Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN təsdiqlədi: Lavrovun təyyarəsi üçün Aİ-nin hava məkanı bağlanıb

© Sputnik / Vladimir Sergeev / Mediabanka keçidTəyyarə
Təyyarə - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Rusiya XİN sözçüsü bildirib ki, Serbiyanı əhatə edən ölkələr xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağlayıb.
BAKI, 6 iyun — Sputnik. Rusiyanın Xarici İşlər Nazirliyi Sergey Lavrovun təyyarəsi üçün Avropa İttifaqının hava məkanının bağlanmasını təsdiq edib.
Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova İtaliya televiziyasına müsahibəsində bildirib.
"Siz kanalların açılmasından danışırsınız, amma 1 saat əvvəl Serbiyanı əhatə edən ölkələr xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağladı. Rusiya nümayəndə heyəti Belqradda görüş keçirməli idi, lakin NATO və Aİ ölkələri hava məkanını bağladı", – deyə Zaxarova bildirib.
Xatırladaq ki, Ukraynada xüsusi əməliyyat keçirməsinə görə İslandiya, Belçika və Danimarka Rusiya təyyarələri üçün hava məkanlarını bağladıqlarını açıqlamışdılar.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0