https://sputnik.az/20220606/olkede-meymunciceyinin-yayilmasi-ucun-serait-yoxdur---nazirden-aciqlama-442613505.html
Ölkədə meymunçiçəyinin yayılması üçün şərait yoxdur - Nazirdən açıqlama
Ölkədə meymunçiçəyinin yayılması üçün şərait yoxdur - Nazirdən açıqlama
Sputnik Azərbaycan
İlk dəfə 1970-ci ildə Konqoda rast gəlinən bu xəstəliyə hazırda Mərkəzi Afrika Respublikası və Nigeriyada da düçar olanlar var. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T23:31+0400
2022-06-06T23:31+0400
2022-06-06T23:31+0400
virus
səhiyyə
səhiyyə naziri
şərait
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442085803_0:0:3091:1739_1920x0_80_0_0_dc4c8a0e2fd26604b15fb1a9e98cc838.jpg
BAKI, 6 iyun — Sputnik. "Əksər ölkələrdə meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb". Bu fikirləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.O bildirib ki, meymunçiçəyi virusu ilə bağlı həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də onların Avropa Bürosu ofisləri ilə mütəmadi əlaqədədirlər:Məlumat üçün bildirək ki, suçiçəyi və meymunçiçəyinin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə meymunçiçəyi xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir.Xəstəliyə ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında rast gəlinib. 2016-cı ildən bəri təsdiqlənmiş hallar son vaxtlar daha çox Mərkəzi Afrika Respublikası, Konqo Respublikası və Nigeriyada rast gəlinir.2017-ci ilin sentyabrından bəri Nigeriyanın 32 ştatında 558 xəstə aşkarlanıb, 8 nəfər ölüb. Xəstəliyin 20 dəfə artmasının səbəbini 1980-ci ildə çiçək xəstəliyinə qarşı peyvəndin dayandırılması ilə əlaqələndirirlər.Virusun inkubasiya dövrü 7-19 gündür. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Lakin insandan insana keçməsi halları da müşahidə edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442085803_329:0:3060:2048_1920x0_80_0_0_3c8dfc3dc1046f2dda0182d6f5cb738c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
virus, səhiyyə naziri, şərait, azərbaycan
virus, səhiyyə naziri, şərait, azərbaycan
Ölkədə meymunçiçəyinin yayılması üçün şərait yoxdur - Nazirdən açıqlama
İlk dəfə 1970-ci ildə Konqoda rast gəlinən bu xəstəliyə hazırda Mərkəzi Afrika Respublikası və Nigeriyada da düçar olanlar var.
BAKI, 6 iyun — Sputnik. "Əksər ölkələrdə meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb". Bu fikirləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, meymunçiçəyi virusu ilə bağlı həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də onların Avropa Bürosu ofisləri ilə mütəmadi əlaqədədirlər:
"Azərbaycanda meymunçiçəyi virusunun yayılmasına şərait yaradan amillər yoxdur. Düşünürük ki, əhalinin gigiyenik qaydalara düzgün riayət etməsi bu virusun ölkəmizdə yayılmasının qarşısını ala biləcək".
Məlumat üçün bildirək ki, suçiçəyi və meymunçiçəyinin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə meymunçiçəyi xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir.
Xəstəliyə ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında rast gəlinib. 2016-cı ildən bəri təsdiqlənmiş hallar son vaxtlar daha çox Mərkəzi Afrika Respublikası, Konqo Respublikası və Nigeriyada rast gəlinir.
2017-ci ilin sentyabrından bəri Nigeriyanın 32 ştatında 558 xəstə aşkarlanıb, 8 nəfər ölüb. Xəstəliyin 20 dəfə artmasının səbəbini 1980-ci ildə çiçək xəstəliyinə qarşı peyvəndin dayandırılması ilə əlaqələndirirlər.
Virusun inkubasiya dövrü 7-19 gündür. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Lakin insandan insana keçməsi halları da müşahidə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.