https://sputnik.az/20220606/usaq-bagcalarinda-onlayn-qebula-baslanilacaq---yenilik-442588398.html
Uşaq bağçalarında onlayn qəbula başlanılacaq - Yenilik
Uşaq bağçalarında onlayn qəbula başlanılacaq - Yenilik
Sputnik Azərbaycan
Artıq məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların məlumatlarının elektron sistemdə toplanılmasına başlanılıb. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T13:35+0400
2022-06-06T13:35+0400
2022-06-06T13:35+0400
bakı
təhsil
prezident ilham əliyev
uşaq bağçaları
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426228625_0:160:3073:1888_1920x0_80_0_0_15f8c9bf76e707e1011e54cfda21809c.jpg
BAKI, 6 iyun — Sputnik. Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada həyata keçiriləcək. Prosesə iyul ayında start veriləcək. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq."İyunun 1-dən qəbulun elektronlaşdırılması üzrə işlər çərçivəsində məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların məlumatlarının elektron sistemdə toplanılmasına artıq başlanılıb.Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir", - məlumatda bildirilib.Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426228625_170:0:2901:2048_1920x0_80_0_0_83bfdf8e478a1889a0ad579e765c2064.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, prezident ilham əliyev, uşaq bağçaları
bakı, prezident ilham əliyev, uşaq bağçaları
Uşaq bağçalarında onlayn qəbula başlanılacaq - Yenilik
Artıq məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların məlumatlarının elektron sistemdə toplanılmasına başlanılıb.
BAKI, 6 iyun — Sputnik. Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada həyata keçiriləcək. Prosesə iyul ayında start veriləcək. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
"İyunun 1-dən qəbulun elektronlaşdırılması üzrə işlər çərçivəsində məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların məlumatlarının elektron sistemdə toplanılmasına artıq başlanılıb.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir", - məlumatda bildirilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.