Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakıda Qazaxıstan Ticarət-İqtisadi Missiyası davam edir

© Mark Wilson / Getty Images / AFPMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 07.06.2022
Abunə olmaq
Tədbir Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyi, "QazTrade" SC, Qazaxıstanın Azərbaycandakı Səfirliyi və Azərbaycanda "Qazaxıstan Ticarət Evinin" dəstəyi ilə keçirilir.
BAKI, 7 iyun — Sputnik. Bakı şəhərində Qazaxıstan istehsalçılarının və xidmət təminatçılarının təmsil olunduğu Qazaxıstan Ticarət-İqtisadi Missiyası (TİM) davam edir. Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası və birgə biznes forumunda çıxış edərkən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib ki, hökumətlərarası Komissiyanın ötənilki 17-ci iclasının protokolunun icrası istiqamətində Qazaxıstan tərəfi artıq Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının tərkibini formalaşdırıb.
Onun sözlərinə görə, Şura iki ölkə arasında müntəzəm dialoq, ikitərəfli investisiya və ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün platforma rolunu oynayacaq. Səfir qeyd edib ki, yeni formalaşan struktur ticarət maneələrinin aradan qaldırılması və biznes səviyyəsində problemli məsələlərin həlli üçün hökumətlərarası komissiya və dövlət qurumları üçün tövsiyələr hazırlayacaq.
Sözügedən forumda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov deyib ki, ötən il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi təxminən 136 mln. ABŞ dolları təşkil edib.
İnvestisiyalara gəlincə, Agentliyin rəhbəri qeyd edib ki, 1995-2021-ci illər ərzində Azərbaycanın Qazaxıstanın qeyri-neft sektoruna investisiyaları 200 mln. dollardan çox, Qazaxıstanın isə Azərbaycanın qeyri-neft sektoruna sərmayələri təxminən 100 mln. dollar təşkil edib.
Orxan Məmmədov qeyd edib ki, Azərbaycan əlverişli biznes və investisiya mühiti ilə tanınır. Ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkətin qeydiyyatdan keçməsi buna sübutdur. Onların arasında Qazaxıstan kapitallı 159 şirkət (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) var. Qazaxıstan bazarında Azərbaycan şirkətləri də təmsil olunur: "Qarşılıqlı fəaliyyətin müxtəlif sahələrində bütün məsələlərin müzakirəsi üçün səmərəli platforma rolunu oynayan ölkələrimiz arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolunu ayrıca qeyd etmək istəyirəm". "KazMunayQaz" milli neft və qaz şirkətinin idarə heyətinin sədr müavini Dauren Karabayev bildirib ki, Qazaxıstan Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən ixrac neftinin adını dəyişib.
Onun sözlərinə görə, iyun ayından etibarən Qazaxıstan neft şirkətləri neft ixracı üçün sənədlərin işlənməsi zamanı onun adını KEBCO (Kazakhstаn export blend crude oil - Qazaxıstanın ixrac xam neft qarışığı) kimi qeyd edir.
Bundan əvvəl mətbuat Qazaxıstanın neft sənayesindəki mənbələrə istinadən xəbər vermişdi ki, respublika treyderlərin və alıcıların təşəbbüsü ilə Rusiya limanlarından satdığı neftə yeni marketinq adı – KEBCO - vermək istəyir.
Dauren Karabayev qeyd edib ki, Qazaxıstan neftinin satışı ilə bağlı indiyədək heç bir problem yaranmayıb, lakin iyun ayından etibarən "KazMunayQaz" və digər Qazaxıstan şirkətləri belə qərara gəliblər ki, onu müşayiət edən sənədlərdə, malların mənşəə sertifikatında neftin adı KEBCO kimi qeyd olunsun.
Qeyd edək ki, öncə Rusiya limanlarından ixrac edilən Qazaxıstan nefti "Urals" markası altında satılırdı.
Xəbər lenti
0