Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan turizm sahəsində nəyə nail olub

Abunə olmaq
Azərbaycan nəinki postsovet ölkələrindən gələn turistlərin diqqətini cəlb edə bildi, həm də xaricdə turist cəlbediciliyi baxımından öz imicini möhkəmləndirdi.
Turizm sektoru Azərbaycan iqtisadiyyatının mühüm tərkib hissəsidir. Son məlumatlar göstərir ki, turizm sektoru ölkənin ÜDM-nin təxminən 4%-ni təmin edir.
Respublikada turizmin onlarla müxtəlif sahələri var.
Belə ki, tarixi-mədəni turizm baxımından memarlığı və görməli yerləri ilə məşhur olan Gəncə, Qəbələ, Naxçıvan və Şəki ən cəlbedici sayılır.
Müalicə turizmi ən çox Naxçıvan, Lənkəran və Naftalanda təmsil olunur. Naftalan neftinin müalicəvi xassələri bu gün nəinki MDB ölkələrində, həm də Birliyin hüdudlarından çox-çox kənarda tanınır.
Azərbaycan da qış tətilinə üstünlük verən turistləri cəlb etmək üçün çalışır. Bu məqsədlə “Şahdağ” turizm kompleksi və “Tufan” dağ-xizək kurortu yaradılıb.
Dağ və ekstremal turizm növləri fəal inkişaf edir.
2018-ci ildən yeni istiqamət - “halal turizm” inkişaf edir, məqsədi yeni turizm standartları çərçivəsində İslam ölkələrindən əcnəbiləri cəlb etməkdir.
Azərbaycan həm də zəngin mətbəxi ilə həmişə məşhur olub ki, bu da qastronomik turizmin inkişafına səbəb olub.
Ölkə öz turizm potensialını xaricdə fəal şəkildə təbliğ edir. 2018-ci ildə Azərbaycan turizm brendi təqdim olundu, yeni bir baxış şüarı təqdim edildi. Respublikanın MDB ölkələrində, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Çində və Hindistanda turizm nümayəndəlikləri fəaliyyət göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycana ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çox turist səfər edib ki, bu da pandemiyadan əvvəlki göstəricilərə qayıdış tendensiyasından xəbər verir.
Respublikada turizmin vəziyyəti ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış olmaq olar.
Xəbər lenti
0