https://sputnik.az/20220606/usaqlara-isgence-verilen-sevgi-evi-siginacagi-baglandi-442584689.html
Uşaqlara işgəncə verilən "Sevgi evi" sığınacağı bağlandı
Uşaqlara işgəncə verilən "Sevgi evi" sığınacağı bağlandı
Sputnik Azərbaycan
Sığınacaqdan bildirilib ki, araşdırılma bitənədək yeni uşaqlar qəbul edilmir, orada olan uşaqlar isə himayəçilərinə verilib. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T12:15+0400
2022-06-06T12:15+0400
2022-06-06T12:15+0400
bakı
cəmiyyət
sığınacaq
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442459797_0:240:1280:960_1920x0_80_0_0_41d42e1dc21d1bf31c2d03ec8d32cf3b.jpg
BAKI, 6 iyun — Sputnik. Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan "Sevgi evi" Qadın və Uşaq sığınacağı müvəqqəti olaraq bağlanıb.Sputnik Azərbaycan-a bu məlumatı sığınacaqdan veriblər. Bildiriblər ki, hazırda uşaq qəbul edilmir. Sığınacaqdakı uşaqlar isə ailə üzvlərinə və yaxınlarına təhvil verilib: "Hələki sığınacaqla bağlı araşdırma aparılır. Ona görə də müvəqqəti uşaq qəbul edilmir. Kim uşaq gətirmək istəyirsə, araşdırma bitəndən sonra müraciət etsin.Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10 may 2022-ci il tarixində keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmədovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. Eyni zamanda sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.Hadisənin baş verdiyi "Sevgi evi" Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovadır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442459797_164:123:1280:960_1920x0_80_0_0_dbadd157602f46b70dd62a6f17a47ab9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, sığınacaq
Uşaqlara işgəncə verilən "Sevgi evi" sığınacağı bağlandı
Sığınacaqdan bildirilib ki, araşdırılma bitənədək yeni uşaqlar qəbul edilmir, orada olan uşaqlar isə himayəçilərinə verilib.
BAKI, 6 iyun — Sputnik. Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan "Sevgi evi" Qadın və Uşaq sığınacağı müvəqqəti olaraq bağlanıb.
Sputnik Azərbaycan-a bu məlumatı sığınacaqdan veriblər. Bildiriblər ki, hazırda uşaq qəbul edilmir. Sığınacaqdakı uşaqlar isə ailə üzvlərinə və yaxınlarına təhvil verilib: "Hələki sığınacaqla bağlı araşdırma aparılır. Ona görə də müvəqqəti uşaq qəbul edilmir. Kim uşaq gətirmək istəyirsə, araşdırma bitəndən sonra müraciət etsin.
Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10 may 2022-ci il tarixində keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmədovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. Eyni zamanda sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
Hadisənin baş verdiyi "Sevgi evi" Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.