https://sputnik.az/20220606/dondurmadan-zeherlenmemek-ucun-nelere-diqqet-etmek-lazimdir-442608162.html
Dondurmadan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır
Dondurmadan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır
Sputnik Azərbaycan
Bu məhsulun qablaşması, saxlanma şəraiti məhsul haqda müəyyən məlumatlar verir. AQTA dondurmalarla bağlı vətəndaşlara müraciət edib. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T23:16+0400
2022-06-06T23:16+0400
2022-06-06T23:16+0400
dondurma
cəmiyyət
aqta
müraciət
https://cdnn1.img.sputnik.az/img/41554/47/415544768_0:0:1921:1080_1920x0_80_0_0_d12b604ceb3c54f66f541b0d4adccea2.jpg
BAKI, 6 iyun — Sputnik. Aparılan müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.Bu barədə AQTA sorğuya cavab olaraq bildirib.Qeyd olunub ki, alınan dondurmalar ilə bağlı hər hansı narahatlıq olarsa, vətəndaşlar konkret faktlarla bağlı agentliyin "1003-Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.AQTA hər kəsi dondurma alarkən diqqətli olmağa çağırır:Məlumatda qeyd olunur ki, dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.AQTA-dan verilən məlumatda bildirilir ki, dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmasına diqqət edilməlidir:Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır. Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır.Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır. Dondurmaların saxlanılması qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.Agentlik tərəfindən bu məhsulların saxlanılmasının qaydalara uyğun həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür". (Report)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41554/47/415544768_0:0:1707:1280_1920x0_80_0_0_e01633db69961e33d61b3386f64ca71b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dondurma, aqta, müraciət
Dondurmadan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır
Bu məhsulun qablaşması, saxlanma şəraiti məhsul haqda müəyyən məlumatlar verir. AQTA dondurmalarla bağlı vətəndaşlara müraciət edib.
BAKI, 6 iyun — Sputnik. Aparılan müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Bu barədə AQTA sorğuya cavab olaraq bildirib.
Qeyd olunub ki, alınan dondurmalar ilə bağlı hər hansı narahatlıq olarsa, vətəndaşlar konkret faktlarla bağlı agentliyin "1003-Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.
AQTA hər kəsi dondurma alarkən diqqətli olmağa çağırır:
"Kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır. Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır".
Məlumatda qeyd olunur ki, dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.
AQTA-dan verilən məlumatda bildirilir ki, dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmasına diqqət edilməlidir:
"Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz".
Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır. Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır.
Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır. Dondurmaların saxlanılması qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.
Agentlik tərəfindən bu məhsulların saxlanılmasının qaydalara uyğun həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür". (Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.