https://sputnik.az/20220606/putin-rusiya-iqtisadiyyatinin-taleyine-aydinliq-getirib-442610381.html
Putin Rusiya iqtisadiyyatının taleyinə aydınlıq gətirib
Putin Rusiya iqtisadiyyatının taleyinə aydınlıq gətirib
Sputnik Azərbaycan
Rusiyaya qarşı sanksiya təzyiqi artıq Qərb ölkələrinin özləri üçün iqtisadi problemlərə çevrilib. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T18:29+0400
2022-06-06T18:29+0400
2022-06-06T18:29+0400
putin
rusiya
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442597558_0:219:3071:1946_1920x0_80_0_0_b7bd48f026f00cdd45902e1110fbece4.jpg
BAKI, 6 iyun — Sputnik. Rusiya iqtisadiyyatı öz suverenliyi gücləndirməklə yanaşı, açıqlıq və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində də kursunu davam etdirək.Bu sözləri Rusiya prezidenti Vladimir Putin XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iştirakçılarına və qonaqlarına təbriki zamanı deyib.Prezidentin təbrik teleqramı Kremlin saytında dərc olunub."Rusiya üçün 2020-ci illər öz infrastrukturunun və texnoloji bazasının sürətli inkişafını, mütəxəssislərin hazırlığı səviyyəsinin keyfiyyətcə yüksəldilməsini, həmçinin, müstəqil və səmərəli maliyyə sisteminin formalaşmasını nəzərdə tutan iqtisadi suverenliyin möhkəmləndirilməsi dövrü olacaq. Eyni zamanda, Rusiya iqtisadiyyatı getdikcə daha çox şəxsi təşəbbüsə arxalanacaq və təbii ki, açıqlıq və geniş beynəlxalq əməkdaşlıq kursunu qoruyacaq", - Putin deyilir.Bundan əlavə, Rusiya prezidenti qeyd edib ki, Qərb ölkələrinin iqtisadi siyasətdə uzun illər yol verdiyi səhvlər qlobal inflyasiya dalğasına, tədarük zəncirlərinin məhvinə, ərzaq çatışmazlığına və yoxsulluğun kəskin artmasına gətirib çıxarıb.Rusiya hərbi qüvvələrinin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi əməliyyatına başlamasından sonra Qərb Moskvaya qarşı yeni sanksiyalar elan edib. Bugünə qədər artıq altı paket məhdudiyyətlər tətbiq edilib. Avropada Rusiyanın enerji resurslarından asılılığın azaldılması çağırışları daha ucadan səslənməyə başlayıb. Bir çox brend Rusiyadan geri çəkildiyini açıqlayıb.Lakin sanksiya təzyiqi artıq Qərb ölkələrinin özləri üçün iqtisadi problemlərə çevrilərək yanacaq və ərzağın qiymətlərinin artmasına səbəb olub. Aprel ayında Böyük Britaniyada illik inflyasiya doqquz faizə qədər sürətlənib ki, bu da son 40 ilin rekordudur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220606/putin-avropanin-en-agrili-noqtesini-nece-vurub-442584985.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442597558_0:0:2731:2048_1920x0_80_0_0_d84475c2439c2298e07c5cda1a53cdf1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, rusiya prezidenti vladimir putin
putin, rusiya prezidenti vladimir putin
Putin Rusiya iqtisadiyyatının taleyinə aydınlıq gətirib
Rusiyaya qarşı sanksiya təzyiqi artıq Qərb ölkələrinin özləri üçün iqtisadi problemlərə çevrilib.
BAKI, 6 iyun — Sputnik. Rusiya iqtisadiyyatı öz suverenliyi gücləndirməklə yanaşı, açıqlıq və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində də kursunu davam etdirək.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iştirakçılarına və qonaqlarına təbriki zamanı deyib.
Prezidentin təbrik teleqramı Kremlin saytında dərc olunub.
"Rusiya üçün 2020-ci illər öz infrastrukturunun və texnoloji bazasının sürətli inkişafını, mütəxəssislərin hazırlığı səviyyəsinin keyfiyyətcə yüksəldilməsini, həmçinin, müstəqil və səmərəli maliyyə sisteminin formalaşmasını nəzərdə tutan iqtisadi suverenliyin möhkəmləndirilməsi dövrü olacaq. Eyni zamanda, Rusiya iqtisadiyyatı getdikcə daha çox şəxsi təşəbbüsə arxalanacaq və təbii ki, açıqlıq və geniş beynəlxalq əməkdaşlıq kursunu qoruyacaq", - Putin deyilir.
Bundan əlavə, Rusiya prezidenti qeyd edib ki, Qərb ölkələrinin iqtisadi siyasətdə uzun illər yol verdiyi səhvlər qlobal inflyasiya dalğasına, tədarük zəncirlərinin məhvinə, ərzaq çatışmazlığına və yoxsulluğun kəskin artmasına gətirib çıxarıb.
Rusiya hərbi qüvvələrinin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi əməliyyatına başlamasından sonra Qərb Moskvaya qarşı yeni sanksiyalar elan edib. Bugünə qədər artıq altı paket məhdudiyyətlər tətbiq edilib. Avropada Rusiyanın enerji resurslarından asılılığın azaldılması çağırışları daha ucadan səslənməyə başlayıb. Bir çox brend Rusiyadan geri çəkildiyini açıqlayıb.
Lakin sanksiya təzyiqi artıq Qərb ölkələrinin özləri üçün iqtisadi problemlərə çevrilərək yanacaq və ərzağın qiymətlərinin artmasına səbəb olub. Aprel ayında Böyük Britaniyada illik inflyasiya doqquz faizə qədər sürətlənib ki, bu da son 40 ilin rekordudur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.