https://sputnik.az/20220605/kanallar-produserler-diqqetli-olmalidirlar-ki-tamasacilarin-zovqu-korlanmasin---ekspert-442566132.html
Kanallar, prodüserlər diqqətli olmalıdırlar ki, tamaşaçıların zövqü korlanmasın - Ekspert
Kanallar, prodüserlər diqqətli olmalıdırlar ki, tamaşaçıların zövqü korlanmasın - Ekspert
Sputnik Azərbaycan
Mütəxəssislər açıq-saçıq materialların yayılmasının əlaeyhinədir. 05.06.2022, Sputnik Azərbaycan
2022-06-05T17:07+0400
2022-06-05T17:07+0400
2022-06-05T17:33+0400
cəmiyyət
internet
televiziya
youtube
telekanal
https://cdnn1.img.sputnik.az/img/42311/09/423110925_0:160:3073:1888_1920x0_80_0_0_b9dbefb7d279153fbedc225cbcd3f9a4.jpg
BAKI, 5 iyun — Sputnik. Yayımın harada (hansı platformada - red.) təşkil olunmasından asılı olmayaraq bunun bir hüquqi, bəlli çərçivəsi var. Bu nüanslar, etik kodekslər ilk olaraq qanunla, bundan başqa, həm də davranış kodeksi ilə tənzimlənir. Dəbdəbəli, cazibəli adlar qoymaq, məşhur aktyorları bura cəlb etmək olar. Lakin bütün hallarda adi davranış qaydaları qorunmalıdır, qanunla qadağan hesab edilən davranışlara yer verilə bilməz.Bunu açıqlamasında media üzrə ekspert Qulu Məhərrəmli sosial şəbəkə üzərindən yayımlanacaq "Çimnazla yataqda" şouproqramına münasibət bildirərkən deyib.O bildirir ki, "Media haqda qanun"a əsasən həm telekanallar, həm də inernet televiziyalarına bir sıra məhdudiyyətlər şamil edilir:Q.Məhərrəmli deyir ki, "Youtube" kanallarında da tamaşaçıları cəlb etmək üçün müəyyən uğurlu olmayan varinatlardan istifadə olunur:"Həmin kanalların rəhbərləri, prodüserlər də bir sıra nüanslarda diqqətli olmalı, daxili kodekslərə, tələblərə əməl edilməlidir ki, tamaşaçıların zövqü korlanmasın. Lakin bilirsiz ki, bizdə dəbdir, insanlar məşhurlaşmaq üçün normaları, qaydaları tapdalayırlar", - deyə Q.Məhərrəmli əlavə edib.Onun sözlərinə görə, "Tik-tok", mozaik düşüncə yavaş-yavaş cəmiyyətə hakim kəsilir, insanlar həmin tərzləri yamsılamağa çalışırlar:Audiovizual Şura necə nəzarət edir?Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov isə açıqlamasında bildirib ki, yeni qəbul olunan "Media haqda qanun"a əsasən internet televizsiyası anlayışı deyil, platforma yayımçısı anlayışı var. Ərizə ilə müraciət etdikdə həmin internet televiziyası platforma yayımçısı olur və bunun üçün lisenziya alınır:Qurum nümayəndəsi onu da qeyd edib ki, media haqqında yeni qanun qəbul olunmamışdan əvvəl internet üzərindən yayımlalan televiziyalar lisenziyalaşdırılmırdı, nəzarətə götürülmürdü.Daha çox izlənən internet televiziyalardan olan "APA TV"də iş necə qurulur?"APA TV"nin rəhbəri Orxan Məmmədov deyir ki, onlar üçün materiallardakı məlumatların dəqiqliyi, qərəzsizliyi mühüm amildir. Bundan başqa, ehtiyac olduğu təqdirdə anonimliyə riayət edilir. Yayımlananan materiallarda ayrı-seçkiliyə yol verilmir:"Xüsusən də uşaqlarla bağlı məsələlərə daha həssas yanaşırıq. Çünki uşaq yaxşını pisdən seçə bilir. Yəni, hansısa material müəyyən bir internet kanalında verilmədikdə uşaq bilir ki, bu yüz faiz zərərlidir. Ona görə də uşaqlar əsas prioritetimizdir".Sırf həmin şouproqrama gəldikdə isə TV nümayəndəsi bildirib ki, sərhədi olmayan platformada "Çimnazla yataqda" tipli proqramların olmasını təqdirəlayiq hesab etmir:"Biz isə xəbəri kiminsə zövqünü oxşamaq üçün vermirik. Etik kodekslər, fərdi yanaşma lazımdır. Hansısa platforma rəhbərinə deyə bilmərik ki, bunu ver, bunu vermə. Bizə gəldikdə, nəyisə uyğun hesab etmiriksə, onu yayımlamırıq. Rəhbərlik etdiyin qurum nəyi göstərirsə, deməli sən ona yaxınsan.", - deyə o əlavə edib. Qeyd edək ki, sosial şəbəkələr vasitəsilə Azərbaycan və rus dillərində yayımlanan “MF TV” adlı telekanalda “Çimnazla yataqda” adlı şouproqramın yayımına start verilib. Təkcə şouproqramın anonsunda "Mən Çimnazın yatağında nə gəzirəm?", "Kütlənin gözü mənim yatağımdadır" yaxud da bu tip qıcıqlandırıcı ifadələr yer alıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42311/09/423110925_170:0:2901:2048_1920x0_80_0_0_d9b0fb6f626bb1d95c347ea933498051.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
internet, televiziya, youtube, telekanal
internet, televiziya, youtube, telekanal
Kanallar, prodüserlər diqqətli olmalıdırlar ki, tamaşaçıların zövqü korlanmasın - Ekspert
17:07 05.06.2022 (Yenilənib: 17:33 05.06.2022) Mütəxəssislər açıq-saçıq materialların yayılmasının əlaeyhinədir.
BAKI, 5 iyun — Sputnik. Yayımın harada (hansı platformada - red.) təşkil olunmasından asılı olmayaraq bunun bir hüquqi, bəlli çərçivəsi var. Bu nüanslar, etik kodekslər ilk olaraq qanunla, bundan başqa, həm də davranış kodeksi ilə tənzimlənir. Dəbdəbəli, cazibəli adlar qoymaq, məşhur aktyorları bura cəlb etmək olar. Lakin bütün hallarda adi davranış qaydaları qorunmalıdır, qanunla qadağan hesab edilən davranışlara yer verilə bilməz.
Bunu açıqlamasında media üzrə ekspert Qulu Məhərrəmli sosial şəbəkə üzərindən yayımlanacaq "Çimnazla yataqda" şouproqramına münasibət bildirərkən deyib.
O bildirir ki, "Media haqda qanun"a əsasən həm telekanallar, həm də inernet televiziyalarına bir sıra məhdudiyyətlər şamil edilir:
"Bu səbəbdən də qanunun hansı platformada pozulmasının xüsusi əhəmiyyəti yoxdur".
Q.Məhərrəmli deyir ki, "Youtube" kanallarında da tamaşaçıları cəlb etmək üçün müəyyən uğurlu olmayan varinatlardan istifadə olunur:
"Həmin kanalların rəhbərləri, prodüserlər də bir sıra nüanslarda diqqətli olmalı, daxili kodekslərə, tələblərə əməl edilməlidir ki, tamaşaçıların zövqü korlanmasın. Lakin bilirsiz ki, bizdə dəbdir, insanlar məşhurlaşmaq üçün normaları, qaydaları tapdalayırlar", - deyə Q.Məhərrəmli əlavə edib.
Onun sözlərinə görə, "Tik-tok", mozaik düşüncə yavaş-yavaş cəmiyyətə hakim kəsilir, insanlar həmin tərzləri yamsılamağa çalışırlar:
"Bu davranışlar bəlli çərçivədə tənzimlənməlidir. Qanunun müəyyən etdiyi sərhədləri keçmək olmaz. Qeyd edim ki, "Çimnazla yataqda" adı çox çılpaq və qıcıqlandırıcıdır. Lakin heç bir halda biznes maraqları ictimai əxlaq normalarından üstün ola bilməz".
Audiovizual Şura necə nəzarət edir?
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov isə açıqlamasında bildirib ki, yeni qəbul olunan "Media haqda qanun"a əsasən internet televizsiyası anlayışı deyil, platforma yayımçısı anlayışı var. Ərizə ilə müraciət etdikdə həmin internet televiziyası platforma yayımçısı olur və bunun üçün lisenziya alınır:
"Lakin şouproqramın yayımlandığı telekanal bizə müraciət etmədiyi üçün tam sərbəst fəaliyyət göstərirlər. Onlardan fərqli olaraq lisenziya verdiyimiz platforma yayımçıları bütün hallarda qanunvericiliyin tələblərinə riayət etməli olur və monitorinqin təsir dairəsinə düşürlər".
Qurum nümayəndəsi onu da qeyd edib ki, media haqqında yeni qanun qəbul olunmamışdan əvvəl internet üzərindən yayımlalan televiziyalar lisenziyalaşdırılmırdı, nəzarətə götürülmürdü.
Daha çox izlənən internet televiziyalardan olan "APA TV"də iş necə qurulur?
"APA TV"nin rəhbəri Orxan Məmmədov deyir ki, onlar üçün materiallardakı məlumatların dəqiqliyi, qərəzsizliyi mühüm amildir. Bundan başqa, ehtiyac olduğu təqdirdə anonimliyə riayət edilir. Yayımlananan materiallarda ayrı-seçkiliyə yol verilmir:
"Xüsusən də uşaqlarla bağlı məsələlərə daha həssas yanaşırıq. Çünki uşaq yaxşını pisdən seçə bilir. Yəni, hansısa material müəyyən bir internet kanalında verilmədikdə uşaq bilir ki, bu yüz faiz zərərlidir. Ona görə də uşaqlar əsas prioritetimizdir".
Sırf həmin şouproqrama gəldikdə isə TV nümayəndəsi bildirib ki, sərhədi olmayan platformada "Çimnazla yataqda" tipli proqramların olmasını təqdirəlayiq hesab etmir:
"Televizor elədir ki, heç pultu əldən (uşağın əlindən - red.) ala bilmirsən, bu platformalarda necə bunu etmək olar ki?! Nə qədər məhdudiyyət qoyasan? Fərda cəmiyyətdə tanınmış adamdır, yeniyetmə də girib vidoeya baxacaq".
"Biz isə xəbəri kiminsə zövqünü oxşamaq üçün vermirik. Etik kodekslər, fərdi yanaşma lazımdır. Hansısa platforma rəhbərinə deyə bilmərik ki, bunu ver, bunu vermə. Bizə gəldikdə, nəyisə uyğun hesab etmiriksə, onu yayımlamırıq. Rəhbərlik etdiyin qurum nəyi göstərirsə, deməli sən ona yaxınsan.", - deyə o əlavə edib.
Qeyd edək ki, sosial şəbəkələr vasitəsilə Azərbaycan və rus dillərində yayımlanan “MF TV” adlı telekanalda “Çimnazla yataqda” adlı şouproqramın yayımına start verilib. Təkcə şouproqramın anonsunda "Mən Çimnazın yatağında nə gəzirəm?", "Kütlənin gözü mənim yatağımdadır" yaxud da bu tip qıcıqlandırıcı ifadələr yer alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.