CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hind turistin axtarışı zamanı Zaqatalanın kəşf edilməyən gözəllikləri ortaya çıxıb

© Sputnik / Shahperi AbbasovaZaqatala, peyzaj
Zaqatala, peyzaj - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Zaqatalada itkin düşən hindistanlının axtarışları zamanı indiyədək heç kəsin şahid olmadığı təbiət gözəllikləri, kəşf edilməyən şəlalələri üzə çıxıb.
BAKI, 6 iyun — Sputnik. Bir müddət öncə Zaqatalada itkin düşmüş hindistanlı turisti axtaran həmyerlilərimiz sözügedən bölgənin əsrarəngiz gözəlliklərini kəşf ediblər. Yerli sakinlər həmin görüntüləri sosial şəbəkələrdə paylaşıblar.
Onların sözlərinə görə, həmin yerlərə bu vaxta qədər heç kəs ayaq basmayıb. Dağların qoynundan süzülüb gələn şəlalələr hər kəsi valeh edib.
Xatırladaq ki, mayın 17-də itkin düşən hindistanlı turistin axtarışlarına Zaqatala rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb ediliblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycanda itkin düşən hindistanlı turistin axtarışları hələ davam etdirilir.
Qeyd olunub ki, mayın 17-də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 29 yaşlı Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət daxil olub.
Həmin müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
Hazırda rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları həmin şəxsin tapılması istiqamətində axtarışlara cəlb olunublar. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0