Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Özəl xəstəxanaların işinə nəzarət varmı: Nə etməliyik?

© Depositphotos.com / SpotmatikphotoXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Ekspertin fikrincə, nə qədər ki, bəzi xəstəxanalar müxtəlif orqanların tabeliyindədir, özəl xəstəxanalara nəzarəti də həyata keçirmək mümkün olmayacaq.
BAKI, 6 iyun — Sputnik. Səhiyyə Nazirliyi tərəfindən dövlət və özəl xəstəxanalara nəzarət üçün müvafiq protokollar müəyyənləşməlidir. Təəssüflər olsun ki, 30 ilə yaxındır ki, bu istiqamətdə hansısa iş görmürük.
Millət vəkili Asim Mollazadə özəl xəstəxanalarda özbaşınalığın artmasına münasibət bildirərkən belə deyib.
O bildirib ki, daha sonrakı addımda hansısa ciddi protokol pozuntularına yol verən xəstəxana lisenziyasını itirməli, xəstəxana ilə yanaşı həkim də cəzalandırılmalıdır.
© Photo : APAAsim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı - Sputnik Azərbaycan, 1920, 05.06.2022
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı
Fikirlərini əsaslandıran millət vəkili onu da qeyd edib ki, dünyada hər bir həkim və xəstəxananın fəaliyyəti müvafiq protokollar əsasında həyata keçirilir.
Milli Məclisin səhiyyə komitəsinin üzvi, millət vəkili Kamilə Əliyeva isə ayrı-ayrı xəstəxanalarda ana və ya yenidoğulmuş ölümü ilə nəticələnən hadisələrdən danışaraq bildirir ki, bu kimi xoşagəlməz hadisələr kütləvi hal almayıb:

"İstəmirəm ki, hər şeyi səhiyyənin üzərinə ataraq xidmətin keyifyyətsiz, həkimin qeyri-peşəkar olduğunu deyim. Lakin bunlar da fakt olaraq qalmaqdadır. Lakin yalnız həkim səriştəsizliyinin deyil, digər faktorların da bu kimi halların baş verməsində rolu var".

© Photo : Facebook / Kamil HəmidovKamilə Əliyeva, arxiv şəkli
Kamilə Əliyeva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.06.2022
Kamilə Əliyeva, arxiv şəkli
O qeyd edir ki, ana ölümlərində həm səhiyyə, həm də xəstənin laqeydliyinin rolu var. Millət vəkilinin qənaətinə görə, hazırda dövlət özəl xəstəxanaların işinə müdaxilə edə bilmir.
Tibb üzrə ekspert Adil Qeybulla da millət vəkili Asim Mollazadə ilə eyni fikirdədir. Nəzarətin Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilməsinin vacibliyini vurğulayan A.Qeybullanın fikrincə, nə qədər ki, ayrı-ayrı xəstəxanalar müxtəlif nazirliklərin tabeliyindədir, bu nəzarəti həyata keçirtmək mümkün olmayacaq:

"Düşünürəm ki, bu sahədə biz Türkiyə təcrübəsindən istifadə etməliyik. Yəni, Türkiyədə səhiyyə işini həyata keçirən nazirlik tərəfindən tibb məntəqələrinin müstəqilliyi təmin edilir, özbaşınalıqlara yol verilmir".

© MeydanTVSəhiyyə eksperti Adil Qeybulla
Səhiyyə eksperti Adil Qeybulla - Sputnik Azərbaycan, 1920, 05.06.2022
Səhiyyə eksperti Adil Qeybulla
O qeyd edir ki, tibbi nəzarət mənasında özəl xəstəxanalar müstəqil ola bilməz, onlara nəzarət mütləqdir:

"Xəstəxanalarda kliniki protokollar olmalıdır. Amma baxın görün hansı xəstəxanalarda kliniki protokollar var?".

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə bəzi özəl xəstəxalarla bağlı xoşagəlməz paylaşımlar olur. Xəstələr yüksək məbləğdə vəsait ödəmələrinə rəğmən həmin xəstəxanalarda xidmətin çox aşağı səviyyədə olmasından gileylənirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0