Transsərhəd daşınmalara (və Avropa yoluna keçid məsələlərinə) gəlincə, məsələn, bütün növ Rusiya vaqonlarının üç əsas alıcısından biri olan Estoniya üçün belə bir məsələ ümumiyyətlə aktual deyil.
"Estoniya bizdən fərqli dəmir yolu xəttindən istifadə edən ölkələrlə həmsərhəd deyil. Bununla bağlı heç bir problemimiz yoxdur. Qatarlarımız Rusiya, Belarus, Latviya, Litvaya gedir, standart hər yerdə eynidir – 1520 mm", - deyə Estoniyanın "Eesti Raudt" milli infrastruktur şirkətinin biznes direktoru Artur Rayxman bildirib.
Bazar sabitliyi təhlükə altındadır?
Vaqon düzəldənlər Birliyinin məlumatına görə, "Rusiya yolu" (1520 mm) üçün nəzərdə tutulan yük vaqonlarının ümumi parkı bu gün 1,5 milyon vaqon təşkil edir (1,2 milyonu Rusiya Federasiyası tərəfindən istismar olunur). Onların 35%-i platforma vaqonları, 35%-i yarımvaqonlar, 10%-i sistern və hopperlərin payına düşür (onlarda taxıl, mineral gübrələr daşınır). Qalan 10% isə avtomobil daşıyıcıları, buzxanalı vaqonlar, təmirli olanlar və başqalarıdır.
Vaqon istehsalı bazarının inkişaf perspektivlərinə gəlincə, Stanislav Zolotarevin fikrincə, o həmişə sabitliyi ilə seçilib. Hətta COVID-19 pandemiyası zamanı çox şey dəyişmədi. Ancaq indi vəziyyət başqadır.
"Ukrayna, Rusiya kimi, postsovet məkanında dəmir yol məhsullarının (vaqonlar, təkərlər, transmissiya valları) əsas tədarükçülərindən biri olub. Buna görə də indi bütövlükdə bazarın perspektivlərini proqnozlaşdırmaq mümkün deyil", - deyə ekspert fikrini yekunlaşdırıb.
"Vaqon Düzəldənlər" Birliyinin məlumatına görə, 2022-ci ilin əvvəlində Ukrayna müəssisələrinin gücü ildə 80 min ədəd vaqon istehsal etmək üçün nəzərdə tutulub (Rusiya Federasiyasında - 90 min ədəd). Eyni zamanda, 2018-ci ilə qədər Ukrayna həm də Rusiya dəmir yolu məhsullarının əsas alıcısı olub, idxalın payı 40%-ə çatıb. Ancaq indi Ukraynanın başqa planları var. Baş nazir Denis Şmıqalın sözlərinə görə, ölkə tədricən Avropa dəmir yolu xətti standartlarına keçməyə hazırlaşır.
Xəbər lenti
0