https://sputnik.az/20220606/azerbaycanda-inflyasiya-mueyyen-olunmus-seviyyeden-yuksekdir---milli-meclisde-muzakire-442604856.html
Azərbaycanda inflyasiya müəyyən olunmuş səviyyədən yüksəkdir? - Milli Məclisdə müzakirə
Azərbaycanda inflyasiya müəyyən olunmuş səviyyədən yüksəkdir? - Milli Məclisdə müzakirə
Sputnik Azərbaycan
Maliyyə nazirinin müavini bildirib ki, nominal artım səviyyəsində ÜDM-ə adekvat gəlirlərimizin artırılmasını təmin edə bilərik. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T21:38+0400
2022-06-06T21:38+0400
2022-06-06T21:38+0400
azərbaycan
iqtisadiyyat
inflyasiya
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268521_0:56:2001:1181_1920x0_80_0_0_73fc44d4af7f06a4b5d22484d4cacff4.jpg
BAKI, 6 iyun — Sputnik. "Azərbaycanda inflyasiya müəyyən olunmuş səviyyədən yüksəkdir ki, bunun da əsas hissəsini idxal olunmuş inflyasiya təşkil edib". Bunu "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib."Son illərdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin apardığı islahatların nəticəsidir ki, biz bu gün tək real artım səviyyəsində deyil, nominal artım səviyyəsində ÜDM-ə adekvat gəlirlərimizin artırılmasını təmin edə bilərik", - A.Bayramov bildirib.Onun sözlərinə görə, neft sahəsi ilə bağlı proqnozlarda bəyan olunmuş qiymətlər bəllidir:"Bəxtimiz gətirir ki, qiymət kifayət qədər yüksək istiqamətdədir. Bunun nəticəsində əhəmiyyətli dərəcədə artımlar mövcuddur. Son illərin xüsusiyyətlərini nəzərə alsaq, hesab edirik ki, bu ildə də bu proses davam edəcək", - nazir müavini əlavə edib.Qeyd edək ki, ötən ilin dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları səviyyəsində götürülüb, faktiki olaraq isə orta qiyməti 71,4 ABŞ dolları təşkil edib. Bu ildə isə 100 ABŞ dollarını ötüb.Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,4%, qeyri-ərzaq məhsulları üzrə 106,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.Təkcə aprel ayında isə istehlak qiymətləri indeksi mart ayına nisbətən 101%, ötən ilin aprel ayı ilə müqayisədə 113% olub.(Report)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268521_37:0:1810:1330_1920x0_80_0_0_4dcb00be73187aabe10d3654b5f85ef7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, inflyasiya
Azərbaycanda inflyasiya müəyyən olunmuş səviyyədən yüksəkdir? - Milli Məclisdə müzakirə
Maliyyə nazirinin müavini bildirib ki, nominal artım səviyyəsində ÜDM-ə adekvat gəlirlərimizin artırılmasını təmin edə bilərik.
BAKI, 6 iyun — Sputnik. "Azərbaycanda inflyasiya müəyyən olunmuş səviyyədən yüksəkdir ki, bunun da əsas hissəsini idxal olunmuş inflyasiya təşkil edib". Bunu "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
"Son illərdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin apardığı islahatların nəticəsidir ki, biz bu gün tək real artım səviyyəsində deyil, nominal artım səviyyəsində ÜDM-ə adekvat gəlirlərimizin artırılmasını təmin edə bilərik", - A.Bayramov bildirib.
Onun sözlərinə görə, neft sahəsi ilə bağlı proqnozlarda bəyan olunmuş qiymətlər bəllidir:
"Bəxtimiz gətirir ki, qiymət kifayət qədər yüksək istiqamətdədir. Bunun nəticəsində əhəmiyyətli dərəcədə artımlar mövcuddur. Son illərin xüsusiyyətlərini nəzərə alsaq, hesab edirik ki, bu ildə də bu proses davam edəcək", - nazir müavini əlavə edib.
Qeyd edək ki, ötən ilin dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları səviyyəsində götürülüb, faktiki olaraq isə orta qiyməti 71,4 ABŞ dolları təşkil edib. Bu ildə isə 100 ABŞ dollarını ötüb.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,4%, qeyri-ərzaq məhsulları üzrə 106,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.
Təkcə aprel ayında isə istehlak qiymətləri indeksi mart ayına nisbətən 101%, ötən ilin aprel ayı ilə müqayisədə 113% olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.