https://sputnik.az/20220605/herbi-prokurorluq-herbi-qulluqcunun-olumu-ile-bagli-melumat-yayib-442571111.html
Prokurorluq hərbi qulluqçunun ölümü ilə bağlı məlumat yayıb
Prokurorluq hərbi qulluqçunun ölümü ilə bağlı məlumat yayıb
Sputnik Azərbaycan
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci, yəni "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanıb. 05.06.2022, Sputnik Azərbaycan
2022-06-05T20:59+0400
2022-06-05T20:59+0400
2022-06-05T21:15+0400
hərbi
kəlbəcər
hərbi qulluqçu
atəş
odlu silah
prokurorluq
cinayət işi
https://cdnn1.img.sputnik.az/img/42220/45/422204522_0:0:3202:1802_1920x0_80_0_0_59a5df572b7f02e958a03f86aa3103c2.jpg
BAKI, 5 iyun - Sputnik. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin hərbi qulluqçusunun odlu silahdan atəş açmaqla özünü öldürməsi ilə bağlı məlumat yayıb.Hərbi Prokurorluğun mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abdullazadə Səid Məzahir oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.Məlumata görə, Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib."Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib".Hazırda istintaqın davam etdirildiyi və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsinin təmin olunacağı bildirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42220/45/422204522_458:0:3123:1999_1920x0_80_0_0_3e91b0f1d6c181377266a857d92648dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kəlbəcər, hərbi qulluqçu, atəş, odlu silah, prokurorluq, cinayət işi
kəlbəcər, hərbi qulluqçu, atəş, odlu silah, prokurorluq, cinayət işi
Prokurorluq hərbi qulluqçunun ölümü ilə bağlı məlumat yayıb
20:59 05.06.2022 (Yenilənib: 21:15 05.06.2022) Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci, yəni "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanıb.
BAKI, 5 iyun - Sputnik. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin hərbi qulluqçusunun odlu silahdan atəş açmaqla özünü öldürməsi ilə bağlı məlumat yayıb.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abdullazadə Səid Məzahir oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Məlumata görə, Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
"Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib".
Hazırda istintaqın davam etdirildiyi və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsinin təmin olunacağı bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.