https://sputnik.az/20220605/nigeriyada-kilseye-hucum-neticesinde-onlarla-insan-helak-olub-442573994.html
Nigeriyada kilsəyə hücum nəticəsində onlarla insan həlak olub
Nigeriyada kilsəyə hücum nəticəsində onlarla insan həlak olub
Sputnik Azərbaycan
Əhalinin təxminən 47 faizini təşkil edən xristianlar ölkənin cənubunda, 51 faizini təşkil edən müsəlmanlar isə şimalda və mərkəzi regionlarda yaşayırlar. 05.06.2022, Sputnik Azərbaycan
2022-06-05T23:16+0400
2022-06-05T23:16+0400
2022-06-05T23:16+0400
dünya xəbərləri
nigeriya
kilsə
partlayış
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0c/427445667_0:159:3076:1889_1920x0_80_0_0_1cc8c4fa5a49390e515188399eb4befb.jpg
BAKI, 5 iyun - Sputnik. Bazar günü Nigeriyanın cənub-qərbində bir qrup silahlı Müqəddəs Fransisk katolik kilsəsinə hücum edib. Azərtac "Nigerian Tribune" qəzetinə istinadən xəbər verir ki, 50-dən çox insan hücumun qurbanı olub. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir."Politics Nigeria" portalı isə öz növbəsində 85 nəfərin öldürüldüyü barədə xəbər yayıb. Həlak olanların sayına dair hələlik rəsmi məlumat daxil olmayıb.Məlumata görə, səhər saatlarında kilsəyə soxulan beş nəfər silahlı şəxs ibadət edənlərə atəş açıb və keşişi tutmağa cəhd göstəriblər.Keşiş müqavimət göstərdiyindən hücum edənlər ibadət otağına bomba atıblar.Nigeriyada xristianlar əhalinin təxminən 47 faizini, müsəlmanlar isə 51 faizini təşkil edir. Xristianlar ölkənin cənubunda, müsəlmanlar şimalda və mərkəzi regionlarda yaşayırlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0c/427445667_174:0:2903:2047_1920x0_80_0_0_3cf6af55e06d0d3490266dc38550f50d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nigeriya, kilsə, partlayış
nigeriya, kilsə, partlayış
Nigeriyada kilsəyə hücum nəticəsində onlarla insan həlak olub
Əhalinin təxminən 47 faizini təşkil edən xristianlar ölkənin cənubunda, 51 faizini təşkil edən müsəlmanlar isə şimalda və mərkəzi regionlarda yaşayırlar.
BAKI, 5 iyun - Sputnik. Bazar günü Nigeriyanın cənub-qərbində bir qrup silahlı Müqəddəs Fransisk katolik kilsəsinə hücum edib. Azərtac "Nigerian Tribune" qəzetinə istinadən xəbər verir ki, 50-dən çox insan hücumun qurbanı olub. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.
"Politics Nigeria" portalı isə öz növbəsində 85 nəfərin öldürüldüyü barədə xəbər yayıb. Həlak olanların sayına dair hələlik rəsmi məlumat daxil olmayıb.
Məlumata görə, səhər saatlarında kilsəyə soxulan beş nəfər silahlı şəxs ibadət edənlərə atəş açıb və keşişi tutmağa cəhd göstəriblər.
Keşiş müqavimət göstərdiyindən hücum edənlər ibadət otağına bomba atıblar.
Nigeriyada xristianlar əhalinin təxminən 47 faizini, müsəlmanlar isə 51 faizini təşkil edir. Xristianlar ölkənin cənubunda, müsəlmanlar şimalda və mərkəzi regionlarda yaşayırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.