https://sputnik.az/20220607/dyp-rayonlardan-paytaxta-erzaq-dasiyan-suruculere-muraciet-edib-442649946.html
DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
Sputnik Azərbaycan
Həmin mallar şəhərə yalnız gecə saat 01:00-dan səhər saat 06:00-dək daşınmalı, yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməlidir 07.06.2022, Sputnik Azərbaycan
2022-06-07T18:33+0400
2022-06-07T18:33+0400
2022-06-07T18:33+0400
dyp
cəmiyyət
ərzaq
sürücü
bakı
rayon
https://cdnn1.img.sputnik.az/img/42258/95/422589596_0:102:2000:1227_1920x0_80_0_0_467518709ab8c5bd2edd283742f07e4b.jpg
BAKI, 7 iyun — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi "2022 Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.İdarədən daxil olan müraciətdə deyilir: Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək "2022 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, habelə ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, idmançı və texniki heyətin, eləcə də yerli azarkeşlərin və əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə iyun ayının 6-dan 13-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini tövsiyə edir.Paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, xüsusilə treykin keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasını nəzərə alaraq şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.Ümidvarıq ki, tədbirin yüksək səviyyədə və təhlükəsiz bir şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti olaraq tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq və mövcud vəziyyəti düzgün qiymətləndirməklə bu işdə polis əməkdaşlarına öz lazımi dəstəyini və köməyini nümayiş etdirəcəklər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42258/95/422589596_99:0:1872:1330_1920x0_80_0_0_91bfbcdb723bbbbe616e11cb58ca290c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dyp, ərzaq, sürücü, bakı, rayon
dyp, ərzaq, sürücü, bakı, rayon
DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
Həmin mallar şəhərə yalnız gecə saat 01:00-dan səhər saat 06:00-dək daşınmalı, yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməlidir
BAKI, 7 iyun — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi "2022 Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən daxil olan müraciətdə deyilir: Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək "2022 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, habelə ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, idmançı və texniki heyətin, eləcə də yerli azarkeşlərin və əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə iyun ayının 6-dan 13-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini tövsiyə edir.
Paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, xüsusilə treykin keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasını nəzərə alaraq şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.
Ümidvarıq ki, tədbirin yüksək səviyyədə və təhlükəsiz bir şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti olaraq tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq və mövcud vəziyyəti düzgün qiymətləndirməklə bu işdə polis əməkdaşlarına öz lazımi dəstəyini və köməyini nümayiş etdirəcəklər".