https://sputnik.az/20220605/qazaxistan-vetendaslarinin-ekseriyyeti-konstitusiyaya-deyisikliklerin-lehine-ses-verib-442573508.html
Qazaxıstan vətəndaşlarının əksəriyyəti konstitusiyaya dəyişikliklərin lehinə səs verib
Qazaxıstan vətəndaşlarının əksəriyyəti konstitusiyaya dəyişikliklərin lehinə səs verib
Sputnik Azərbaycan
Səsvermə günü ümumilikdə 10 mindən çox, o cümlədən 52 xarici ölkədə 65 seçki məntəqəsi işləyib. 05.06.2022, Sputnik Azərbaycan
2022-06-05T22:48+0400
2022-06-05T22:48+0400
2022-06-05T22:48+0400
dünya xəbərləri
qazaxıstan
referendum
https://cdnn1.img.sputnik.az/img/07e6/06/05/442571788_0:0:1407:791_1920x0_80_0_0_39bac9dd24e952ca81d14d8dfd743f69.jpg
BAKI, 5 iyun - Sputnik. Bazar günü keçirilən respublika referendumunda qazaxıstanlıların 76%-dən çoxu ölkə konstitusiyasına dəyişikliklərin lehinə səs verib. Bunu “Qazaxıstan” teleradio korporasiyasının təşkil etdiyi onlayn marafon zamanı nümayiş etdirilən “exit-poll”un nəticələri sübut edir.SOCIS-A Kompleks Sosial Araşdırmalar İnstitutunun sorğusuna əsasən, qazaxıstanlıların 76,7%-i ölkə konstitusiyasına dəyişiklik edilməsinə səs verib.“Kanal 31” teleradio korporasiyasının sifarişi ilə İctimai Rəy İnstitutunun keçirdiyi ikinci “exit-poll”un nəticələrinə görə, konstitusiyaya dəyişikliklərin lehinə vətəndaşların 74,8 faizi səs verib.KTK telekanalının sifarişi ilə “Demokratiya İnstitutu” tədqiqat birliyinin keçirdiyi üçüncü “exit-poll”un nəticələrinə görə, vətəndaşların 79,4 faizi konstitusiyaya dəyişiklikləri dəstəkləyib.Səsvermə günü ümumilikdə 10 mindən çox seçki məntəqəsi, o cümlədən 65-i 52 xarici ölkədə fəaliyyət göstərib.Səsvermə siyahılarına 11,7 milyondan çox qazaxıstanlı daxil edilib, respublika əhalisinin sayı isə 19,1 milyon nəfərdən çoxdur.Ölkənin Əsas qanununa dəyişikliklər Qazaxıstanın 17 subyektindən azı 12-də (14 rayon və üç respublika əhəmiyyətli şəhər - Nur-Sultan, Alma-Ata və Şımkent) vətəndaşların yarıdan çoxu onlara səs verərsə, qəbul edilmiş sayılır.Mərkəzi komissiyanın respublika referendumunun nəticələrinə dair elanı səsvermə keçirildikdən sonra yeddi gün müddətində dərc edilməlidir.Komissiyanın ilkin məlumatları iyunun 6-da təqdim edəcəyi gözlənilir. Qazaxıstanda keçirilən konstitusiya referendumunda seçici fəallığı saat 22:00-a 68,44% təşkil edib.Göstərilən vaxta qədər ölkənin 17 subyektinin hamısında seçki məntəqələri bağlanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220605/qazaxistan-vetendaslari-referendumla-bagli-bakida-kecirilen-sesvermede-nece-istirak-edir-442563573.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/05/442571788_156:0:1407:938_1920x0_80_0_0_c07dc754e5381657df721d8ae7e97752.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, referendum
Qazaxıstan vətəndaşlarının əksəriyyəti konstitusiyaya dəyişikliklərin lehinə səs verib
Səsvermə günü ümumilikdə 10 mindən çox, o cümlədən 52 xarici ölkədə 65 seçki məntəqəsi işləyib.
BAKI, 5 iyun - Sputnik. Bazar günü keçirilən respublika referendumunda qazaxıstanlıların 76%-dən çoxu ölkə konstitusiyasına dəyişikliklərin lehinə səs verib. Bunu “Qazaxıstan” teleradio korporasiyasının təşkil etdiyi onlayn marafon zamanı nümayiş etdirilən “exit-poll”un nəticələri sübut edir.
SOCIS-A Kompleks Sosial Araşdırmalar İnstitutunun sorğusuna əsasən, qazaxıstanlıların 76,7%-i ölkə konstitusiyasına dəyişiklik edilməsinə səs verib.
“Kanal 31” teleradio korporasiyasının sifarişi ilə İctimai Rəy İnstitutunun keçirdiyi ikinci “exit-poll”un nəticələrinə görə, konstitusiyaya dəyişikliklərin lehinə vətəndaşların 74,8 faizi səs verib.
KTK telekanalının sifarişi ilə “Demokratiya İnstitutu” tədqiqat birliyinin keçirdiyi üçüncü “exit-poll”un nəticələrinə görə, vətəndaşların 79,4 faizi konstitusiyaya dəyişiklikləri dəstəkləyib.
Səsvermə günü ümumilikdə 10 mindən çox seçki məntəqəsi, o cümlədən 65-i 52 xarici ölkədə fəaliyyət göstərib.
Səsvermə siyahılarına 11,7 milyondan çox qazaxıstanlı daxil edilib, respublika əhalisinin sayı isə 19,1 milyon nəfərdən çoxdur.
Ölkənin Əsas qanununa dəyişikliklər Qazaxıstanın 17 subyektindən azı 12-də (14 rayon və üç respublika əhəmiyyətli şəhər - Nur-Sultan, Alma-Ata və Şımkent) vətəndaşların yarıdan çoxu onlara səs verərsə, qəbul edilmiş sayılır.
Mərkəzi komissiyanın respublika referendumunun nəticələrinə dair elanı səsvermə keçirildikdən sonra yeddi gün müddətində dərc edilməlidir.
Komissiyanın ilkin məlumatları iyunun 6-da təqdim edəcəyi gözlənilir. Qazaxıstanda keçirilən konstitusiya referendumunda seçici fəallığı saat 22:00-a 68,44% təşkil edib.
Göstərilən vaxta qədər ölkənin 17 subyektinin hamısında seçki məntəqələri bağlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.