Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Meymunçiçəyinə harada yoluxmaq olar? Çimərlikdə, hovuzda...

© AP Photo / CDCMeymunçiçəyi
Meymunçiçəyi - Sputnik Azərbaycan, 1920, 05.06.2022
Abunə olmaq
Vüqar Cavadzadə bildirib ki, meymunçiçəyi virusu insan bədənində suluqlar yaratdığından xəstəliyə yoluxmuş şəxslərin çimərliyə getməsi inandırıcı görünmür.
BAKI, 5 iyun — Sputnik. Koronavirusdan sonra meymunçiçəyi xofu ilə bağlı dünyada narahatlıqlar artmaqdadır. Bu virusun hətta çimərliklərdə yayılma ehtimalı barədə xəbərlər yayılır. Bəzi infeksionistlər bir sıra ölkələrində aşkarlanan meymunçiçəyi virusunun çimərlik mövsümü yaxınlaşdıqca insanları daha çox narahat etdiyi barədə məlumatlar paylaşır. Bildirilir ki, meymunçiçəyinin su hövzələrində yayılma riski daha çoxdur.
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, meymunçiçəyi hava damcı infeksiyalar qrupuna aiddir. Bundan əlavə xəstəlik bu virusa yoluxmuş şəxslərlə təmasla da yayıla bilər. V. Cavadzadənin sözlərinə görə, çimərliklərdə meymunçiçəyinin yayılma ehtimalı yoxdur: "Hər kəs bilir ki, meymunçiçəyi virusu insan bədənində suluqlar yaradır. Belə halda həmin insanın suya girib çimməsi inandırıcı deyil. Həmçinin meymunçiçəyi insanlarda vizual baxımdan qüsur yaradır. Necə suçiçəyi virusuna yoluxduqda insanlar yaranmış xoş olmayan görüntüyə görə evdən çıxmaq istəmirlər, bu meymunçiçəyinə də aiddir. Mən inanmıram ki, bu görkəmdə kimsə gedib dənizdə çimsin".
V. Cavadzadə hətta meymunçiçəyinə yoluxmuş şəxs dənizdə çimsə belə bu virusun yayılma ehtimalının olmadığını bildirir. Həmsöhbətimiz deyir ki, dəniz suyu duzlu olduğundan, virusların yaşamasına münbit şərait yoxdur.
İnfeksionist deyir ki, hovuz şəraitində də virusun yayılma ehtimalı yoxdur. Çünki, hovuzlar tez-tez dezinfeksiya edilir, xlorlanır. Xlorlu suda isə virusun yayılma riski yoxdur.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov isə sorğumuza cavab olaraq bildirdi ki, çimərlik mövsümünün yaxınlaşması ilə əlaqdar dəniz suyunun laborator-instrumental tədqiqatı aparilir. Müayinlərin nəticəsinə uyğun olaraq icitmaiyyətə ətraflı məlumat veriləcək.
Məlumat üçün bildirək ki, suçiçəyi və meymunçiçəyinin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə meymunçiçəyi xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir. Xəstəliyə ilk dəfə 1970-ci ildə Demokratik Konqo Respublikasında rast gəlinib. 2016-cı ildən bəri təsdiqlənmiş hallar son vaxtlar daha çox Mərkəzi Afrika Respublikası, Konqo Respublikası və Nigeriyada rast gəlinir. 2017-ci ilin sentyabrından bəri Nigeriyanın 32 ştatında 558 xəstə aşkarlanıb, 8 nəfər ölüb. Xəstəliyin 20 dəfə artmasının səbəbini 1980-ci ildə çiçək xəstəliyinə qarşı peyvəndin dayandırılması ilə əlaqələndirirlər.
Virusun inkubasiya dövrü 7-19 gündür. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Lakin insandan insana keçməsi halları da müşahidə edilib.
Meymunçiçəyi - Sputnik Azərbaycan, 1920, 31.05.2022
SƏHİYYƏ
Virus qapıdadır: Azərbaycan meymunçiçəyi testi üçün ÜST-ə müraciət etdi
Xəbər lenti
0