Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Avropanın ən ağrılı nöqtəsini necə vurub?

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidPutin
Putin - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Bloombergin yazdığına görə, Rusiyanın neft və qaz gəlirləri bu il təxminən, 285 milyard dollar olacaq. Bura başqa mallar da əlavə edilsə, bu, Rusiyanın sanksiyalar altında dondurulmuş 300 milyard dollar valyuta ehtiyatını ödəyir.
BAKI, 6 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin Avropanın ən ağrılı nöqtəsi olan enerjini vura bilib. Yanacağın bahalaşması isə Qərbdə yüksək inflyasiya və iqtisadi tənəzzülə səbəb olub.
Bu barədə Bloomberg nəşri yazıb.
"Avropa İttifaqının Rusiyaya qarşı ən sərt məhdudiyyətləri irəli sürməsinə baxmayaraq, boru kəməri vasitəsilə neft tədarükü ilə bağlı güzəştlərdən tutmuş Patriarx Kirillin sanksiyalar siyahısından çıxarılmasına qədər kompromislərin sayı artır", - nəşr yazıb. Burada vurğulanıb ki, ölkələr "sanksiyalardan yorulub", Rusiyaya qarşı iqtisadi müharibə isə Aİ-nı parçalayıb.
"Maliyyə silahı" seçmə üsulla hərəkət edən və gözlənilməz nəticələrə gətirib çıxaran tam kamilləşməmiş alətdir", - Bloomberg yazıb.
Məlumata görə, Rusiyanın neft və qaz gəlirləri bu il təxminən, 285 milyard dollar olacaq. Bura başqa mallar da əlavə edilsə, bu, Rusiyanın sanksiyalar altında dondurulmuş 300 milyard dollar valyuta ehtiyatını ödəyir.
Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi əməliyyatın başlamasından sonra Qərb Moskvaya sanksiya təzyiqlərini artırıb. Avropada Rusiyanın enerji resurslarından asılılığın azaldılması çağırışları daha yüksəkdən səslənməyə başlayıb.
Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, embarqodan ilk olaraq avropalı istehlakçılar zərər çəkəcək: qiymətlər artıq yüksəlir və Aİ-də neft məhsullarının böyük qıtlığı istisna edilmir. Yerli neft-qaz sənayesinə gəlincə, Novak əmindir ki, burada nəqliyyat və logistika zəncirləri yenidən konfiqurasiya edilməli olacaq, lakin sonda bazar balanslaşdırılacaq.
Vladimir Putinin qeyd etdiyi kimi, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti dost olmayan ölkələrin uzunmüddətli strategiyasıdır, ABŞ və Avropanın əsas məqsədi isə milyonlarla insanın həyatını pisləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0