https://sputnik.az/20220606/qara-qizil-bahalasib-sebebler-nedir-442577853.html
Qara qızıl bahalaşıb: Səbəblər nədir?
Qara qızıl bahalaşıb: Səbəblər nədir?
Sputnik Azərbaycan
Yaponiyada neftin qiyməti rekord həddə çatıb, "Brent" neftinin qiyməti 120 dolları keçib. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T11:30+0400
2022-06-06T11:30+0400
2022-06-06T11:30+0400
neft
neft-qaz
brent
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442577169_0:54:3446:1993_1920x0_80_0_0_d80fe0595ff5034ee2bf946ca0dbe6b3.jpg
BAKI, 6 iyun — Sputnik. Dünyada neftin qiymətləri həftəyə yüksəlişlə başlayıb."Brent" neftinin qiyməti 120 dolları, ABŞ neftinin qiyməti isə 119 dolları keçib.Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Asiyalı alıcılar üçün neftin qiymətini gözləniləndən daha çox artırıb. Həmin ölkə bu addımı tədarüklə bağlı narahatlıqlar və yayda güclü tələb gözləntiləri fonunda atıb.Digər tərəfdən, Çində pandemiyaya qarşı karantin tədbirləri yumşaldılıb. Bu da neftin qiymətinin qalxmasına səbəb olub.Yaponiyada neftin qiyməti rekord həddə çatıbTokio birjasında 1 ton xam neftin qiyməti 658 dollara çatıb. Bu, 2008-ci ildən sonra ən yüksək göstəricidir. Cümə günü ilə müqayisədə qiymət 18 dollar bahalaşıb.Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 126,73 ABŞ dollarına bərabər olub ki, bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,71 dollar və ya 2,2% çoxdur.Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442577169_359:0:3088:2047_1920x0_80_0_0_958762b17b7177d5839734c7b7b856d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, brent
Qara qızıl bahalaşıb: Səbəblər nədir?
Yaponiyada neftin qiyməti rekord həddə çatıb, "Brent" neftinin qiyməti 120 dolları keçib.
BAKI, 6 iyun — Sputnik. Dünyada neftin qiymətləri həftəyə yüksəlişlə başlayıb.
"Brent" neftinin qiyməti 120 dolları, ABŞ neftinin qiyməti isə 119 dolları keçib.
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Asiyalı alıcılar üçün neftin qiymətini gözləniləndən daha çox artırıb. Həmin ölkə bu addımı tədarüklə bağlı narahatlıqlar və yayda güclü tələb gözləntiləri fonunda atıb.
Digər tərəfdən, Çində pandemiyaya qarşı karantin tədbirləri yumşaldılıb. Bu da neftin qiymətinin qalxmasına səbəb olub.
Yaponiyada neftin qiyməti rekord həddə çatıb
Tokio birjasında 1 ton xam neftin qiyməti 658 dollara çatıb. Bu, 2008-ci ildən sonra ən yüksək göstəricidir. Cümə günü ilə müqayisədə qiymət 18 dollar bahalaşıb.
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 126,73 ABŞ dollarına bərabər olub ki, bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,71 dollar və ya 2,2% çoxdur.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.