Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda Van Dammın azərbaycanlı gəlininin xına mərasimi baş tutub - VİDEO

© AP Photo / Mohammad SajjadXna
Xna - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Ötən ilin iyununda Azərbaycanın Türkiyədəki Baş konsulluğunda doğmalarının iştirakı ilə ailə quran Kristofer-Suada cütlüyünün Bakıda xına mərasimi baş tutub
BAKI, 6 iyun — Sputnik. Hollivudun əfsanəvi ulduzu, aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Dammla ailə həyatı quran pianoçu Suada Hacızadənin Bakıda dəmdəstgahlı xınası olub.
Restoranlardan birində baş tutan məclisdən görüntüləri "Renka" ləqəbi ilə məşhurlaşan, oriyental rəqslərin mahir ifaçısı Rəna Ağamuradova paylaşıb. Məşhur rəqqasə rəqs şousu ilə məclisə çoşqu və rəngarənglik qatıb.
Suada gecədə iki libas geyinib: bir milli, digəri isə ağ gəlinlik.
Xatırladaq ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki Baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.
Suada pianoçudur və bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib. Əsasən caz janrında ifa edən musiqiçi, Prezident təqaüdçüsüdür. O, eyni zamanda VII Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. Bu il oktyabrın 24-də Suadanın 23 yaşı olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0