https://sputnik.az/20220603/antonov-bu-addimlarla-qerb-dunyadaki-veziyyeti-gerginlesdirir--442476055.html
Antonov: Bu addımlarla Qərb dünyadakı vəziyyəti gərginləşdirir
Antonov: Bu addımlarla Qərb dünyadakı vəziyyəti gərginləşdirir
Sputnik Azərbaycan
Rusiya Federasiyasının Birləşmiş Ştatlardakı səfiri Anatoli Antonov dünən qəbul edilmiş yeni sanksiyaları dəyərləndirib. 03.06.2022, Sputnik Azərbaycan
2022-06-03T09:33+0400
2022-06-03T09:33+0400
2022-06-03T09:34+0400
rusiya
anatoli antonov
ərzaq
sanksiya
səfir
səfirlik
https://cdnn1.img.sputnik.az/img/41487/95/414879567_0:24:2785:1590_1920x0_80_0_0_e1b0e9e6ea3a0c7346cef8fcaa3e59ab.jpg
BAKI, 3 iyun - Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyir ki, daha çox anti-Rusiya sanksiyaları qida təhlükəsizliyinə təsir edəcək tədarük zəncirlərini təhdid edir.İyunun 2-də ABŞ nazirlər və iş adamları da daxil olmaqla 17 rusiyalıya qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Sanksiya siyahısına 16 hüquqi şəxs də daxildir.Səfirliyin Teleqram kanalında Antonov deyib: "Biz əminik ki, amansız məhdudlaşdırıcı təcrübələr yalnız dünyada vəziyyəti daha da ağırlaşdıracaq. Bu, tədarük zəncirlərində yeni fasilələrə səbəb olacaq və ərzaq təhlükəsizliyinə təsir göstərəcək".Səfir əmin olduğunu bildirib ki, iqtisadi “dəyişmələr” bəzi ərzaq məhsullarının qıtlığı probleminin getdikcə kəskinləşdiyi ABŞ-ın özünə də təsir edə bilər.O, elan edilən tədbirləri Vaşinqtonun rusofob isterikasının növbəti təsdiqi adlandırıb. Antonov bildirib ki, onlar yanacağın qiymətinin artması da daxil olmaqla, qlobal iqtisadi balanssızlıqda Rusiyanı günahlandırmaq cəhdləri ilə eyni səviyyədədirlər.Diplomatın inandırdığı kimi, Rusiya hətta məhdudiyyətlər və qadağalar altında olsa da, öz borc öhdəliklərini vaxtında yerinə yetirməyə hazırdır. “Rusiyanın ödənişlər etmək imkanını əngəlləmək cəhdləri ciddi investorlardan yan keçməyəcək, əksinə ABŞ-ın özünə olan etimadı sarsıdacaq”, - səfir yekunlaşdırıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
https://sputnik.az/20220602/rusiya-ukrayna-taxili-ile-gemilerin-kecmesi-ucun-sertini-deyib-442473461.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41487/95/414879567_0:0:2731:2048_1920x0_80_0_0_6a71961f665eea8f67747161bef556a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anatoli antonov, ərzaq, sanksiya, səfir, səfirlik
anatoli antonov, ərzaq, sanksiya, səfir, səfirlik
Antonov: Bu addımlarla Qərb dünyadakı vəziyyəti gərginləşdirir
09:33 03.06.2022 (Yenilənib: 09:34 03.06.2022) Rusiya Federasiyasının Birləşmiş Ştatlardakı səfiri Anatoli Antonov dünən qəbul edilmiş yeni sanksiyaları dəyərləndirib.
BAKI, 3 iyun - Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyir ki, daha çox anti-Rusiya sanksiyaları qida təhlükəsizliyinə təsir edəcək tədarük zəncirlərini təhdid edir.
İyunun 2-də ABŞ nazirlər və iş adamları da daxil olmaqla 17 rusiyalıya qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Sanksiya siyahısına 16 hüquqi şəxs də daxildir.
Səfirliyin Teleqram kanalında Antonov deyib: "Biz əminik ki, amansız məhdudlaşdırıcı təcrübələr yalnız dünyada vəziyyəti daha da ağırlaşdıracaq. Bu, tədarük zəncirlərində yeni fasilələrə səbəb olacaq və ərzaq təhlükəsizliyinə təsir göstərəcək".
Səfir əmin olduğunu bildirib ki, iqtisadi “dəyişmələr” bəzi ərzaq məhsullarının qıtlığı probleminin getdikcə kəskinləşdiyi ABŞ-ın özünə də təsir edə bilər.
O, elan edilən tədbirləri Vaşinqtonun rusofob isterikasının növbəti təsdiqi adlandırıb. Antonov bildirib ki, onlar yanacağın qiymətinin artması da daxil olmaqla, qlobal iqtisadi balanssızlıqda Rusiyanı günahlandırmaq cəhdləri ilə eyni səviyyədədirlər.
Diplomatın inandırdığı kimi, Rusiya hətta məhdudiyyətlər və qadağalar altında olsa da, öz borc öhdəliklərini vaxtında yerinə yetirməyə hazırdır. “Rusiyanın ödənişlər etmək imkanını əngəlləmək cəhdləri ciddi investorlardan yan keçməyəcək, əksinə ABŞ-ın özünə olan etimadı sarsıdacaq”, - səfir yekunlaşdırıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.