Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

© AR Ministry of DefenceRaket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilib
Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilib - Sputnik Azərbaycan, 1920, 07.06.2022
Abunə olmaq
Təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.
BAKI, 7 iyun — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrinin özüyeriyən haubitsa heyətləri ilə döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlimin planına əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.
Dəniz piyadalarının hazırlığı - Sputnik Azərbaycan, 1920, 03.06.2022
VİDEO
Azərbaycanın dəniz piyadaları üçün xüsusi təlim keçirilir
Xəbər lenti
0