https://sputnik.az/20220606/abs-ukraynada-ikili-oyun-oynayir-442608310.html
ABŞ Ukraynada ikili oyun oynayır
ABŞ Ukraynada ikili oyun oynayır
Sputnik Azərbaycan
ABŞ-ın Ukrayna münaqişəsində məqsədi Rusiyanı yıxmaq, onun iqtisadiyyatını zəiflətmək və Tayvanın müstəqilliyini tanımayan Pekinin reaksiyasını öyrənməkdir. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T22:47+0400
2022-06-06T22:47+0400
2022-06-07T12:38+0400
abş
dünya xəbərləri
nato
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1a/440477927_0:156:3000:1844_1920x0_80_0_0_966d85e14ca47188103c257a259cc791.jpg
BAKI, 6 iyun — Sputnik. ABŞ-ın Ukraynanı dəstəkləməkdə iki məqsədi var: Rusiyanı yıxmaq və Çinin onun hərəkətlərinə reaksiyasını yoxlamaq. Bu barədə jurnalist Omar Qarses İspaniyanın "Rebelión" nəşrində yazıb."Vaşinqtonun birqütblü dünyada Ukrayna münaqişəsindən yeganə güc kimi çıxması son dərəcə vacibdir", - nəşr yazıb.Müəllifin fikrincə, son illər Rusiya və Çin, eləcə də irimiqyaslı iqtisadi inkişafın pik nöqtəsində olan digər ölkələr ya ABŞ-ı sıxışdırıb, ya da dünyanın müxtəlif yerlərində Amerikanın maraqlarını təhdid ediblər. Bu, Vaşinqtonu özünün təsirini saxlamaq üçün strategiyalar hazırlamağa məcbur edib.Qarses hesab edir ki, ABŞ-ın Ukrayna münaqişəsində məqsədi Rusiyanı yıxmaq, onun qələbə şanslarını azaltmaq, həmçinin, iqtisadiyyatını zəiflətməkdir.Məqsədlərinə çatmaq üçün ABŞ soyuq müharibə dövrünün bir çox elementlərinə əl atır. Bu elementlərdən biri Avropa ölkələrində Moskva qorxusunu aşılamaqdır, baxmayaraq ki, Rusiya onların suverenliyini pozmayacağına əmin edir.Məqalədə qeyd olunur ki, Vaşinqton Çinin Tayvanın müstəqilliyini tanımadığını nəzərə alaraq, ABŞ-ın hərbi hərəkətlərinə Pekinin reaksiyasını öyrənmək üçün Ukraynadakı münaqişədən istifadə edir."Bütün yuxarıda deyilənlərin təhlükəsinə baxmayaraq, ABŞ hakimiyyəti dünya hökmranlığına nail olmaq üçün ölkəni münaqişələrə sürükləməkdə davam edir, - deyə jurnalist yazıb.Fevralın 24-dən etibarən Rusiya Ukraynanın denazifikasiyası və demilitarizasiyası üçün hərbi xüsusi əməliyyat keçirir. Müdafiə Nazirliyinin məlumatına görə, martın sonunadək hərbçilər birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - onlar Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə azaldıblar. Departamentdə əsas məqsəd kimi Donbasın azad edilməsi göstərilib.Bu fonda ABŞ və onun NATO müttəfiqləri Ukraynanı silahla təchiz etməkdə davam edirlər. ABŞ prezidenti Co Bayden lend-liz (kredit-icarə) barədə qanun imzalanıb və Kiyevə hərbi yardım üçün on milyardlarla dollar pul vəsaiti ayrılıb.Moskva isə öz növbəsində dəfələrlə bildirib ki, Kiyevin hərbi təchizatı münaqişəni yalnız uzadacaq və silah daşınan hər hansı yük Rusiya ordusu üçün qanuni hədəfə çevriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1a/440477927_168:0:2833:1999_1920x0_80_0_0_ea26f25cfbb1f2beef6ff79ed9459705.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, nato, ukrayna
ABŞ Ukraynada ikili oyun oynayır
22:47 06.06.2022 (Yenilənib: 12:38 07.06.2022) ABŞ-ın Ukrayna münaqişəsində məqsədi Rusiyanı yıxmaq, onun iqtisadiyyatını zəiflətmək və Tayvanın müstəqilliyini tanımayan Pekinin reaksiyasını öyrənməkdir.
BAKI, 6 iyun — Sputnik. ABŞ-ın Ukraynanı dəstəkləməkdə iki məqsədi var: Rusiyanı yıxmaq və Çinin onun hərəkətlərinə reaksiyasını yoxlamaq. Bu barədə jurnalist Omar Qarses İspaniyanın "Rebelión" nəşrində yazıb.
"Vaşinqtonun birqütblü dünyada Ukrayna münaqişəsindən yeganə güc kimi çıxması son dərəcə vacibdir", - nəşr yazıb.
Müəllifin fikrincə, son illər Rusiya və Çin, eləcə də irimiqyaslı iqtisadi inkişafın pik nöqtəsində olan digər ölkələr ya ABŞ-ı sıxışdırıb, ya da dünyanın müxtəlif yerlərində Amerikanın maraqlarını təhdid ediblər. Bu, Vaşinqtonu özünün təsirini saxlamaq üçün strategiyalar hazırlamağa məcbur edib.
Qarses hesab edir ki, ABŞ-ın Ukrayna münaqişəsində məqsədi Rusiyanı yıxmaq, onun qələbə şanslarını azaltmaq, həmçinin, iqtisadiyyatını zəiflətməkdir.
Məqsədlərinə çatmaq üçün ABŞ soyuq müharibə dövrünün bir çox elementlərinə əl atır. Bu elementlərdən biri Avropa ölkələrində Moskva qorxusunu aşılamaqdır, baxmayaraq ki, Rusiya onların suverenliyini pozmayacağına əmin edir.
Məqalədə qeyd olunur ki, Vaşinqton Çinin Tayvanın müstəqilliyini tanımadığını nəzərə alaraq, ABŞ-ın hərbi hərəkətlərinə Pekinin reaksiyasını öyrənmək üçün Ukraynadakı münaqişədən istifadə edir.
"Bütün yuxarıda deyilənlərin təhlükəsinə baxmayaraq, ABŞ hakimiyyəti dünya hökmranlığına nail olmaq üçün ölkəni münaqişələrə sürükləməkdə davam edir, - deyə jurnalist yazıb.
Fevralın 24-dən etibarən Rusiya Ukraynanın denazifikasiyası və demilitarizasiyası üçün hərbi xüsusi əməliyyat keçirir. Müdafiə Nazirliyinin məlumatına görə, martın sonunadək hərbçilər birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - onlar Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə azaldıblar. Departamentdə əsas məqsəd kimi Donbasın azad edilməsi göstərilib.
Bu fonda ABŞ və onun NATO müttəfiqləri Ukraynanı silahla təchiz etməkdə davam edirlər. ABŞ prezidenti Co Bayden lend-liz (kredit-icarə) barədə qanun imzalanıb və Kiyevə hərbi yardım üçün on milyardlarla dollar pul vəsaiti ayrılıb.
Moskva isə öz növbəsində dəfələrlə bildirib ki, Kiyevin hərbi təchizatı münaqişəni yalnız uzadacaq və silah daşınan hər hansı yük Rusiya ordusu üçün qanuni hədəfə çevriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.