https://sputnik.az/20220606/hepatit-xestelerine-dermanlar-pulsuz-paylanilir-442576444.html
Hepatit xəstələrinə dərmanlar pulsuz paylanılır?
Hepatit xəstələrinə dərmanlar pulsuz paylanılır?
Sputnik Azərbaycan
Agentliyin məlumatına görə, hepatit B virusunun müalicəsi üçün pasiyentlərə "Tenofovir", hepatit C virusuna qarşı "Sofosbuvir" və "Daklatasvir" dərman... 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T12:00+0400
2022-06-06T12:00+0400
2022-06-06T12:00+0400
dərman
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545713_0:188:3073:1917_1920x0_80_0_0_fea4e4cd12d74abe48c97dc90fbadfb0.jpg
BAKI, 6 iyun — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı müvafiq komissiyanın fəaliyyəti çərçivəsində bu ilin aprel-may ayları ərzində 40 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib.Agentliyin təchiz etdiyi dərman preparatları "B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya"nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunur.Qeyd edək ki, hepatit B virusunun müalicəsi üçün pasiyentlərə "Tenofovir", hepatit C virusuna qarşı "Sofosbuvir" və "Daklatasvir" dərman preparatları verilir.Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin aprel-may ayları müddətində ümumilikdə 83 vətəndaş qəbul edilib. Onlardan 40 nəfərin müalicəyə cəlb olunmasına dair qərar qəbul olunub və həmin şəxslər dərman preparatları ilə təmin ediliblər. 30 nəfər müvafiq müayinələrə göndərilib və müayinə nəticələri əsasında onlara müalicənin təyin olunub-olunmaması barədə qərar veriləcək. 9 nəfərə hazırda müalicəyə ehtiyac olmadığı bildirilib və onlara həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. 4 nəfərin isə xəstəlikdən sağaldığı aşkarlanıb.Komissiyanın sədri, Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, infeksion xəstəliklər üzrə həkim-mütəxəssis Fərrux Sədirovun sözlərinə görə, vətəndaşın tibbi xidmətdən yararlanması üçün ilk növbədə onun sağlamlıq vəziyyəti qiymətləndirilməlidir: "Hepatit B və C xəstəsi və ya daşıyıcısı olan, eləcə də xəstəliyin əlamətlərini özündə hiss edən və yaxud infeksiyaya yoluxmuş şəxslə təmasda olmuş vətəndaşlar müayinə və müalicə üçün müraciət edə bilər. Bununla bağlı şəxs öncə qeydiyyatda olduğu yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzinə yaxınlaşmalıdır. Burada pasiyentlər həkim-infeksionist və ya ailə/sahə həkiminin göstərişinə uyğun olaraq müayinələrdən keçirlər. Müayinələrin aparılması poliklinika və ya Ailə Sağlamlıq Mərkəzlərində mümkün olmadıqda, vətəndaş göndərişlə müvafiq dövlət tibb müəssisəsinə istiqamətləndirilir. Vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsi müayinə nəticələrinə və tibbi göstərişə əsasən pasiyentin tibbi sənədlərini müraciət qaydalarına uyğun olaraq Komissiyaya təqdim edir.Məlumat üçün bildirək ki, pasiyent həkimə virusa yoluxma faktını təsdiqləyən son 3 aya aid sənəd təqdim etdiyi halda yeni laborator və instrumental müayinə tələb olunmur. Onun Komissiya tərəfindən qəbul olunması üçün qeydiyyatda olduğu yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzi Komissiyanın katibinə elektron müraciət ünvanlayır.Vətəndaşlar Komissiya tərəfindən əvvəlcədən təyin olunan tarixdə, növbəlilik prinsipi və yalnız qeydiyyat əsasında həftənin çərşənbə günü qəbul olunurlar. Vətəndaşlar qəbul tarixi ilə bağlı Komissiya katibi tərəfindən öncədən məlumatlandırılır və dəvət olunur.F.Sədirov qeyd edir ki, Komissiya pasiyentin müalicəyə ehtiyacı olub-olmaması ilə bağlı qərar qəbul edir. Bunun üçün zərurət yaranarsa, vətəndaş əlavə müayinələrə cəlb oluna bilər: "Əgər bu gərəkli olmazsa, anamnestik məlumatlar (sağlamlıqla bağlı ətraflı informasiya) toplanmaqla və xəstənin şikayətini dinləməklə qərar qəbul edilə bilər. Komissiya yekunda pasiyentin səhhəti ilə bağlı müvafiq rəy tərtib edir. Rəyə əsasən müalicəsinə qərar verilmiş şəxslərin səhhəti göndəriş verən həkim tərəfindən müşahidə olunmalıdır. Hazırkı vəziyyətdə müalicəyə ehtiyacı olmayan vətəndaşlara da diqqətlə yanaşılaraq, onlara bütün lazımi tövsiyələr verilir".Sonda Komissiya müalicəyə cəlb olunan pasiyentə müvafiq dərman preparatları barədə tibbi resept təqdim edir. Bu reseptə əsasən vətəndaş Kliniki Tibbi Mərkəz tərəfindən dərman preparatları ilə təmin olunur.Diqqətə çatdırırıq ki, hepatit B və C xəstəliyinin ambulator müalicəsi üçün təyin olunan dərman preparatlarının təminatı Xidmətlər Zərfinə daxil deyil. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə hepatit B və C virusunun müayinəsi və stasionar şəraitdə müalicəsi qarşılanır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545713_0:0:2731:2048_1920x0_80_0_0_c69ad9bb4dd3a21a726ac1ef212b3f8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dərman
Hepatit xəstələrinə dərmanlar pulsuz paylanılır?
Agentliyin məlumatına görə, hepatit B virusunun müalicəsi üçün pasiyentlərə "Tenofovir", hepatit C virusuna qarşı "Sofosbuvir" və "Daklatasvir" dərman preparatları verilir.
BAKI, 6 iyun — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı müvafiq komissiyanın fəaliyyəti çərçivəsində bu ilin aprel-may ayları ərzində 40 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib.
Agentliyin təchiz etdiyi dərman preparatları "B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya"nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunur.
Qeyd edək ki, hepatit B virusunun müalicəsi üçün pasiyentlərə "Tenofovir", hepatit C virusuna qarşı "Sofosbuvir" və "Daklatasvir" dərman preparatları verilir.
Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin aprel-may ayları müddətində ümumilikdə 83 vətəndaş qəbul edilib. Onlardan 40 nəfərin müalicəyə cəlb olunmasına dair qərar qəbul olunub və həmin şəxslər dərman preparatları ilə təmin ediliblər. 30 nəfər müvafiq müayinələrə göndərilib və müayinə nəticələri əsasında onlara müalicənin təyin olunub-olunmaması barədə qərar veriləcək. 9 nəfərə hazırda müalicəyə ehtiyac olmadığı bildirilib və onlara həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. 4 nəfərin isə xəstəlikdən sağaldığı aşkarlanıb.
Komissiyanın sədri, Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, infeksion xəstəliklər üzrə həkim-mütəxəssis Fərrux Sədirovun sözlərinə görə, vətəndaşın tibbi xidmətdən yararlanması üçün ilk növbədə onun sağlamlıq vəziyyəti qiymətləndirilməlidir: "Hepatit B və C xəstəsi və ya daşıyıcısı olan, eləcə də xəstəliyin əlamətlərini özündə hiss edən və yaxud infeksiyaya yoluxmuş şəxslə təmasda olmuş vətəndaşlar müayinə və müalicə üçün müraciət edə bilər. Bununla bağlı şəxs öncə qeydiyyatda olduğu yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzinə yaxınlaşmalıdır.
Burada pasiyentlər həkim-infeksionist və ya ailə/sahə həkiminin göstərişinə uyğun olaraq müayinələrdən keçirlər. Müayinələrin aparılması poliklinika və ya Ailə Sağlamlıq Mərkəzlərində mümkün olmadıqda, vətəndaş göndərişlə müvafiq dövlət tibb müəssisəsinə istiqamətləndirilir. Vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsi müayinə nəticələrinə və tibbi göstərişə əsasən pasiyentin tibbi sənədlərini müraciət qaydalarına uyğun olaraq Komissiyaya təqdim edir.
Məlumat üçün bildirək ki, pasiyent həkimə virusa yoluxma faktını təsdiqləyən son 3 aya aid sənəd təqdim etdiyi halda yeni laborator və instrumental müayinə tələb olunmur. Onun Komissiya tərəfindən qəbul olunması üçün qeydiyyatda olduğu yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzi Komissiyanın katibinə elektron müraciət ünvanlayır.
Vətəndaşlar Komissiya tərəfindən əvvəlcədən təyin olunan tarixdə, növbəlilik prinsipi və yalnız qeydiyyat əsasında həftənin çərşənbə günü qəbul olunurlar. Vətəndaşlar qəbul tarixi ilə bağlı Komissiya katibi tərəfindən öncədən məlumatlandırılır və dəvət olunur.
F.Sədirov qeyd edir ki, Komissiya pasiyentin müalicəyə ehtiyacı olub-olmaması ilə bağlı qərar qəbul edir. Bunun üçün zərurət yaranarsa, vətəndaş əlavə müayinələrə cəlb oluna bilər: "Əgər bu gərəkli olmazsa, anamnestik məlumatlar (sağlamlıqla bağlı ətraflı informasiya) toplanmaqla və xəstənin şikayətini dinləməklə qərar qəbul edilə bilər. Komissiya yekunda pasiyentin səhhəti ilə bağlı müvafiq rəy tərtib edir. Rəyə əsasən müalicəsinə qərar verilmiş şəxslərin səhhəti göndəriş verən həkim tərəfindən müşahidə olunmalıdır. Hazırkı vəziyyətdə müalicəyə ehtiyacı olmayan vətəndaşlara da diqqətlə yanaşılaraq, onlara bütün lazımi tövsiyələr verilir".
Sonda Komissiya müalicəyə cəlb olunan pasiyentə müvafiq dərman preparatları barədə tibbi resept təqdim edir. Bu reseptə əsasən vətəndaş Kliniki Tibbi Mərkəz tərəfindən dərman preparatları ilə təmin olunur.
Diqqətə çatdırırıq ki, hepatit B və C xəstəliyinin ambulator müalicəsi üçün təyin olunan dərman preparatlarının təminatı Xidmətlər Zərfinə daxil deyil. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə hepatit B və C virusunun müayinəsi və stasionar şəraitdə müalicəsi qarşılanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.