CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İslamabad-Bakı birbaşa aviareyslərinə start verilib

© AFP 2023 / FAROOQ NAEEM"Pakistan hava yolları"nın təyyarəsi, arxiv şəkli
Pakistan hava yollarının təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
İki ölkə arasında uçuşlar ilkin olaraq hər həftənin bazar ertəsi günü İslamabaddan, cümə günü isə Bakıdan həyata keçiriləcək
BAKI, 6 iyun — Sputnik. Bu gündən etibarən Pakistanın paytaxtı İslamabad şəhərindən Azərbaycan paytaxtına birbaşa uçuşlara start verilib. Azərbaycanın Pakistandakı səfirliyindən verilən xəbərə görə, bu münasibətlə İslamabad Beynəlxalq Hava Limanında rəsmi tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Beynəlxalq Hava Yollarının (PIA) baş icraçı direktoru Məhəmməd Əmir Həyat, PIA rəsmiləri, eləcə də birbaşa reysin ilk sərnişinləri iştirak ediblər.
Tədbirin sonunda birbaşa uçuşun başlaması münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib.
Uçuşlar ilkin olaraq hər həftənin bazar ertəsi günü İslamabaddan, cümə günü isə Bakıdan həyata keçiriləcəkdir.
Qeyd edək ki, İslamabadla yanaşı, PIA 2022-ci ilin mart ayından etibarən Pakistanın digər iki böyük şəhərindən – Karaçi (həftədə bir dəfə) və Lahordan (həftədə iki dəfə) paytaxt Bakıya birbaşa uçuşlara start verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0