https://sputnik.az/20220606/azerbaycanda-onkoloji-xestelikler-xidmetler-zerfine-daxil-edilecek-442604988.html
Azərbaycanda onkoloji xəstəliklər Xidmətlər Zərfinə daxil ediləcək
Azərbaycanda onkoloji xəstəliklər Xidmətlər Zərfinə daxil ediləcək
Sputnik Azərbaycan
Bu istiqamətdə araşdırmalar aparılır, onkoloji xəstəliklərin xərclərini müəyyən etmək istiqamətində işlər həyata keçirilir. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T22:02+0400
2022-06-06T22:02+0400
2022-06-06T22:02+0400
azərbaycan
səhiyyə
büdcə
müzakirə
onkoloji xəstəlik
icbari tibbi sığorta
https://cdnn1.img.sputnik.az/img/42247/26/422472662_0:129:3073:1857_1920x0_80_0_0_ef76f3c1a0620f050c86dd7de6b55df9.jpg
BAKI, 6 iyun — Sputnik. Onkoloji xəstəliklərin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilməsi nəzərdə tutulur, bu istiqamətdə araşdırma aparılır.Bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin iyunun 6-da keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.Onkoloji xəstəliklərlə bağlı xüsusi dövlət proqramı olduğunu qeyd edən Z.Əliyev bildirib ki, tələb çox olduğuna görə növbəti illərdə onkoloji xəstəlikləri Xidmətlər Zərfinə salmaq ehtimalı var. "Biz bu istiqamətdə araşdırmalar aparırıq, onkoloji xəstəliklərin xərclərini müəyyən etmək istiqamətində işlər həyata keçiririk", - deyə agentliyin İdarə Heyətinin sədri vurğulayıb.Bildirilib ki, transplantasiya ilə bağlı xərclər də Xidmətlər Zərfinə daxil edilə bilər.Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinin artırılması məqsədəuyğun olardı. Çünki xərçəng və digər xəstəliklərin müalicəsi böyük vəsait tələb edir.Komitə sədri iyunun 29-da Şuşa şəhərində Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin birgə iclasının keçiriləcəyini də diqqətə çatdırıb. O, iclasda icbari tibbi sığorta ilə bağlı məsələlərin müzakirə olunacağını bildirib. Onun sözlərinə görə, yığıncaqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrinin də iştirak etməsi planlaşdırılır.Milli Məclisdə ötən ilin büdcəsinin icrası müzakirə edilibQeyd edək ki, Milli Məclisdə "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.Bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 6-da keçirilən iclasının gündəliyinə daxil edilib.İclası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili açaraq, qanun layihəsi barədə məlumat verib.İclasda Milli Məclisin deputatları ilə yanaşı, Maliyyə və İqtisadiyyat nazirliklərinin, Hesablama Palatasının nümayəndələri də iştirak ediblər.Xatırladaq ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz çox, xərcləri 27 milyard 422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz az və dövlət büdcəsinin kəsiri 1 milyard 26,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz az olub.Parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və bununla bağlı hazırlanmış hesabat ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Qeyd olunub ki, 2021-ci il bütün dünya və Azərbaycan üçün post-pandemiya dövrü kimi məhdudiyyətlərin yumşaldılması, Ümumi Daxili Məhsulun qlobal dünya üzrə artımına rəvac verib. İqtisadi artımın yüksəlməsi bütün dünya ölkələrində, həmçinin Azərbaycanda öz əksini tapıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42247/26/422472662_96:0:2827:2048_1920x0_80_0_0_4b1b07d0137abbac86f30d3ce94d2e8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, büdcə, müzakirə, onkoloji xəstəlik, icbari tibbi sığorta
azərbaycan, büdcə, müzakirə, onkoloji xəstəlik, icbari tibbi sığorta
Azərbaycanda onkoloji xəstəliklər Xidmətlər Zərfinə daxil ediləcək
Bu istiqamətdə araşdırmalar aparılır, onkoloji xəstəliklərin xərclərini müəyyən etmək istiqamətində işlər həyata keçirilir.
BAKI, 6 iyun — Sputnik. Onkoloji xəstəliklərin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilməsi nəzərdə tutulur, bu istiqamətdə araşdırma aparılır.
Bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin iyunun 6-da keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onkoloji xəstəliklərlə bağlı xüsusi dövlət proqramı olduğunu qeyd edən Z.Əliyev bildirib ki, tələb çox olduğuna görə növbəti illərdə onkoloji xəstəlikləri Xidmətlər Zərfinə salmaq ehtimalı var. "Biz bu istiqamətdə araşdırmalar aparırıq, onkoloji xəstəliklərin xərclərini müəyyən etmək istiqamətində işlər həyata keçiririk", - deyə agentliyin İdarə Heyətinin sədri vurğulayıb.
Bildirilib ki, transplantasiya ilə bağlı xərclər də Xidmətlər Zərfinə daxil edilə bilər.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinin artırılması məqsədəuyğun olardı. Çünki xərçəng və digər xəstəliklərin müalicəsi böyük vəsait tələb edir.
Komitə sədri iyunun 29-da Şuşa şəhərində Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin birgə iclasının keçiriləcəyini də diqqətə çatdırıb. O, iclasda icbari tibbi sığorta ilə bağlı məsələlərin müzakirə olunacağını bildirib. Onun sözlərinə görə, yığıncaqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrinin də iştirak etməsi planlaşdırılır.
Milli Məclisdə ötən ilin büdcəsinin icrası müzakirə edilib
Qeyd edək ki, Milli Məclisdə "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 6-da keçirilən iclasının gündəliyinə daxil edilib.
İclası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili açaraq, qanun layihəsi barədə məlumat verib.
İclasda Milli Məclisin deputatları ilə yanaşı, Maliyyə və İqtisadiyyat nazirliklərinin, Hesablama Palatasının nümayəndələri də iştirak ediblər.
Xatırladaq ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz çox, xərcləri 27 milyard 422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz az və dövlət büdcəsinin kəsiri 1 milyard 26,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz az olub.
Parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və bununla bağlı hazırlanmış hesabat ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Qeyd olunub ki, 2021-ci il bütün dünya və Azərbaycan üçün post-pandemiya dövrü kimi məhdudiyyətlərin yumşaldılması, Ümumi Daxili Məhsulun qlobal dünya üzrə artımına rəvac verib. İqtisadi artımın yüksəlməsi bütün dünya ölkələrində, həmçinin Azərbaycanda öz əksini tapıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.