https://sputnik.az/20220606/cin-bir-qerarla-abs-i-silahsiz-qoya-biler---kv-442569238.html
Çin bir qərarla ABŞ-ı silahsız qoya bilər - KİV
Çin bir qərarla ABŞ-ı silahsız qoya bilər - KİV
Sputnik Azərbaycan
ABŞ senatorlarından biri Pentaqonun döyüş maşınları istehsalı ümün zəruri olan mineral ehtiyatlarının maksimum bir ilə bəs edəcəyini dilə gətirib. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T08:37+0400
2022-06-06T08:37+0400
2022-06-06T10:29+0400
dünya xəbərləri
abş
çin
mineral
https://cdnn1.img.sputnik.az/img/42387/08/423870856_0:160:3073:1888_1920x0_80_0_0_d1cf268ca02544420e3ba533e5fc17ef.jpg
BAKI, 6 iyun - Sputnik. Çin nadir torpaq minerallarının ABŞ-a tədarükünü dayandırmaq qərarına gəlsə, ABŞ ordusu silahsız qalacaq. Bu barədə RİA Novosti "Fox News"-a istinadən xəbər yayıb.“Bu material olmasa, təyyarələr uçuşu dayandıracaq, tanklar dayanacaq və orduda rabitə problemləri yarana bilər”, - deyə telekanalın məlumatında deyilir.KİV-in məlumatına görə, Çin dünyanın mineral ehtiyatlarının demək olar ki, 90 faizinə nəzarət edir. ABŞ-ın özündə isə bu ehtiyatların istehsalı və hasilatı sərt ekoloji qanunvericiliyə görə məhdudlaşdırılıb.“Amerikanın F-35 qırıcıları, M1 Abrams tankları, yer-hava raketləri bu materiallardan hazırlanır. Pekinin nadir torpaq mineralları üzərində monopoliyası ABŞ-ın milli təhlükəsizliyini təhdid edir", - deyə nəşr yazır.Öz növbəsində senator Tom Kotton xəbərdarlıq edib ki, Pentaqonun ehtiyatları maksimum bir ilə bəs edər.Bundan əvvəl dövlət katibi Entoni Blinken ABŞ-ın Çini beynəlxalq nizama "ən ciddi uzunmüddətli çağırış" kimi nəzərdən keçirdiyini bildirib.O həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar Tayvanın müstəqilliyini dəstəkləmir, eyni zamanda status-kvonun hər hansı birtərəfli dəyişikliyinə qarşı çıxır və adaya kifayət qədər müdafiə qabiliyyətini saxlamağa kömək etməkdə davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42387/08/423870856_170:0:2901:2048_1920x0_80_0_0_a27556aa7b830d3672691eb15e7ad587.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, çin, mineral
Çin bir qərarla ABŞ-ı silahsız qoya bilər - KİV
08:37 06.06.2022 (Yenilənib: 10:29 06.06.2022) ABŞ senatorlarından biri Pentaqonun döyüş maşınları istehsalı ümün zəruri olan mineral ehtiyatlarının maksimum bir ilə bəs edəcəyini dilə gətirib.
BAKI, 6 iyun - Sputnik. Çin nadir torpaq minerallarının ABŞ-a tədarükünü dayandırmaq qərarına gəlsə, ABŞ ordusu silahsız qalacaq. Bu barədə RİA Novosti "Fox News"-a istinadən xəbər yayıb.
“Bu material olmasa, təyyarələr uçuşu dayandıracaq, tanklar dayanacaq və orduda rabitə problemləri yarana bilər”, - deyə telekanalın məlumatında deyilir.
KİV-in məlumatına görə, Çin dünyanın mineral ehtiyatlarının demək olar ki, 90 faizinə nəzarət edir. ABŞ-ın özündə isə bu ehtiyatların istehsalı və hasilatı sərt ekoloji qanunvericiliyə görə məhdudlaşdırılıb.
“Amerikanın F-35 qırıcıları, M1 Abrams tankları, yer-hava raketləri bu materiallardan hazırlanır. Pekinin nadir torpaq mineralları üzərində monopoliyası ABŞ-ın milli təhlükəsizliyini təhdid edir", - deyə nəşr yazır.
Öz növbəsində senator Tom Kotton xəbərdarlıq edib ki, Pentaqonun ehtiyatları maksimum bir ilə bəs edər.
Bundan əvvəl dövlət katibi Entoni Blinken ABŞ-ın Çini beynəlxalq nizama "ən ciddi uzunmüddətli çağırış" kimi nəzərdən keçirdiyini bildirib.
O həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar Tayvanın müstəqilliyini dəstəkləmir, eyni zamanda status-kvonun hər hansı birtərəfli dəyişikliyinə qarşı çıxır və adaya kifayət qədər müdafiə qabiliyyətini saxlamağa kömək etməkdə davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.