https://sputnik.az/20220606/turkiyede-inflyasiya-asagi-dusecek---nazir-442592229.html
Türkiyədə inflyasiya aşağı düşəcək - Nazir
Türkiyədə inflyasiya aşağı düşəcək - Nazir
Sputnik Azərbaycan
Türkiyənin maliyyə naziri yaxın perspektivdə uçot dərəcəsinə dəyişikliyin nəzərdən keçirilmədiyini də dilə gətirib. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T16:28+0400
2022-06-06T16:28+0400
2022-06-06T16:28+0400
türkiyə
dünya xəbərləri
dollar
lirə
türk lirəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355741_0:320:3072:2048_1920x0_80_0_0_6fd00c1cebe40fae764cfbca45d140d7.jpg
BAKI, 6 iyun — Sputnik. Türkiyədə ilin sonunadək inflyasiyanın 48-49 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.Bunu Türkiyənin maliyyə naziri Nurəddin Nəbati bildirib.Onun sözlərinə görə, 2023-cü ilin sonunadək bu göstəricinin 19,9 faizə enəcəyi gözlənilir.Nazir yaxın perspektivdə uçot dərəcəsinə dəyişikliyin nəzərdən keçirilmədiyini də bildirib.Nəbatinin bu açıqlamasına baxmayaraq, Türkiyə milli valyutası ucuzlaşmağa davam edir. Bu gün lirə dollar qarşısında daha 1% ucuzlaşıb. Türkiyədə 1 ABŞ dolları 16,6 lirəyədək yüksəlib. Bu, 2021-ci ilin dekabrından bu yana rekord göstəricidir.Türkiyədə inflyasiya son iyirmi dörd ilin zirvəsindəXatırladaq ki, Türkiyənin statistika təşkilatı (TÜİK) may ayı üçün inflyasiya göstəricilərini açıqlayıb. Türkiyədə illik istehlak inflyasiyası 1998-ci ilin oktyabrından bu yana ən yüksək səviyyəyə çatıb - 73,50 faiz.May ayında aylıq inflyasiya 2,98 faiz olub.Əvvəlki ilin eyni ayına nisbətən ən çox artım nəqliyyatda, qida və alkoqolsuz içkilərdə, mənzil əşyalarında olub.May ayında əvvəlki ayla müqayisədə ən çox artım spirtli içkilər və tütündə, restoranlar və hotellərdə qeydə alınıb.Qeyd edək ki, məlumata görə, G20 ölkələri arasında ən yüksək inflyasiya Türkiyədə baş verib. İkinci yerdə isə Argentina gəlib.İstehsalçı qiymətlərinə nəzər salsaq, ən yüksək illik artım elektrik enerjisində, qazda, kondisionerlərdə və digərlərində müşahidə olunub.Ekspertlərin fikrincə, enerji qiymətlərindəki artımlar hələ də istehsal xərclərinin sürətlə artmasına səbəb olur.Türkiyədə uçot dərəcəsi 14 faiz səviyyəsində müəyyən edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355741_341:0:3072:2048_1920x0_80_0_0_8b17a32516cc857ca0cbbe0ae01865cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türkiyə, dollar, lirə, türk lirəsi
türkiyə, dollar, lirə, türk lirəsi
Türkiyədə inflyasiya aşağı düşəcək - Nazir
Türkiyənin maliyyə naziri yaxın perspektivdə uçot dərəcəsinə dəyişikliyin nəzərdən keçirilmədiyini də dilə gətirib.
BAKI, 6 iyun — Sputnik. Türkiyədə ilin sonunadək inflyasiyanın 48-49 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
Bunu Türkiyənin maliyyə naziri Nurəddin Nəbati bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sonunadək bu göstəricinin 19,9 faizə enəcəyi gözlənilir.
Nazir yaxın perspektivdə uçot dərəcəsinə dəyişikliyin nəzərdən keçirilmədiyini də bildirib.
Nəbatinin bu açıqlamasına baxmayaraq, Türkiyə milli valyutası ucuzlaşmağa davam edir. Bu gün lirə dollar qarşısında daha 1% ucuzlaşıb. Türkiyədə 1 ABŞ dolları 16,6 lirəyədək yüksəlib. Bu, 2021-ci ilin dekabrından bu yana rekord göstəricidir.
Türkiyədə inflyasiya son iyirmi dörd ilin zirvəsində
Xatırladaq ki, Türkiyənin statistika təşkilatı (TÜİK) may ayı üçün inflyasiya göstəricilərini açıqlayıb. Türkiyədə illik istehlak inflyasiyası 1998-ci ilin oktyabrından bu yana ən yüksək səviyyəyə çatıb - 73,50 faiz.
May ayında aylıq inflyasiya 2,98 faiz olub.
Əvvəlki ilin eyni ayına nisbətən ən çox artım nəqliyyatda, qida və alkoqolsuz içkilərdə, mənzil əşyalarında olub.
May ayında əvvəlki ayla müqayisədə ən çox artım spirtli içkilər və tütündə, restoranlar və hotellərdə qeydə alınıb.
Qeyd edək ki, məlumata görə, G20 ölkələri arasında ən yüksək inflyasiya Türkiyədə baş verib. İkinci yerdə isə Argentina gəlib.
İstehsalçı qiymətlərinə nəzər salsaq, ən yüksək illik artım elektrik enerjisində, qazda, kondisionerlərdə və digərlərində müşahidə olunub.
Ekspertlərin fikrincə, enerji qiymətlərindəki artımlar hələ də istehsal xərclərinin sürətlə artmasına səbəb olur.
Türkiyədə uçot dərəcəsi 14 faiz səviyyəsində müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.