https://sputnik.az/20220607/antonov-bu-gun-rusiyaya-qarsi-informasiya-blokadasindan-danismaq-olar-442625416.html
Antonov: Bu gün Rusiyaya qarşı informasiya blokadasından danışmaq olar
Antonov: Bu gün Rusiyaya qarşı informasiya blokadasından danışmaq olar
Sputnik Azərbaycan
Rusiyalı səfir bildirib ki, ABŞ-a göndərilən rusiyalı jurnalistlər təzyiqlərə məruz qalır, birbaşa yayım qadağası ilə üzləşirlər. 07.06.2022, Sputnik Azərbaycan
2022-06-07T14:08+0400
2022-06-07T14:08+0400
2022-06-07T14:08+0400
rusiya
abş
anatoli antonov
səfir
https://cdnn1.img.sputnik.az/img/41153/37/411533728_0:0:2785:1566_1920x0_80_0_0_e6e56f84eb6c68b12be163d998d782ba.jpg
BAKI, 7 iyun — Sputnik. ABŞ-ın Moskvadakı səfiri Con Sallivanın TASS agentliyinə müsahibəsi Rusiya mediasının açıqlığının, eləcə də Rusiya Federasiyasının alternativ nöqteyi-nəzəri dinləməyə hazır olduğunun təsdiqidir, lakin Amerika tərəfində əks yanaşma var. Bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya diplomatik missiyasının “Telegram” kanalında məlumat verib.O, mətbuat xidmətinin rəhbəri Ned Praysın Rusiyada söz azadlığına geniş miqyaslı hücum fikrini şərh edərkən, Amerikalı diplomatın iddiaları real situasiyaya uyğun gəlmir deyib.Amerikanın mövqeyində tabu yoxdur. Bunun təsdiqi ABŞ-ın Moskvadakı səfiri Con Sallivanın TASS xəbər agentliyinə verdiyi son müsahibədir. Diplomat öz tezislərini kəsilməz şəkildə ən geniş miqyasda auditoriyaya çatdırmaq imkanı əldə edib, baxmayaraq ki, onların yanaşması Rusiya vətəndaşlarının əksəriyyətinin fikrindən əhəmiyyətli dərəcədə fərqlənir," - Antonov qeyd edib."Rusiya mediasının açıqlığı Amerika mətbuatının Rusiyanın rəsmilərinə münasibəti ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Bu gün informasiya blokadasından danışmaq olar", - diplomat vurğulayıb."Səfirliyin sıravi ABŞ vətəndaşlarına beynəlxalq siyasətin aktual problemlərinə dair mövqeyini çatdırmaq üçün etdiyi çoxsaylı cəhdlər, nadir istisnalar olmaqla, pisniyyətli təbliğat kimi yerli nəşrlər tərəfindən dərhal rədd edilir. Materialların hətta kommersiya əsasında dərc edilməsi imkanı yoxdur. Bütün bunlar hadisələrin obyektiv işıqlandırılması ilə deyil, hakim partiyaların maraqlarına xidmət edən Amerika media resurslarının ikili standartlarını təsdiqləyir", - deyə o bildirib."ABŞ-a göndərilən rusiyalı jurnalistlər təzyiqlərə məruz qalır. Onlar Amerika ərazisində birbaşa yayım qadağası ilə üzləşirlər. Onların rəsmi tədbirlərə girişi məhduddur. İş vizalarının alınması prosesi mürəkkəbdir. Bank hesabları bağlanıb. Xüsusi xidmət orqanları əməkdaşlarımıza yaxınlaşır və onları əməkdaşlığa inandırmağa çalışır", - Antonov qeyd edib. "ABŞ səlahiyyətliləri digər ölkələrə mühazirə oxumazdan əvvəl öz ölkələrində mətbuat azadlığının və informasiyaya bərabər çıxışın təmin edilməsinə diqqət yetirməlidirlər", - deyə o vurğulayıb.
https://sputnik.az/20220603/antonov-bu-addimlarla-qerb-dunyadaki-veziyyeti-gerginlesdirir--442476055.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41153/37/411533728_0:0:2731:2048_1920x0_80_0_0_567e3d043c6b1c0c10c8992ec6c5775d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, anatoli antonov, səfir
abş, anatoli antonov, səfir
Antonov: Bu gün Rusiyaya qarşı informasiya blokadasından danışmaq olar
Rusiyalı səfir bildirib ki, ABŞ-a göndərilən rusiyalı jurnalistlər təzyiqlərə məruz qalır, birbaşa yayım qadağası ilə üzləşirlər.
BAKI, 7 iyun — Sputnik. ABŞ-ın Moskvadakı səfiri Con Sallivanın TASS agentliyinə müsahibəsi Rusiya mediasının açıqlığının, eləcə də Rusiya Federasiyasının alternativ nöqteyi-nəzəri dinləməyə hazır olduğunun təsdiqidir, lakin Amerika tərəfində əks yanaşma var. Bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya diplomatik missiyasının “Telegram” kanalında məlumat verib.
O, mətbuat xidmətinin rəhbəri Ned Praysın Rusiyada söz azadlığına geniş miqyaslı hücum fikrini şərh edərkən, Amerikalı diplomatın iddiaları real situasiyaya uyğun gəlmir deyib.
Amerikanın mövqeyində tabu yoxdur. Bunun təsdiqi ABŞ-ın Moskvadakı səfiri Con Sallivanın TASS xəbər agentliyinə verdiyi son müsahibədir. Diplomat öz tezislərini kəsilməz şəkildə ən geniş miqyasda auditoriyaya çatdırmaq imkanı əldə edib, baxmayaraq ki, onların yanaşması Rusiya vətəndaşlarının əksəriyyətinin fikrindən əhəmiyyətli dərəcədə fərqlənir," - Antonov qeyd edib.
"Rusiya mediasının açıqlığı Amerika mətbuatının Rusiyanın rəsmilərinə münasibəti ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Bu gün informasiya blokadasından danışmaq olar", - diplomat vurğulayıb.
"Səfirliyin sıravi ABŞ vətəndaşlarına beynəlxalq siyasətin aktual problemlərinə dair mövqeyini çatdırmaq üçün etdiyi çoxsaylı cəhdlər, nadir istisnalar olmaqla, pisniyyətli təbliğat kimi yerli nəşrlər tərəfindən dərhal rədd edilir. Materialların hətta kommersiya əsasında dərc edilməsi imkanı yoxdur. Bütün bunlar hadisələrin obyektiv işıqlandırılması ilə deyil, hakim partiyaların maraqlarına xidmət edən Amerika media resurslarının ikili standartlarını təsdiqləyir", - deyə o bildirib.
"ABŞ-a göndərilən rusiyalı jurnalistlər təzyiqlərə məruz qalır. Onlar Amerika ərazisində birbaşa yayım qadağası ilə üzləşirlər. Onların rəsmi tədbirlərə girişi məhduddur. İş vizalarının alınması prosesi mürəkkəbdir. Bank hesabları bağlanıb. Xüsusi xidmət orqanları əməkdaşlarımıza yaxınlaşır və onları əməkdaşlığa inandırmağa çalışır", - Antonov qeyd edib. "ABŞ səlahiyyətliləri digər ölkələrə mühazirə oxumazdan əvvəl öz ölkələrində mətbuat azadlığının və informasiyaya bərabər çıxışın təmin edilməsinə diqqət yetirməlidirlər", - deyə o vurğulayıb.