https://sputnik.az/20220606/lavrov-teyyaresinin-avropa-mekanina-buraxilmamasina-munasibet-bildirdi-442599693.html
Lavrov təyyarəsinin Avropa məkanına buraxılmamasına münasibət bildirdi
Lavrov təyyarəsinin Avropa məkanına buraxılmamasına münasibət bildirdi
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri bildirib ki, Rusiyaya qarşı Avropada plasdarmı genişləndirmək üçün NATO-ya Monteneqro və Şimali Makedoniya kimi ölkələr lazımdır. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T15:43+0400
2022-06-06T15:43+0400
2022-06-06T15:43+0400
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442189363_0:0:3071:1728_1920x0_80_0_0_1418900b3506f2d7cf048b35957fd889.jpg
BAKI, 6 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov onun təyyarəsinin bir neçə ölkə tərəfindən öz hava məkanlarına buraxılmaması qərarını görünməmiş bir hal adlandırıb."Əgər Qərb ölkələri mənim Serbiyaya səfərimi ümumbəşəri təhdid hesab ediblərsə, demək, orada hər şey lap pisdir", - deyə nazir qeyd edib.Bununla əlaqədar Lavrov serbiyalı həmkarını Rusiyaya səfərə dəvət edib.Sergey Lavrov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Qərb Mokskvaya hər bir üsulla təzyiq edəcəyini göstərir:"Rusiyaya qarşı Avropada plasdarmı genişləndirmək üçün NATO-ya Monteneqro və Şimali Makedoniya kimi ölkələr lazımdır. Rusiya xalqlar arasında əlaqələri çətinləşdirəcək heç bir addım atmaz".Eyni zamanda prezident Putinin sözçüsü Dmitri Peskov bildirib ki, bu kimi hallar narahatlıq yaratsa da, qarşılıqlı fəaliyyətə ciddi mane ola bilməz.Daha öncə Bolqarıstan, Şimali Makedoniya və Monteneqro hökumətləri rusiyalı nazirin təyyarəsinin ölkələrinin hava məkanından Serbiyaya keçmələrinə icazə verməyiblər.Xatırladaq ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova İtaliya televiziyasına müsahibəsində XİN rəhbəri Sergey Lavrovun təyyarəsi üçün Avropa İttifaqının hava məkanının bağlanmasını təsdiqləmişdi.Ukraynada xüsusi əməliyyat keçirməsinə görə İslandiya, Belçika və Danimarka Rusiya təyyarələri üçün hava məkanlarını bağladıqlarını açıqlamışdılar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220606/rusiya-xn-tesdiqledi-lavrovun-teyyaresi-ucun-a-nin-hava-mekani-baglanib-442576667.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442189363_186:0:2917:2048_1920x0_80_0_0_6126c1b13989610c08d2ac063fa84284.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Lavrov təyyarəsinin Avropa məkanına buraxılmamasına münasibət bildirdi
Rusiya XİN rəhbəri bildirib ki, Rusiyaya qarşı Avropada plasdarmı genişləndirmək üçün NATO-ya Monteneqro və Şimali Makedoniya kimi ölkələr lazımdır.
BAKI, 6 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov onun təyyarəsinin bir neçə ölkə tərəfindən öz hava məkanlarına buraxılmaması qərarını görünməmiş bir hal adlandırıb.
"Əgər Qərb ölkələri mənim Serbiyaya səfərimi ümumbəşəri təhdid hesab ediblərsə, demək, orada hər şey lap pisdir", - deyə nazir qeyd edib.
Bununla əlaqədar Lavrov serbiyalı həmkarını Rusiyaya səfərə dəvət edib.
Sergey Lavrov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Qərb Mokskvaya hər bir üsulla təzyiq edəcəyini göstərir:
"Rusiyaya qarşı Avropada plasdarmı genişləndirmək üçün NATO-ya Monteneqro və Şimali Makedoniya kimi ölkələr lazımdır. Rusiya xalqlar arasında əlaqələri çətinləşdirəcək heç bir addım atmaz".
Eyni zamanda prezident Putinin sözçüsü Dmitri Peskov bildirib ki, bu kimi hallar narahatlıq yaratsa da, qarşılıqlı fəaliyyətə ciddi mane ola bilməz.
Daha öncə Bolqarıstan, Şimali Makedoniya və Monteneqro hökumətləri rusiyalı nazirin təyyarəsinin ölkələrinin hava məkanından Serbiyaya keçmələrinə icazə verməyiblər.
Xatırladaq ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova İtaliya televiziyasına müsahibəsində XİN rəhbəri Sergey Lavrovun təyyarəsi üçün Avropa İttifaqının hava məkanının bağlanmasını təsdiqləmişdi.
Ukraynada xüsusi əməliyyat keçirməsinə görə İslandiya, Belçika və Danimarka Rusiya təyyarələri üçün hava məkanlarını bağladıqlarını açıqlamışdılar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.